Məhkəmə qərarları › İş №2(021)-340/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-340/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-340/2023 10.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı və vəkili X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn borclu olduğu 8000 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qohumu X2 vasitəsi ilə tanımış və onun vasitəsi ilə də münasibətləri yaranmışdır. Cavabdeh münasibətlərindən istifadə edib, ona qızıl əşyaları alıb satmaq üçün borc olaraq 8000 manat pul verməyini xahiş etmişdir. Cavabdeh qızıl əşyalarını alıb satandan sonra pulunu qaytaracağına söz vermişdir. O, da tanışlıq münasibəti olduğuna görə ona inanıb, borc olaraq 8000 manat pul verməyə razılaşmışdır. Ancaq cavabdehə borc pulu notarial qaydada bağlanmış kredit müqaviləsi əasında verəcəyini bildirmişdir və sonuncu da onunla razılaşmışdır. Ona görə də cavabdehlə o, 16 noyabr 2021-ci il tarixdə Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisinə getmiş və notariat ofisində reyestrdə 3M-1669 nömrə ilə qeyd edilmiş Kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinə əsasən o, cavabdehə borc olaraq 8000 manat məbləğində pul vermişdir. Cavabdeh isə krediti 16 may 2022-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən onlar kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Lakin kredit müqaviləsi ilə müəyyən edilmiş müddət bitsə də cavabdeh nə 16 may 2022-ci il tarixdə, nə də sonrakı günlərdə öhdəsinə götürdüyü borcu qaytarmamışdır. O, həmin gün, sonrakı günlərdə cavabdehdən borclu olduğu pulu tələb etsə də, sonuncu müxtəlif bəhanələr edib, yalan vədlər verərək ona borclu olduğu 8000 manat pulu qaytarmaqdan imtina etmişdir. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdeh 8000 manat borcunu 16 may 2022-ci il tarixdə qaytaracağını öhdəsinə götürsə də öhdəliyini yerinə yetirmədiyinə görə o, məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə Cavabdeh ona borclu olduğu 8000 manat pulu qaytarmaması nəticəsində onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X8 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, iddiaçı ilə yaxın münasibəti olduğunu, ondan qızıl alveri etmək üçün 8000 manat borc pul aldığını, lakin aldığı borcu qaytara bilmədiyini etiraf etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx xxxx 1988-ci ildə Laçın rayonunda doğulmuşdur, Laçın rayonu, Ələkçi kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbycan Respublikası Qaçqıların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Ağcabədi rayon bölməsi tərəfindən verilmiş 676 nömrəli 03 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Laçın rayonu, Ələkçi kəndində pasport qeydiyyatındadır, Ağcəbədi rayonu, Pərioğulları kəndində müvəqqəti məskunlaşıb. Mülki işə əlavə edilmiş AA 204470 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş Ağcəbədi rayonu, Pərioğulları kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 275 nömrəli, 03 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı, Ağcəbədi rayonu Pərioğulları kəndində yaşayır. Mülki işə əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh 16 may 2022-ci il tarixədək 8000 manat borc pul vermişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 08 oktyabr 2022-ci il tarixli, 36150 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır və yaşayır. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 8000 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında borc müqaviləsi bağlanılmış, həmin borcun mövcudluğu iddiaçı tərəfindən təqdim edilmiş cavabdeh tərəfindən imzalanmış notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi ilə təsdiq edilir. Hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir və cavabdeh tərəfindən də əhmin borc məbləği etiraf edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 8000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 8000 manat (səkkiz min) manat tutularaq İddiaçı verilsin. İddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 56 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar