Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3409/2023 20.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiаçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qаrşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dаir mülki işə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra “Azəriqaz” İB) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən dəymiş 244,60 manat məbləğində zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv ünvanında X5 məxsus olan və ondan əldə etdiyi etibarnamə əsasında idarə etdiyi MAN markalı **-CX-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomaşın ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD” adlandırılacaq) balans və istismarında olan 108 mm diametrlik, aşğı təzyiqli, yerüstü qaz xətti borusunu vurub əzmiş, nəticədə 30 dəqiqə müddət ərzində 25 mbar təzyiq altında təbii qaz havaya axaraq təbii qaz itkisi yaranmışdır. Hadisə ilə bağlı SOCAR “Azəriqaz” İB-nin BRQİD Qaradağ Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı dayandırılmış, hadisə barədə “Azəriqaz” İBnin Qəza-Bərpa Xidmətinə və həmçinin Azərbayacn Respublikası DİN-nin 102 xidmətinə məlumat verilmiş, faktla bağlı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi ilə bağlı Qaradağ rayon Polis İdarəsinin Dövlət X11 araşdırma aparılmış, təqsirkar sürücü Cavabdeh izahatı alınmış, o, yazılı izahatında faktı etiraf edərək idarə etdiyi MAN markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massivdə hərəkətdə olarkən maşının yuxarı hissəsi qaz turbasına ilişdiyini və qaz turbasının əzildiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair barəsində İXP ******* inzibati xəta protokol tərtib edilmiş və TP ******* nömrəli X10 haqqında elektron qərar ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh barəsində toplanmış materialın surəti “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinə göndərilmişdir. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə “Azəriqaz” İB-nə ümumilikdə 244,60 manat məbləğində (17,44 manat itirilmiş qazın dəyəri və 227,16 manat təmir bərpaya çəkilən xərc) maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Odur ki, məhkəmədən Cavabdeh tərəfindən dəymiş 244,60 manat məbləğində zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Buna baxmayaraq Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəməiddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli Yol nəqliyyat hadisəsi və ya təmir bərpa işləri nəticəsində qaz xəttinin zədələnməsi haqqında Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:45də Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massivdə MAN markalı **-CX-*** dövlət qeydiyyat nişanlı beton maşını d-108 mm-lik aşağı təzyiqli qaz kəmərini vurub əzmiş, nəticədə 30 dəq ərzində 25 mbar təzyiq altında təbii qaz havaya axaraq qaz itkisinə səbəb olmuşdur. Qaradağ rayon TİX-nin Bakı Regional Qaz İstismarı Departamentinə ünvanladığı xx.xx.2023-cü il tarixli Xidməti məlumatdan görünür ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massivdə xx.xx.2022-ci il tarixdə saat 12:45-də MAN markalı **-CX-*** dövlət qeydiyyat nişanlı (beton maşını) nəqliyyat tərəfindən Qaradağ rayon TİX-in balansında olan d-108 mm-lik yerüstü aşağı təzyiqli qaz kəməri zədələnmişdir. Bakı Regional Qaz İstismarı Departamentinin “Baş vermiş qəza hallarının araşdırılması və sənədləşdirilməsi haqqında” Birliyin xx.xx.2018-ci il tarixli, SOCAR**********00030020A00005 nömrəli əmri ilə yaradılmış işçi qrupun rəhbəri, Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinə ünvanladığı Dəymiş ziyanın hesablanması haqqında Xidməti məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:45-də Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massivdə (kordinat: 40.328361; 49.702749) “MAN” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı (beton maşını) nəqliyyat tərəfindən yol nəqliyyat hadisəsi baş vermişdir. Qəza nəticəsində d 108 mm-lik, aşağı təzyiqli, yerüstü qaz xəttini yararsız hala salmış, 30 dəq ərzində təbii qaz havaya axmışdır. Birliyə dəymiş ziyanın hesablanması və Departamentinə təqdim edilməsi xahiş olunur. Lökbatan qəsəbəsi 1-ci massivdə d 108 mm-lik, aşağı təzyiqli, yerüstü qaz kəmərində baş vermiş qəzanın prinsipal Sexemindən Koordinant - 40.328361 49.702749 və fotoşəkillərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 12:45-də MAN YÜK markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin yuxarı hissəsinin qaz turbasına ilişməsi nətizəsində baş vermiş hadisə yeri müayinə edilərək Sxem tərtib edilmişdir. “Baş vermiş qəza hallarının araşdırılması və sənədləşdirilməsi haqqında” işçi qrupunun rəyindən görünür ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv ünvanda d 108 mmlik qaz xəttində baş verniş qəza hadisəsi nəticəsində Birliyə 244,60 (17,44 manat itirilmiş qazın dəyəri; 227,16 manar bərpa xərci) manat ziyan dəymişdir. Azəriqaz İB TTİ-nin Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv ünvanında baş vermiş avto qəza zamanı dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək işlərin və işlədiləcək materialların SOCAR**********31561024X01255 Qiymət cədvəlidən görünür ki, 227,16 manat ümumi ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixli, 2/10296 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqəsdi ilə aparılan tibbi müayinə Protokolunun surətindən görünür ki, sürücü Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 12:45-də Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massivdə MAN markalı **-CX-*** dövlət qeydiyyat nişanlı (beton maşını) nəqliyyat vasitəsini idarə edərkən ayıq olmuşdur. Qaradağ rayon Polis İdarəsinin DYP Şöbəsində Cavabdeh 10.02022-ci il tarixdə verdiyi izahatdan görünür ki, Cavabdeh izahatında xx.xx.2022-ci il tarixdə saat 12:45-də Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv ünvanında idarə etdiyi MAN YÜK markalı **-CX-*** dövlət qeydiyyat nişanlı (beton maşını) nəqliyyat vasitəsinin yuxarı hissəsi qaz turbasına ilişmiş və nəticədə qaz turbası zədələnmişdir. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən “Azəriqaz” Bakı Regional Qaz İstismar Departamenrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 069-11020 saylı məktubundan görünür ki, Yol nqəliyyat hadisəsi araşdırılmış, hadisədə MAN YÜK markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh günahkar tərəf olduğu müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edilərək 40 manat məbləğində cərimə qərarı qəbul edilmişdir. Əlavə olaraq sənədlərin surəti təqdim olunur. xx.xx.2022-ci il tarixli, İXP ******* saylı X9 Protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 12:45-də MAN markalı **-CX-*** dövlət qeydiyyat nişanlı (beton maşını) nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin yuxarı hissəsinin qaz turbasına ilişməsi nətizəsində nəqliyyat hadisəsi baş vermiş və buna görə də Cavabdeh barəsində Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, TP ******* saylı X10 X3 görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. AB №757762 saylı Sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC saylı sürücülük hüququ verilmişdir. AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Cavabdeh xx.xx.1991-ci ildə Bərdə rayonu, Nazirli kəndində doğulmuşdur, Bərdə rayonu, Nəzirli kəndində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, MAN YÜK markalı **-CX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. ƏN-V №767391 nömrəli Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 mülkiyyətində olan MAN YÜK markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsi üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibar etmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, “Azəriqaz” İB tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Cavabdeh Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv ünvanında X5 məxsus olan və ondan əldə etdiyi etibarnamə əsasında idarə etdiyi MAN markalı **-CX-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomaşın ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 108 mm diametrlik, aşğı təzyiqli, yerüstü qaz xətti borusunu vurub əzmiş, nəticədə 30 dəqiqə müddət ərzində 25 mbar təzyiq altında təbii qaz havaya axaraq təbii qaz itkisi yaranmış və Birliyə 244,60 (17,44 manat itirilmiş qazın dəyəri; 227,16 manar bərpa xərci) manat ziyan dəymişdir. Lakin Cavabdeh hadisə nəticəsində vurduğu 244,60 manat məbləğində zərəri iddiaçıya ödəməmişdir. Odur ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh hadisə nəticəsində vurduğu 244,60 manat maddi zərərin alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi xx.xx.2022-ci il tarixdə Cavabdeh Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv ünvanında X5 məxsus olan və ondan əldə etdiyi etibarnamə əsasında idarə etdiyi MAN markalı **-CX-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomaşın ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 108 mm diametrlik, aşğı təzyiqli, yerüstü qaz xətti borusunu vurub əzmiş, nəticədə 30 dəqiqə müddət ərzində 25 mbar təzyiq altında təbii qaz havaya axaraq təbii qaz itkisi yaranmış və Birliyə 244,60 (17,44 manat itirilmiş qazın dəyəri; 227,16 manar bərpa xərci) manat ziyan dəymişdir. Lakin Cavabdeh hadisə nəticəsində vurduğu 244,60 manat məbləğində zərəri iddiaçıya ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı 244,60 manat məbləğində zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi təmin edilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-in 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqı tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 244,60 (iki yüz qırx dörd manat altmış qəpik) manat dəymiş maddi zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilsin. Dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3409/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3409/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver