Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3376/2021 27.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Sərxan oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sərxan oğlundan dələduzluq yolu ilə ələ keçirdiyi 1530 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 avqust 2021-ci il tarixdə Bərdə rayonu Zümürxan kənd sakini olan hazırki iş üzrə Cavabdeh Bərdə rayon Mal bazarı adlanan ərazidə 1830 manat dəyərində 1 baş balalı inək alıb. Cavabdeh inəyi ona satarkən inəyin tam sağlam olduğun bildirib. Lakin inəyi aldığı gün cavabdehin satdığı inəyin xəstə olduğun görüb və səhərisi gün İsrayılın vermiş olduğu mobil nömrəsinə zəng edərək, inəyin xəstə olduğunu bildirib. Cavabdeh isə inəyin istiyə düşərək xəstə olduğunu bildirərək, dava-dərman alaraq sağaltmasını deyib. O isə təxminən 30 manatlıq aptekdən dava-dərman alıb və heyvana verib. Lakin inəyin sağalmayacağını görərək, yenidən Cavabdeh zəng edərək inəyin sağalmayacağını deyib və geri qaytarmaq istədiyini bildirib. Lakin cavabdehdən evini ünvanını soruşduqda onu yubadaraq, tamamilə fərqli bir ünvan deyib. Bir həftə ərzində cavabdehlə əlaqə saxladığı zaman onu yubadaraq ev ünvanını verməyib. 03 sentyabr 2021-ci il tarixində yenidən mal bazarına gedərək cavabdehin Zümürxan kəndindən olduğunu öyrənib və inəyi götürərək cavabdehin evinə aparıb təhvil verib. Vermiş olduğu 1830 manat pulu isə tələb etdikdə həmin zaman verməkdən imtina edib və bir neçə gün ərzində verəcəyini bildirib. Daha sonra yenidən cavabdeh ona zəng edərək inəyin sağalmağa doğru getdiyini və aptekdən dərman almağını bildirib. O isə aptekdən dərman alaraq cavabdehə verib. Bir müddət keçdikdən sonra inəyin öldüyünü, lakin balasının yaşadığını bildirib. Bunun üçündə 1830 manat pulundan 1580 manat geri verəcəyini bildirib. 300 manat pulu inəyin balasına çıxdı. Lakin 1 həftə ərzində cavabdeh borclu olduğu pulu geri verə bilməyib və verməkdən imtina edib. O bu zaman Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Bərdə rayon Polis şöbəsində şikayət ərizəsinə baxılmamış və mülki iş üzrə məhkəməyə müraciət etməyini məsləhət görüblər. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu pulu 1530 manatı tələb etməyinə baxmayaraq pulu vermir. Cavabdeh ona qarşı dələduzluq edib. Oda məcbur qalıb məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, iddiaçı bir baş yanı balalı inəyi 1830 manata satmışdır, bir neçə gün sonra inəyi onun həyətinə gətirib xəstə olduğunu demiş, inək onun həyətində ölmüşdür. Bundan sonra iddiaçı inəyə görə ona verdiyi pulun 1530 manatını qaytarmasını tələb etmişdir, lakin pulu qaytarmamışdır. Çünki inəyi sağlam vəziyyətdə satmışdır, inəyin ölməsinə görə məsuliyyət iddiaçının üzərinə düşdüyündən iddianın rədd edilməsini xahiş etdi. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1970-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Bərdə rayon Şöbəsi tərəfində verilmiş 1469 nömrəli, 28 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür, Tərtər rayonu Yeni qəsəbəsə bina 33, mənzil 23 ünvanında müvəqqəti qeydiyyatdadır. Mülki işə əlavə olunmuş 13 sengtyabr 2021-ci il tarixli 1 nömrəli yarma protokolundan müəyyən olunur ki, bir baş dişi yerli inək tövlə şəraitində yarılmış, limfa düyünlərində, təbi dəlikdə şişlər aşkar edilmişdir. Mülki işə əlavə edilmiş 13 sentyabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, xəstə inəyə baxış keçirilmiş heyvan halsız vəziyyətdə olması, çox keçmədən heyvanın tələb olması, həmin heyvanda pat anatomik yarma aparılması, heyvanın öldüyü və basdırıldığı yerin almeldehit məhsulu ilə dezinfeksiya edilməsi aktlaşdırılmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş, Mustafayev Faiq Xudat oğlunun ərizəsi əsasında toplanmış materiallara əlavə edilmiş X3 oğlunun izahatının surətindən müəyyən olunur ki, 27 avqust 2021-ci il tarixdə Bərdə rayon Mal bazarınds bir baş yanı balalı inəyi 1830 manata Faiz adlı şəxsə satmışdır. Həmin şəxs 20 gün sonra ona zəng edərək, inəyin ot yeməməsini bildirirək, qaytarmaq istədiyini deyib, o, dabildirmişdir ki, heyvanı sağlam vəziyyətdə vermişdir, aparıb özü xəstələndirmişdir. Lakin həmin şəxs sabahı günü inəyi onun yaşadığı ünvana gətirərək, heyvanı müalicə etdirib sağaltmasını demiş, o, əvvəlcə razı olmamış, sonra Nurəli adlı şəxsin sözünə görə heyvanı müalicə etmək üçün qəbul etmiş, bundan bir gün sonra heyvan həyətində ölmüşdür. üb, o, da bu barədə həmin şəxsə məlumat vermişdir, inəyin ölməsində və həmin şəxsə maddi ziyanlıq dəyməsinə görə bütün məsuliyyət heyvan alan şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh Sərxan oğluna qarşı 1530 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında mal alqı-satqısı bağlanılmış, lakin sonradan iddiaçı tərəfindən mübahisəli mal cavabdehə qaytarılmış və cavabdeh də öz növbəsində həmin mala görə verilmiş ödənişə münasibətdə iddiaçıya borclu qalmışdır. Beləliklə hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, Cavabdeh oğlu iddiaçı Mustafayev Faiq Xudat oğluna 1530 manat pulu qaytarmadığını məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1530 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xeyrinə 1530 (min beş yüz otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3376/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3376/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver