Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3345/2022 20.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat məbləğində pulun və ödənilmiş 47 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu, Lənbəran kənd sakinidir, hazırkı iş üzrə cavabdeh Bərdə şəhər sakini Cavabdeh uzun zamandır ki, tanıyır, aralarında hər zaman yaxşı münasibət “salam” və “sağol” münasibətləri olmuşdur. Hazırkı iş üzrə cavabdeh kimi qeyd etdiyi Cavabdeh ünvan 1 ünvanında 100 ha torpaq sahəsi var. Qeyd etdiyi 100 ha torpaq sahəsini icarəyə götürərək, orada pambıq əkini ilə məşğul olur. 2021-ci ilin may ayında Cavabdeh ona və digər başqa bir şəxslərə zəng edərək pambıq sahəsini sulamaq lazım olduğunu bildirmişdir. O, və digər şəxslər Cavabdeh ilə razılaşıblar və pambıq sahəsini sualamağa başlamışlar, cavabdehin 100 ha pambıq sahəsini o, cəmi olaraq 3 dəfə sulamışdır. 2 dəfə suladığı zaman Cavabdeh onun pulunu vermiş, lakin 3-cü dəfə suladığı zaman isə pulunu verməmişdir. Onlar Cavabdeh ilə 100 ha torpaq sahəsini sulamaq üçün hektarı 30 manat olmaqla 3000 manata danışmışdırlar. Onlar torpaq sahəsini sulayıb bitirdikdən sonra Rpvşən Əliyev ona verməli 3000 manat puldan sadəcə 300 manat vermiş və qalan 2700 manat pulu tezlikə verəcəyini bildirmişdir. O, isə Cavabdeh hər zaman pulu verməsini nəzərə alaraq verəcəyini düşünərək, razılaşmışdır və 300 manatı almışdır. Lakin bu vaxta qədər Cavabdeh onu işlədərək ona borclu olduğu 2700 manat pulu ödəməyibdir. Hər səfərində pulu istədikdə gələn həftə verəcəyini, Novruz bayramında verəcəyini, Yeni il bayramında verəcəyini deyərək hər səfərində yubadırdı, Cavabdeh onun yaxşılığından sui istifadə edərək, onu aldatmışdır və ona qarşı dələduzluq etmişdir, o, da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı X2 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehuna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh qızının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 0 aprel 1961-ci ildə Bərdə rayonu Lənbəran kəndində doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon, Lənbəran kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 372 nömrəli, 06 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Lənbəran kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1955-ci ildə Xankəndi şəhərində doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 47 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Beləliklə, İddiaçı Cavabdeh qarşı 2700 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı idda tələbinin əsası kimi heç bir sübutu iddia ərizəsinə əlavə etməmiş, məhkəmə iclaslarında iddia tələbini təsdiq edə biləcək çötəbər sübutlarını, dəlillərini, eləcə də şahidlərini təqdim edə bilməmişdir. Buna görə də iddia tələbi təmin edilməməli, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3345/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3345/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver