Məhkəmə qərarları › İş №2(021)-3341/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3341/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3341/2022 16.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə ələ keçirdiyi 420 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Tanrıveri oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Hacılar kənd sakinidir, cavabdeh Bərdə rayonu, Cumalar kənd sakini Cavabdeh İlhaam oğlunu uzun zamandır ki, tanıyır. Aralarında hər zaman yaxşı münasibət, “Salam” və “Sağol” münasibətləri olmuşdur. 02 iyun 2022-ci il tarixdə Cavabdeh təcili surətdə pul ehtiyacı olduğunu bildirərək, ondan 400 manat məbləğində pul istəmişdir. Bildirmişdir ki, 1 ay müddətində yəni 02 iyul 2022-ci il tarixdə pulu geri qaytaracaqdır. Cavabdeh pulu ondan almağa gələn zaman yanında 2 şəxs olmuşdur. 400 manat pulu ona inanaraq verməyi, tez bir zamanda ödəyəcəyini bildirmişdir. Həmçinin yanında gətirdiyi şəxsin kartı olduğunu bildirərək, pulu öz adına alsa da X3 adına qəbz yazacağını bildirmişdir. Hümalə Həsənova özünə məxsus olan kartı ona verərək ağ bir kağıza ondan pul aldığını və pul qarşılığında kartı verəcəyini qeyd etmişdir. Hümalə Həsənova kartı ona verərək, 15 iyun 2022-ci il tarixdə karta 300 manat pul daxil olacağını, 300 manatı çıxardıb borcdan silməyini və 02 iyul 2022-ci il tarixdə isə borclu qaldığı 100 manatı verəcəyini bildirmişdir. X11 13 iyun 2022-ci il tarixdə ona vermiş olduğu kartı ləğv etdirmiş və kartı bloklaşdırmışdır. O, 400 manat pulu Cavabdeh verməyinə baxmayaraq Namiq onun yaxınlığından su istifadə edərək onu aldatmışdır. 1 ay keçməsinə baxmayaraq Cavabdeh hələ də bu vaxta qədər ona olan borclu olduğu 400 manat pulu ödəməmişdir. Bir müddət keçdikdən sonra Namiq ona zəng edərək pulun hazır olduğunu və pulun Goranboy rayonunda olduğunu bildirmişdir. Lakin Goranboy rayonuna getmək üçün yol pulunun olmadığını bildirmişdir və ondan 20 manat pul istəmişdir. O, isə onun maşınında getməyi təklif etdiyi zaman razılaşmamışdır və ondan 20 manat almışdır. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 400 manat pulun verilməsini tələb etməyinə baxmayaraq, hər səfərində cavabdeh verməkdən imtina etmişdir. Cavabdeh onu aldatmışdır və ona qarşı dələduzluq etmişdir. Bununla bağlı Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir, lakin heç bir nəticəsi olmamışdır, o, da məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, X2 borc pul almamışdır, ona heç bir borcu yoxdur, onunla birlikdə işləyən Mehman adlı şəxsə pul lazım olduğundan iddiaçı ilə onları tanış etmişdir, iddiaçı da razılaşıb ona 400 manat borc pul vermişdir, Namiqdən borc almamış, qəbz yazmamışdır. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Allahverdi oğlu xx xxxx 1962-ci ildə Bərdə rayonu, hacılar kəndində doğulmuşdur, Bərdə rayonu, Hacılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 336 nömrəli, 02 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Hacılar kəndində yaşayır. Mülki işə əlavə edilmiş qəbzdə göstərilmişdir: “X1 Namazdan 400 manat aldım iyulun 2-ə qədər qaytaracam, kartımı girov qoyuram, verməsəm kartım qalsın.” Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş sənədlərə əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş izahatdan müəyyən olunur ki, o, İddiaçı borc almamışdır. Mülki işə əlavə edilmiş Kapital bankın qəbzindən görünür ki, iddiaçı iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsi kimi qiymətləndirilmir, həmin qəbz qeyri müəyyən formada, başqa şəxs tərəfindən yazılmışdır və qəbzdə cavabdehin iddiaçıdan həqiqətən 400 manat borc alması göstərilməmiş, həmin qəbzin Həsənova Hümalə adlı şəxs tərəfindən yazılması qeyd edilmişdir, həmçinin iddiaçı özüdə qəbzi həqiqətən Həsənova Hümalə yazdığını məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 400 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətlərinin yaranması təsdiq edilmir, məhkəmyə təqdim edilmiş qəbz mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə də iddiaçı iddia tələbini sübut edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar