Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3328/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Əliyev Rafiq Mirağa oğlunun iştirakları ilə, İddiaçı X3 cavabdeh X1 qarşı nikahın pozulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Əliyev Rafiq Mirağa oğlu məhkəmədə cavabdeh X1 qarşı iddia qaldıraraq cavabdeh X5 ilə aralarında olan Bərdə rayonu Nəzirli kənd İƏV üzrə nümayəndəliyində 11 noyabr 2002-ci ildə 11 nömrə ilə qeydə alınmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyev Rafiq Mirağa oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11 noyabr 2002-ci ildə caabdeh X9 qızı ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə yaşadıqları müddətdə 01 oktyabr 2002-ci ildə X4 və 07 iyul 2005-ci ildə X2 adlı iki övladları doğulmuşdur. 01 oktybr 2002-ci ildə anadan olmuş oğlu X4 vəfat edib. Xasiyyətləri uyğun gəlmədiyindən və aralarında yaranan narazılğa görə ayrılmışlar. Bundan sonra ailələrinin bərpası mümkün deyildir. Cavabdeh Yeganə Əliyeva onunla yaşamaq istəmir, qəti və son fikri boşanmaqdır. Məhkəmə iclasında iddiaçı X6 izahatında iddianı müdfiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Əliyeva yeganə Çingiz qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatlarını dinləyib hesab edir ki, iş üçün zəruri olduğundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməli, komissiyadan hər iki tərəfin həyat şəraiti barədə rəy alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.1-ci maddəsinə görə uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.7-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda iş üzrə icraat dayandırıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 cavabdeh X1 qarşı nikahın pozulması tələbinə dair 2(021)-3128/2021 saylı mülki iş rəy verilməsi üçün Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilsin. Rəy alınanadək iş üzrə icraat dayandırılsın. Qərardaddan dayandırmaya aid olan hissədə 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Məhkəmə qərarları › İş №2(021)-3328/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3328/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver