Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3397/2021 27.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Zülfüqarov Feruz Calal oğlunun və vəkili İsayeva Xanım Yusif qızının iştirakları ilə, İddiaçı Zülfüqarov Feruz Calal oğlunun cavabdehlər Mustafayev Elzamin Nurəddin oğluna, Bəndəliyeva Mətanət İdris qızına qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Bəndəliyeva Mətanət İdris qızından borclu olduqları 1000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Zülfüqarov Feruz Calal oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh Cavabdeh1 oğlunu həmkəndlisi olaraq tanıyır, aralarında sadəcə “salam” və “sağol” münasibətləri olmuşdur. Təxminən 8 ay bundan əvvəl cavabdeh Cavabdeh1 təcili olaraq pula ehtiyacı olduğunu bildirərərk, ondan 450 manat məbləğində pul istəyib, borc aldığı 450 manat pulu tez zamanda əmək haqqı aldığı zaman geri qaytaracağına söz vermişdir. O, da Cavabdeh1 verdiyi sözlərə inanaraq istədiyi məbləğdəki pulu ona vermişdir. Aradan bir müddət keçmişdir ki, Elzamin onun mobil nömrəsinə zəng edərək, anasının onunla görüşüb danışmaq istədiyini bildirmişdir, Cavabdeh1 anası cavabdeh Bəndəliyeva Mətanət İdris qızı ilə görüşdüyü zaman ona yalvar yapış edərək 550 manat məbləğində borc pul istəmişdir. Bildirmişdir ki, borcunu ödəmək üçün pensiya kartını, oğlunun isə maaş kartını götürüb, hər ay davamlı olaraq oradan borclu olduqları pulu çıxartsın. O, maaş və pensiya kartını Cavabdeh2adan almış, istədiyi 550 manat məbləğində pulu da ona vermişdir. Cavabdeh1 Nurəddin oğlu qaz idarəsində nəzarətçi olaraq işləyir, əmək haqqı vaxtı və pensiya verilən vaxtı cavabdehlərə məxsus olan kartdan pulu çıxartmaq istədikdə verilmiş olan kartların bağlı olduğunu görmüş və həmin zaman cavabdehlərə məlumat vermişdir. Cavabdehlər isə maaş kartının vazxtının bitdiyini, pensiyanın isə dayandırıldığını bildirmişdir. Davamlı olaraq cavabdehlərdən borclu olduqları 1000 manat məbləğində pulu istədikdə narahat olma tezliklə verəcəyik deyirlər. Dəfələrlə zəng etdikdə hər cür bəhanələr deyərək pulunu verməkdən boyun qaçırtmışdırlar. Bu vaxta qədər hələdə pulunu nə hissə-hissə, nə dəki, tam olaraq verməyiblər. Bunun üçündə o, da məcbur qalıb Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdehlərin etdikləri əməllərdə dələduzluqla bağlı cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı Zülfüqarov Feruz Calal oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X23 qızı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, X6 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 Nurəddin oğlunun, Bəndəliyev Mətnaət İdris qızının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx xxx 1966-cı ildə doğulmuşudr, ünvan 1i ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş ünvan 2i dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1132 nömrəli, 30 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Zülfüqarov Feruz Calal oğlu Bərdə rayonu, Divanlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Zülfüqarov Fehruz Cəlal oğlunun şikayət ərizəsi əsasında Bərdə rayonu, Pıolis Şöbəsində Cavabdeh1 tərəfindən verilmiş izahatın surətindən müəyyən olunur ki, 2018-ci ilin iyun ayında Zülfüqarov Fehruzadan 550 manat sələmə pul almış, əmək haqqı kartını ona girov qoyub, hər ay 55 manat pul ödəməsini, 3 aydan sonra yenidən pul lazım olduğu üçün 450 manat sələmə pul aldığını, hər ay buna görə 100 manat pul ödədiyini, 2021-ci ilin iyun ayına kimi Fehruza 100 manat pul ödədiyinmi, sonradan pulu ödəməyi dayandırdığını, çünki hesablayanda pulu artıqlaması ilə qaytardığını, X3 Fehruzdan pul almadığını göstərmişdir. Mülki işə əlavə edilmiş X7 şikayət ərizəsi əsasında Bərdə rayonu, Pıolis Şöbəsində X10 tərəfindən verilmiş izahatın surətindən müəyyən olunur ki, Fehruzdan pul almadığını, oğlu Elzaminin ondan pul aldığını son 2-3 ay olarki bildiyini, onun və oğlunun Fehruza borcu olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, iddiaçı X8 cavabdehlər Cavabdeh1 və X4 qarşı 1000 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir, bu baxımdan iddiaçı iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 iddiaçı Zülfüqarov Fehruz Calal oğlunun xeyrinə 1000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 1000 (min) manat və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X11 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3397/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3397/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver