Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-342/2021 02.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 21.12.2019-cu il tarixli, GTKR1721154A137 saylı kredit müqaviləsinə əsasən 1587,45 manat əsas, 300,47 manat faiz, cəmi 1887,92 manat məbləğində borcun, 21.12.2019-cu il tarixli, BRED1721155A137 saylı kredit xətti müqaviləsinə əsasən 2000 manat əsas, 644,79 manat faiz, cəmi 2644,79 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İDDİAÇİ İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21.12.2019-cu il tarixli GTKR1721154A137 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 1600 məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21.12.2019cu il tarixli BRED1721155A137 saylı kredit xətti müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 13.10.2020-ci il tarixə İddiaçı ASC-nə 21.12.2019-cu il tarixli, GTKR1721154A137 saylı kredit müqaviləsinə əsasən 1587,45 manat əsas, 300,47 manat faiz, cəmi 1887,92 manat borcu, 21.12.2019-cu il tarixli, BRED1721155A137 saylı kredit xətti müqaviləsinə əsasən 2000 manat əsas, 644,79 manat faiz, cəmi 2644,79 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə göndərərək mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.12.2019-cu il tarixli GTKR1721154A137 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 26,9% olmaqla 1600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.12.2019-cu il tarixli BRED1721155A137 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 58 ay müddətinə, aylıq faiz dərəcəsi 25% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 16.10.2020-ci il tarixli 135000/1198 nömrəli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 13.10.2020-ci il tarixə GTKR1721154A137 saylı 21.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 1587,45 manat əsas, 300,47 manat faiz, cəmi 1887,92 manat borcu, 21.12.2019-cu il tarixli, BRED1721155A137 saylı kredit xətti müqaviləsinə əsasən 2000 manat əsas, 644,79 manat faiz, cəmi 2644,79 manat borcu vardır. İş materiallarında olan 31 may 2020-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh xəbərdarlığı aldıqdan sonra bank qarşısında olan gecikdirilmiş öhdəliyini dərhal yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə İddiaçı ASC-nin borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 21.12.2019-cu il tarixli GTKR1721154A137 nömrəli kredit müqaviləsi üzrə 1600 manat, 21.12.2019-cu il tarixli BRED1721155A137 nömrəli kredit kartı müqaviləsi üzrə isə 2000 manat məbləğində kredit alması, 21.12.2019-cu il tarixli GTKR1721154A137 nömrəli kredit müqaviləsi üzrə 1587.45 manat əsas, 300,47 manat faiz, cəmi 1887,92 manat və 21.12.2019-cu il tarixli BRED1721155A137 nömrəli kredit kartı müqaviləsi üzrə 2000 manat əsas, 644,79 manat faiz, cəmi 2644,79 manat məbləğində kredit borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 21.12.2019-cu il tarixli GTKR1721154A137 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1587,45 manat əsas, 300,47 manat faiz, cəmi 1887,92 manat və 21.12.2019-cu il tarixli BRED1721155A137 nömrəli müqaviləyi əsasən 2000 manat əsas, 644,79 manat faiz, cəmi 2644,79 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 21.12.2019-cu il tarixli GTKR1721154A137 nömrəli kredit müqaviləsi üzrə 1600 manat, 21.12.2019-cu il tarixli BRED1721155A137 nömrəli kredit kartı müqaviləsi üzrə isə 2000 manat məbləğində kredit alması, 21.12.2019-cu il tarixli GTKR1721154A137 nömrəli kredit müqaviləsi üzrə 1587,45 manat əsas, 300,47 manat faiz, cəmi 1887,92 manat və 21.12.2019-cu il tarixli BRED1721155A137 nömrəli kredit kartı müqaviləsi üzrə 2000 manat əsas, 644,79 manat faiz, cəmi 2644,79 manat kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 21.12.2019-cu il tarixli GTKR1721154A137 nömrəli kredit müqaviləsi üzrə 1587,45 manat əsas, 300,47 manat faiz, cəmi 1887,92 (bir min səkkiz yüz səksən yeddi manat doxsan iki) manat və 21.12.2019-cu il tarixli BRED1721155A137 nömrəli kredit kartı müqaviləsi üzrə 2000 manat əsas, 644,79 manat faiz, cəmi 2644,79 (iki min altı yüz qırx dörd manat yetmiş doqquz) məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-342/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-342/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver