Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-332/2025 15.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1900 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İ qrup Qarabağ müharibə əlilidir, gözdən əlildir. 24 dekabr 2023-cü ildə Gəncədə olarkən qərara gəlmişdir ki, evə yanıbalalı bir inək alsın. Gəncə mal bazarında cavabdehlər, ata-bala Cavabdeh1 və X1 1900 (min doqquz yüz) manata bir yanıbalalı inək almışdır. Heyvanı gətirib qapıda tövləyə salandan sonra məlum olmuşdur ki, inək balasına, balası da inəyə yaxın durmur. Bununla əlaqədar cavabdehlərə zəng vurduqda cavabdehlər bildirmişdir ki, “heyvan o qapıya hələ təzə gəlib, bir az öyrəşsin, onda inək balasına bəlkə yaxın durar”. Lakin səhərisi gün də heyvanlar birbirinə yaxın durmamışdır. Onlar yenidən cavabdehlərə zəng vurduqda bildirmişdilər ki, “heyvanı gətirin, pulunuzu verim”. xx.xx.2023-cü il tarixdə Qazel markalı maşınla 4 nəfər ondan əlavə şəxslə birlikdə, ümumilikdə 5 nəfər aparıb heyvanı cavabdehin qapısına aparmışlar. Cavabeh ona demişdir ki, qardaşı Raminin mağazasından pul götürüb gəlir. Onlara demişdir ki, kənarda gözləsinlər. Onlar yarım saat gözləmişlər. Mağazaya daxil olmuşlar, həqiqətən də mağaza cavabdehin qardaşına məxsusdur. Bildirmişdirlər ki, cavabdeh bura gəlib arxa qapıdan çıxıb gedib. Onlar qapıya qayıdıb heyvanı götürmək istəmişlər, lakin heyvan artıq orada olmamışdır. Evdə olan cavabdehin anasından heyvanın harda olmasını soruşduqda xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddia tələbini müdaifiə edərək, iddianın təmin olunmasını zahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Ə № 006825 saylı Qarabağ müharibəsi, əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi vəsiqəsindən görünür ki, İddiaçı İ qrup müharibə əlilidir. Mülki işə əlavə olunmuş İddiaçı ilə bir nəfər kişi cinsindən olan şəxsin arasındakı dialoqu əks etditən video diskə baxış zamanı görünür ki, həmin şəxs İddiaçı 1900 manat borcluu olmasını etiraf edir. Cavabdeh1 portaldan çıxarışdakı foto şəkili ilə tanış olduqda müəyyən olunur ki, video diskdə olan naməlum kişi cinsli şəxs Cavabdeh1dur. Məhkəmə iclasında şahid qisimində iştirak edən Şahid2 bildirmişdir ki, İddiaçı əmisi oğlu Şahid1 qaynatasıdır. Gəncə mal bazarından Anar adlı şəxsdən 1900 manata mal almışlar. Heyvanı həm alanda həm verəndə orada olmuşdur. Heyvanı aldıqdan iki gün sonra mal yaxşı çıxmadığından cavabdehə zəng etmişlər və malı aldıqları Cavabdeh1 demişdir ki, heyvanı gətirsinlər o da heyvanın pulun versin. Heyvanı Anarın qapısına düşürdükdən sonra cavabdeh demişdir ki, qardaşının mağazasına getsinlər pulu orda verəcəkdir. Onlar gedib orda gözləmişlər, lakin cavabdeh yoxa çıxmışdır və onlar həyətə qayıtdıqda heyvanda orada olmamışdır. Məhkəmə iclasında şahid qisimində iştirak edən X2 bildirmişdir ki, Şahid1 qardaşı oğludur. O, demişdir ki, qaynatası İddiaçı nəvəsinə mal almaq istəyir. Malı Gəncə mal bazarından Anar adlı şəxsdən 1900 manata almışlar. İki gün sonra mal yaxşı çıxmadığından cavabdehə zəng etmişlər və malı aldıqları Cavabdeh1 demişdir ki, heyvanı gətirsinlər o da heyvanın pulun versin. Heyvanı Anarın qapısına düşürdükdən sonra cavabdeh demişdir ki, qardaşının mağazasına getsinlər pulu orda verəcəkdir. Onlar gedib orda gözləmişlər, lakin cavabdeh yoxa çıxmışdır və onlar həyətə qayıtdıqda heyvanda orada olmamışdır. Məhkəmə iclasında şahid qisimində iştirak edən X4 bildirmişdir ki, İddiaçı qohumudur. Malı Gəncə mal bazarıdan Anar adlı şəxsdən 1900 manata almışlar.. Cavabdehlər Cavabdeh1 Musabiq oğlunu tanıyır 35-37 yaşı olar. Cavabdeh1 oğlunun 20 yaşı olar. Heyvanı aldıqdan iki gün sonra mal yaxşı çıxmadığından cavabdehə zəng etmişlər və malı aldıqları Cavabdeh1 demişdir ki, heyvanı gətirsinlər o da heyvanın pulun versin. Heyvanı Anarın qapısına düşürdükdən sonra cavabdeh demişdir ki, qardaşının mağazasına getsinlər pulu orda verəcəkdir. Onlar gedib orda gözləmişlər, lakin cavabdeh yoxa çıxmışdır və onlar həyətə qayıtdıqda heyvanda orada olmamışdır. Məhkəmə iclasında şahid qisimində iştirak edən Şahid1 bildirmişdir ki, İddiaçı qaynatasıdır. Gəncə mal bazarından Anar adlı şəxsdən 1900 manata heyvanı almışlar və pulu o sayıb vermişdir. Heyvanı aldıqdan iki gün sonra mal yaxşı çıxmadığından cavabdehə zəng etmişlər və malı aldıqları Cavabdeh1 demişdir ki, heyvanı gətirsinlər o da heyvanın pulun versin. Heyvanı Anarın qapısına düşürdükdən sonra cavabdeh demişdir ki, qardaşının mağazasına getsinlər pulu orda verəcəkdir. Onlar gedib orda gözləmişlər, lakin cavabdeh yoxa çıxmışdır və onlar həyətə qayıtdıqda heyvanda orada olmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı 1900 manata inək satmışdır. Heyvan balanı qəbul etmədiyinə görə iddiaçı heyvanı qaytarmış, lakin cavabdehlər pulu geri qaytarmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə diskdə cavabdehin iddiaçıya 1900 manat borcu olmasını etiraf etməsini və şahidlərin ifadələrini nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 39 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməliddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1900 manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilməmiş 39 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-332/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-332/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver