Məhkəmə qərarları › İş №2(021)-3384/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3384/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3384/2022 26.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13700 manat pul vəsaiti alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki,hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 20 avqust 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 13700 manat məbləğində pul borc vermiş, Cavabdeh borcunu xx.xx.2021-ci il tarixədək hissə-hissə olmaqla, birinci ay 1700 manat, digər aylarda isə 3000 manat məbləğində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 13700 manat və İddiaçı tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununa əsasən notariusların icra qeydləri məhkəmə və digər orqanların qərarları kimi icra sənədləridir. Həmin icra sənədlərinin məcburi icrası məhkəmə icraçıları tərəfindən həyata keçirilir. İcra sənədi üzrə tələb icra edilmədiyi və ya qismən icra edildiyi hallarda icra sənədi məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır və tələbkarın müraciəti əsasında sənəd yenidən icraya yönəldilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair icra sənədi olduğundan sözügedən icra qeydinin icrası üçün aidiyyəti icra qurumuna müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.3-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263- 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş icraata xitam verilsin Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar