Məhkəmə qərarları › İş №2(021)-336/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-336/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-336/2021 27.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi İddiaçı X18 nümayəndəsi X11 və vəkili X25, Cavabdehlər X12, onun nümayəndəsi və vəkili X13, Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinin sədri X26 iştirakları ilə, İddiaçı X18 cavabdehlər X44 oğluna, X14, X20, X21 və Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinə, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon Əyricə kənd icra nümayəndəliyinə qarşı “çıxarışın etibarsız hesab olunması, evə köçmə və evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı X47 qızı məhkəmədə cavabdehlər X44 oğluna, X14 və X20 qarşı iddia qaldıraraq, azyaşlı uşağı X34 ilə birlikdə Bərdə rayon Mirzalıbəyli kəndində bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən cavabdehlər X44 oğlunun, X7 və X15 istifadəsində olan evə köçürülməyinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı X47 qızının vəkili X37 iddia ərizəsinin həcminin artırılmasına dair ərizə verərək, X16 və Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinin cavabdeh kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin və Bərdə rayon Əyricə kənd icra nümayəndəliyinin üçüncü şəxs qismində cəlb olunmasını və X16 adına olan çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı X47 qızı iddia tələbini onunla əsaslandırmışdır ki, X27 ilə 06.06.2014-cü ildə ailə həyatı qurmuş, birgə nikah dövründə 19.08.2016-cı il təvəllüdlü X34 adlı bir uşaqları anadan olmuşdur. Daha sonra X27 ilə aralarında yaranmış narazılığa görə aralarında bağlanmış nikah pzoulmuşdur. Cavabdehlər Bərdə rayon Miirzalıbəyli kəndində bələdiyyə müliyyətində olan torpaq sahəsini zəbt edərək ev tikdirmişlər. Hazırda onun bütün cehiz əşyaları həmin evdədir, lakin cavabdehlər onun orada yaşamasına imkan vermirlər. Hazırda uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Həmçinin qeyd etmişdir ki, həmin mübahisəli ev onun keçmiş əri Tahir Qənbərovun qazancı ilə tikilmişdir. Odur ki, iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X18 nümayəndəsi X28 bildirdi ki, qızı Göhər həmin mübahisəli evə gəlin köçmüş və cehiz əşyaları da ora yerləşdiirlmişdir. İddia tələbinni təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X47 qızının vəkili X37 bildirdi ki, həmin mübahisəli evi Məzahir Qənbərov tikdirmişdir. Göhər Qənbərova o evə gəlin köçmüş, cehiz əşyaları da ora yerləşdirlimiş və birgə yaşamışlar. Ev Məzahirindir qanunsuz olaraq X16 adına sənədləşdiriblər. Məhkəmə iclasında X44 oğlu bildirdi ki, mübahisəli ev ona deyil, X21 məxsusdur. Onlar orada müvəqəti yaşamışdır. İddiaçı onlarla birgə Rusiya Federasiyasında yaşamış, lakin sonradan atası evinə qayıtmışdır. Məhkəmə iclasında X44 oğlunun nümayəndəsi və vəkili X30 iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında X31 bildirdi ki, mübahisəli torpaq sahəsi 1990-cı ildən onun istifadəsində olub, daha sonra həmin torpaq sahəsini bələdiyyədən almış və sənədləşdirmişdir. Məzahirin xahişi ilə onların Bərdədə evləri olmadıqları üçün qızın cehiz əşyalarını ora yerləşdirilməsinə razılıq vermişdir. Məhkəmə iclasında cavabdeh Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinin sədri X38 bildirdi ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən mübahisəli 0.06 ha torpaq sahəsini qanuni əsaslarla X1. Digər cavabdehər X14, X20 və 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon Əyricə kənd icra nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X7 və X15 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həmçinin işə üçüncü şəxslərin nümayəndlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Seriya AZE № 18513369 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X33 24.07.1991-ci il tarixdə Ağdərə rayon Umudlu kəndində anadan olmuşdur. Tərtər rayon Umudlu kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 677 nömrəli, 09.07.2019-cu il tarixli arayışdan görünür ki, X6 rayon Mirzalıbəyli kəndində yaşayır. İş materiallarında olan Seriya AA № 346342 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, X47 qızı 1992-ci ildən Ağdərə rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan AZ-İ № 325601 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X27 ilə X33 arasında bağlanmış nikah 14.05.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 2(021)5004\2018 saylı 24.12.2018-ci il tarixli qətnaməsindən görünür ki, X27 ilə X33 arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 19.08.2016-cı il təvəllüdlü X23 anasının himayəsində qalması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün X8 hər ay 160 manat miqdarında alimentin tutularaq X24 ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2679\2019 saylı 08.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, X4 rayon Məhkəməsinin 2(021)1219\2019 saylı 14.03.2019-cu il tarixli qətnaməsindən cavabdeh Tahir Qənbərovunun apellyasiya şikayəti təmin olunaraq Bərdə rayon Məhkəməsinin 2(021)1219\2019 saylı 14.03.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul olunaraq iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 522 saylı 19.09.2019-cu il tarixli arayışdan görünür ki, X5 şəhəri 3\4 ünvanda X32 evində müvəqqəti yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 0.06 ha torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ əsasında Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinin tam mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin A№ 419600 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 0.06 ha torpaq sahəsinin hüquq sahibi Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsidir. İş materiallarında olan Bərdə rayon Mirzalıbəyli bələdiyyəsinin 09.10.2019-cu il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, Mirzalıbəyli bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0.06 ha torpaq sahəsi Mizəlıbəyli kənd sakini X1. İş materiallarında olan AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsi Bərdə rayon Mirzalıbəyli kəndində 0.06 ha torpaq sahəsinin 948.00 manata X3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsininReyestr nömrəsi **********32-10301 saylı fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Mərdə rayon Mirzalıbəyli kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evin hüquq subyekti X22r. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 102.9 kv.m ümumi sahədən ibarət daşınmaz əmlak və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X16 tam mülkiyyətindədir. 10 saylı iclas protokolundan görünür ki, 0.06 ha torpaq sahəsi X2 qərara alınmışdır. İş materiallarında olan İƏ nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, X9 adına təsərrüfatbaşına uçot kitabında Bərdə rayon Mirzalıbəyli kəndində 0.06 ha torpaq sahəsi və 2018-ci ildə tikilimiş 4 otaqlı fərdi yaşayış evi var. İş materiallarında olan yerli baxış protokolundan görünür ki, X21 məxsus 0,08 ha torpaq sahəsindən şərq hissədə torpaq sahəsi və həmin torpaq sahəsindən sonra ayrı torpaq sahəsi və həmin torpaq sahəsində iddiaçının iddia etdiyi fərdi yaşayış evi vardır ki, həyətə ayrıca girişi qapısı mövcuddur. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı X33 ilə X27 ailə həyatı qurmuş, birgə nikah dövründə 1uşaqları anadan olmuşdur. Daha sonra onlar ayrılmışlar. İddiaçı mübahisə obyekti olan Bərdə rayon Mirzalıbəyli kəndində 0.06 ha torpaq sahəsində yerləşən evə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuş və alqı-satqı müqaviləsi əsasında X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış əsasında Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 102.9 kv.m ümumi sahədən ibarət daşınmaz əmlak və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X16 adına qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, hazırkı mülki işdən əvvəl iddiaçı Gövhər Qənbərova cavabdeh Tahir Qənbərova qarşı evə köçmə tələbi ilə məhkəməyə müraciət etmiş, Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehin apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin təmin edərək yeni qətnamə qəbul etmiş və iddia rədd olunmuşdur. Apellyasiya intansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən müəyyən etdiyi hallar ondan ibarət olmuşdur ki, iddiaçının iddia etdiyi evi Qənbərov Məzahir Gəray oğluna məxsus olmasını iddia etsə də iddianı onu oğlu Tahir Qənbərova qarşı qaldırmış, məhkəmə isə cavabdehi əsl cavabdehlə əvəz etmə məsələsinə aydınlıq gətirməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə əldə edilmiş mütəxəsis rəy ilə iddiaçının iddia etdiyi torpaq sahəsində hər hansı bir evin olması müəyyən edilməmişdir ki, iddiaçı da iddia predmetini dəyişməmiş, həmçinin birinci instansiya məhkəməsi də qeyd olunan halı nəzərə almadan iddia tələbindən kənara çıxaraq iddiaçını bələdiyyə mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən evə köçürmuşdur. Qeyd olunan məsələlərə aydınlıq gətirməkdən ötrü məhkəm tərəfindən yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, X21 məxsus 0,08 ha torpaq sahəsindən şərq hissədə torpaq sahəsi və həmin torpaq sahəsindən sonra ayrı torpaq sahəsi və həmin torpaq sahəsində iddiaçının iddia etdiyi fərdi yaşayış evi vardır ki, həyətə ayrıca girişi qapısı mövcuddur. Yuyxarıda göstərilən halları və sübutları nəzərə alan məhkəmə iddia tələbinə aşağıdakı kimi hüquqi qiymət verərək dəyərləndirmə aparır. Belə ki, iddia tələbində Mirzalıbəyli bələdiyyəsinin mülkiyyətində olan 0,08 ha torpaq sahəsində olan evə köçürülmə xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi həmin torpaq sahəsi 0,08 ha yox, 0,06 ha olmuşdur ki, həmin torpaq sahəsidə alqı satqı müqaviləsi əsasında X21 bələdiyyə tərəfindən satılmışdır. Yəni iddia tələbində torpaq sahəsinin ölçüsü dəqiq göstərilməmiş və buna müvafiq olara iddianın dəqiqləşməsi barədə ərizə də verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət huququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Kontitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdi Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət huququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə yuxarıda sadalanan qanunvericilki normaları baxımından qeyd edir ki, çıxarışın etibrsız hesab olunması üçün əsaslar mövcud deyil. Həmçinin məhkəmə qeyd edir ki, həmin çıxarış bələdiyyə qərarı əsasında və alqı-satqı müqaviləsi əsasında verilmişdir ki, hazırkı mülki işdə qərarın və ya alqı-satqı müqaviləsinin etibarsızlığı irəli sürülmədiyindən bir başa çıxarışın etibarsız hesab olunması düzgün deyil. Məhkəmə həmçinin onu da qeyd edir ki, çıxarışın etibarsız hesab olunması barədə iddia tələbinin artırılması barədə ərizəni iş üzrə vəkil Xanım İsayeva imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Göründüyü kimi qanunvericilik nümayəndə olmadan vəkil kimi işə buraxılan şəxsin iddia tələbinin həcmini artırmaq kimi səlahiyyətini müəyyən etməmişdir. Məhkəmə evə köçürülmə tələbi ilə bağlı hissədə qeyd edir ki, həmin iddia təmin olunacağı təqdirdə hazırda mülkiyyətçi olan Qurban Əzimovun mülkiyyət hüququnu pozmuş olar. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı X18 cavabdehlər X19, X14, X20, X21 və Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinə qarşı “çıxarışın etibarsız hesab olunması və evə köçmə” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar