Məhkəmə qərarları › İş №2(021)-333/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-333/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-333/2021 14.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat sığorta ödənişi məbləğinin, 500 manat və 30 manat dövlət rüsumunun, cəmi 2030.0 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 14.06.2017ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markal, 09BL946 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 09.07.2018-ci il tarixdə “VAZ 21063” markalı, 09BL946 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bərdə rayon H.Aslanov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və X4 ağır xəsarət almasına səbəb olmuşdur.Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1500 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Bərdə rayon Məhkəməsinin 12.12.2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 236-1.2-ci maddəsi ilə təqsirli bilinmiş və Cavabdeh avtmomobili idarə etmək hüququ olmadığı qeyd olunmuşdur. Bərdə RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi 02.11.2018-ci il tarixli 29310 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyta hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyət yaranmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC -nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, onun iştirakı olmadan işə baxılaraq qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh bildirdi ki, onun pul ödəməyə maddi imkanı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş AC № 359111 saylı Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** BL *** qeydiyyat nişanlı , “VAZ-21063” minik markalı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. Mülki işə əlavə edilmiş İcbari sığorta müqaviləsinə dair məlumat vərəqəsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 14.06.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markal, 09BL946 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üçün 50000 manat məbləğində sığorta təminatı almışdır. Mülki işə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuyliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 02.11.2018-ci il tarixli arayışdan görünür ki, “VAZ-21063” minik markalı, dövlət qeydiyyat nişanı ** BC *** olan avtomobilin 09.07.2017-ci il tarixdə saat 06:00 radələrində Bərdə rayon H.Aslanov küçəsində yol –nəqliyyat hadisəsi baş vermiş və piyada vurulmuşdur. “VAZ-21063” minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh, həmin qəza törədilən zaman sürücü Cavabdeh olmuşdur. Həmçinin qeyd olunmuşdur ki, Elsevər Paşayev avtomobili sürücülük vəsiqəsi olmadan qanunsuz idarə etmişdir. Avtonəqliyyat hadisəsi zamanı sürücü ayıq vəziyyətdə olmuşdur. Sürücü barəsində icraat (cinayət) başlanmışdır. Sağlamlığa ağır xəsarət yetirilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 1(021)173\2017 saylı 12.12.2017ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il 06(altı) ay sınaq müddəti müəyyən edilməklə təyin edilmiş əsas cəza şərti hesab edilmişdir. Həmçinin həmin hökmdə qeyd edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayon şöbəsinin verdiyi 22 sentyabr 2017-ci il tarixli 745 saylı rəyindən müəyyən edilir ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol bud sümüyünün aşağı 1/3-nin açıq yerdəyişmiş, sol ayaq pəncəsinin İ pazabənzər sümüyün qapalı yerdəyişməmiş qəlpəli sınıqları, hər iki diz oynağı və hər iki ayaq pəncəsi nahiyyələrinin səthi sıyrıqları olmuşdur. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yol nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən tarixə- yəni 09.07.2017-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 20.11.2018- ci il tarixli, № 6929\18\AA6199\18 nömrəli Sığorta Aktından görünür ki, 09.07.2018-ci il tarixdə Bərdə rayon H.Aslanov küçəsində baş vermiş yol -nəqliyyat hadisəsi zamanı X4 ağır xəsarət almasına görə "xxxx" ASC tərəfindən X5 ödənilən sığorta məbləği 1500 AZN təşkil etmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 30.09.2019cu il tarixli “Geriyə tələb (subroqasiya)” məktubundan görünür ki, müvafiq sığorta ödənişi məbləğinin ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 09.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən, avtomobili nəqliyyat vasitəsinin idarəetmək hüququ olmadan Cavabdeh idarə edərkən yol- nəqliyyat hadisəsi baş vermiş və nəticədə piyada X1 ağır xəsarət yetrilmişdir. Buna görə X5 "xxxx" ASC tərəfindən 1500 AZN sığorta ödəniş etmişdir. Bununla da "xxxx" ASC ” öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Hazırda subroqasiya qaydasında tul tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6- cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən «icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəsini iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, iddiaçı zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən onun cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyindən iddia 1500 manat tələbi hissəsində təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində əlavə olaqraq 500 manat tələb etsə də, bunu nə iddia ərizəsindəə əsaslandırmamış, nədə ki, iş materiallarında buna dair hər hansı sübut eəcək dəlili məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi bu hissədə təmin oluna bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat sığorta hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 (otuz ) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC - yə ödənilsin. İddia tələbi qaan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar