Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3396/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı pul və qızıl zinət əşyaları tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul mülkiyyətçinin pozulmuş hüquuqlarının aradan qaldırılması, torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1956-ci il təvəllüdlüdür, pensiyaçıdır,Bərdə rayon Qasımbəyli kənd sakinidir. Bərdə rayonun Qasımbəyli kənd sakini, həmkəndlisi Cavabdeh 15 aprel 2023-ci il tarixdə ona müraciət edərək 4000 (dörd min) manat borca pul verməyini xahiş etmiş və ona bildirmişdir ki, “4000 manat pul verərsənsə sənə 4800 manat pul verəcəyəm”. Razılaşmalarına əsasən hər ay 400 manat ödəməklə 12 ay müddətində Cavabdeh ona olan borcunu başa çatdırmalı idi. Beləliklə, 15 aprel 2023-cü il tarixdə həmkəndlisi Fədayılə 4000 manat pul verdmişdir. Həmin gün damadama dəftər vərəqində Fədayıl 4800 manat pul verməli olmasına imza etmişdir. Bundan sonra X13 tərəfindən verilmiş pensiya kartını ona təqdim edib bildirmişdir ki,hər ay kartından 403 manat pulu çıxarıb borc başa çatana qədər götürər. Onun pensiya kartını ona verməsi onda borcun qaytarılmasına böyük ümüd yaratmışdır. Beləliklə, 2023-cü ilin may və iyun aylarında hər ay 403 manat olmaqla Bankamatdan cəmi 806 (403+403=806) manat pul çıxartmışdır. Növbəti ay, yəni 2023-cü ilin iyul ayında Fədayıl Mehdiyevin verdiyi kartla Bankamata yaxınlaşıb kartı Bankamata daxil etmişdir, məlum olmuşdur ki, Fədayıl artıq kartı bağlatdırmışdır. Bununla bağlı Fədayıl Məmmədova müraciət edib bu məsələyə aydınlıq gətirməsini tələb etmiş, ancaq Fədayıl ödəmək istəməməsi sevdasına düşmüşdür. Beləliklə,Cavabdeh ona olan 4800 manat borcundan 806 manatı ödənilmiş, qalıq 3999 (4800-806=3999) manatdır. Odur ki, Cavabdeh 3994 manat pulun və Dövlət, rüsumu hesabına ödənilmiş 59,90 manat pulun alınaraq onun xeyrimə verilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iddiaçıdan 2016-cı il tarixdə mərhum yoldaşı xəstə olduğu üçün onun qızıllarını Ərşada girov qoyaraq 12 ay müddətinə hər ay 400 manat olmaqla borc pul almışdır. Bir müddət borcu 2016-cı ildən 230 manat kart və 170 manat nəğd şəkildə ödəməyə başlamışdır. Müddət bitdikdən sonra o, yoldaşından miras qalmış sep və komplekti geri tələb edərkən Ərşad bildirmişdir ki, verdiyi pullar faizə çıxıb. 4000 manat pulun hər ay sələmi 10 faizlə 400 manat edir. Pulu tam şəkildə bütöv ödəməlisən. Lakin o, bildirmişdir ki, onun yoldaşı xəstə olmuşdur, bütün pullarını onun müalicəsinə xərcləmişdir. Həmkəndlidir. Onun bu günündə sən məni gərək sələmlə yükləməyəydin. O, isə əvəzində bildirdi ki, onun vecinə deyil, pulu nə vaxt tam olaraq bütöv ödəməmisən hər ay verdiyin pullar sələmə çıxılacaq. Bu münvalla hər ay kart və nəğd şəkildə hal-hazıra kimi Ərşada 24000 manat pul ödəmişəm. O,Azərbaycan Rspublikası məhkəmə sistemini ədalətli, vətəndaşların hüquqlarını müdaiə edən bir orqan kimi görür. Ərşada hal-hazıra kimi, 24000 manat pul ödəmişdir. Adamın allahı olar. Ərşad o, dünyada allahına nə cavab verəcək. Hörmətli məhkəmə Siz götüntüləri çıxara bilsəniz Ərşadın nə qədər bankadan kart vasitəsi ilə pul çıxardığını görərsiniz. O, haram sələmi Ərşad necə yeyəcək. Tutaq ki, məhkəmə indən sonra həmin 4000 manat pulu alınmasına dair qərar qəbul etdi. Ərşad bunu niyə 2016- 2017-ci illərdə vermirdi məhkəməyə. Demək ona ondan sələm almaq sərf edirdi. Belə haram yolla pul qazanırdı. Ərşad tək ona yox başqa şəxlərədə sələm verib insanları bədbəxt edib əmlakın varın pulun mənimsəyib. Ərşad təkçə bu illər ərzində 4000 manat əvəzində ondan 20000 manat artıq pul almışdır. Buna görə dövlətə hansı vergi vermişir. Ətraflı araşdırma olsa Ərşadın bu qanunsuz yolla necə pul qazandığı ortaya çıxacaq. O, məhkəmənin Ədalətinə inanır. İnanır ki, Ərşadda olan və mərhum yoldaşından qalmış qızılların geri qaytarılımasına və ödədyi 24000 manat pulun sübut edəcək. Onun kimi, insanlara Ərşad sələm verərək yükləyib, məhkəmədə araşdırma aparılsa görünər ki, onun pulla iddia tələbləri məhkəmədə çox olmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, verilmiş ilkin və qarşılıqlı iddialar təmin edilməməlidir. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1956-cı ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Seriya AZE ******** Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 12 fevr al 1965-ci ildə Bərdə rayonunda doğulmuşdur, ərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayonu Kələntərli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 1639 saylı, 04 avqust 2023-cü il il tarixli arayışdan müəyyən olnuru ki, İddiaçı Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır. Mülki işə əlavə olunmuş Kapital Bank ASC-yə aid olan **********648694 nömrəli akrtın surətindən müəyyən olunur ki, həmin kart Cavabdeh məxsusdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 09 avqust 2023- cü il tarixli, 31646 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu, Qasıbəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Kələtərli kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyi tərəfindən verilmiş 732 saylı nömrəli, 22 avqust 2023-cü il tarixli arayşdan müyyən olunur ki, Cavabdeh Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır. Mülki işə əlavə olunmuş KapitalBank ASC tərəfindən məhkəməyə təqdim edilmiş 01 yanvar 2016-cı il tarixdən 04 oktyabr 2023-cü il tarixli Məxaric əməliyyatları cədvəlindən müəyyən olunur ki, müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul məxaric olunmuşdur. Mülki işə əlavə olunmuş KapitalBank ASC tərəfindən məhkəməyə təqdim edilmiş 01 yanvar 2016-cı il tarixdən 04 oktyabr 2023-cü il tarixli Məxaric əməliyyatları üzrə video diskə baxış keçirilən zaman, məxaric əməliyyatlarının 2023-cü ilin oktyabr ayına qədər İddiaçı tərəfindən aparıldığı görünür. Mülki işə əlavə edilmiş mədaxil qəbzlərdən görünür ki, tərəflər məhkəmə iddia qaldırılması üçün dövlət rüsumu ödəmişdir. İddia və qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, ik iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul, tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı borc pul almasını X6 etiraf etmişdir. Cavabdeh həmin pulu qaytarmasını bildirmişdir. Həmin borc İddiaçı tərəfindən X3 məxsus pensiya kartından mütəmadi olaraq bir il ərzində çıxarılmışdır. Bu fakt Kapital Bank ASC tərəfindən məhkəməyə təqdim edilmiş disklə də sübut olunur. Bununla da İddiaçı tələbini sübut edə bilmədiyindən ilkin iddia tələbi təmin edilməməlidir. X1 İddiaçı qarşı qızıl və pul tələbi barədə qarşılıqlı iddia tələbini sübut edə bilməmişdir. Məhkəmə xüsusi olaraq vurğulamaq istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə Cavabdeh qarşı pul və qızıl zinət əşyaları tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, tərəflərin tələbləri təmin edilmədiyindən dövlət rüsumu özlərinə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul və qızıl zinət əşyaları tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3396/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3396/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver