Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3399/2021 04.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bauramov Orxan Elşən oğlunun, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Məmmdova Reyhan Yaqub qızına qarşı “borcla əlaqədar pul” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh Yaqub qızının istehlak etdiyi elektirik enerjisinə görə yaratmış olduğu 934,75 manat borc və 30 manat məbləğində dövlət rsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti uetehlakçıları elektirik enerjisi ilə təmin edilən yeganə təchizatçıdır.İstehlakçılara verilən elektirik enerjisi sayğac vasitəsi ilə ölçülür və tarif şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsnasında istehlakçı tərəfindən ödənilir.Bildirirlər ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı kimi Bərdə EŞ-nin “Proqram bazası”nda **********00390 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 15 iyun 2012-ci il tarixindən 27 noyabr 2017-ci il tarixinədək 27 noyabr 2017-ci il tarixindən 16 yanvar 2020-ci il tarixinə kimi VİKO-M580 tipli zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı vasitəsilə 16 yanvar 2020-ci il tarixdən 04 avqust 2020-ci il tarixinə kimi PAUD-MP106 tipli, zavod nömrəsi **********3 olan elektrik hesablama sayğacı vasitəsi ilə, 04 avqust 2020-ci il tarixindən hal-hazıra kimi isə PAUD-MP tipli, zavod nömrəsi **********8 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçını keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş xəbərdarlığa” uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablama dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1902.48 manat məbləğində debitor borcu olmuşdur. 14 yanvar 2017-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən 1808.08 manat təşkil edilən 27865kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. Beləliklə Cavabdeh 14 senyabr 2021-ci il tarixinə ödəməli olan 934.75 manat məbləğində debitor borcu vardır. Tərəflərindən Cavabdeh yaşadığı ünvana 03 fevral 2021-ci il tarixli 114 nömrəli Petenziya göndərilərək tarixə enerji istifadəsinə görə yaranmış 934.82 manat məbləğində debitor borcu 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 19 fevral 2021-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq bordən ödəniş etməmişdir. Cavabdehı yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kpmpyuter vasitəsilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdənn yayınmaqla cavabdeh "xxxx" ASC-yə 934.75 manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Cavabdeh Bərdə EŞ-nin “Proqram Bazası” nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verərək, borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Yaqub qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasınn Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işdə olan sənədlri araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Məmmədova ReyhanYaqub oğlunun hazırkı vaxtadək cəmi 934,75 manat elektrik enerjisindən istifadəyə görə borcu vardır. İş materiallarında olan 14 may 2020-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Cavabdehn ünvan 1i ünvanındakı evinə elektirik enerjisindən istifadəyə görə sayğaca baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın alt qapağının möhürü yoxdur, sayğacın giriş və çıxış “0” xəttinin yuvası yanmışdır, sayğacın ekranında görüntü yoxdur. Sayğacdan gərginlik çıxmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X11 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, cavabdeh Məmmdova Reyhan Yaqub qızının elektrik enerjisində istifadəyə görə 934,75 manat məbləğində borcu olması sübuta yetirildiyindən iddia tələbi həmin məbləğdə təmin edilməlidir. Lakin məhkəmə iddia tələbinin dövlət rüsumuna aid hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh Məmmdova Reyhan Yaqub qızı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödməkdə azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Məmmdova Reyhan Yaqub qızına qarşı “borcla əlaqədar pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Məmmdova Reyhan Yaqub qızıdan elektirik enerjisindən istifadəyə görə 934.75 (doqquz yüz otuz dörd manat yetmiş beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-3399/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3399/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver