Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3451/2023 18.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas kаtibliyi, iddiаçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “onun evdən istifadə hüququnun tanınması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz sahibliyində olan iddia ərizəsinin təsviri hissəsində göstərilən 5 adda qızıl-zinət əşyalarının, naturada alınması mümkün olmadıqda onların ümumi dəyəri olan 4400 (dörd min dörd yüz) manat pulun alınıb ona verilməsinə, onun və xx.xx.2006-cı il təvəllüdlü qızı X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına, hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq tərəfindən ödənilmiş 100 manat, həmçinin mediasiya xidmətinə görə tərəfindən ödənilmiş 50 manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianın qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmənin 16 avqust 2023-cü il tarixli 2(021)-2891/2023 saylı qərardadı ilə iddia tələbinin evdən istifadə hüququnun tanınması tələbinə dair hissəsi ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır. Məhkəmə tərəfləri dinləyib iş materiallarını təqdim edilmiş sübutlar ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraat baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə hesab edir ki, evdən istifadə hüququnun tanınması ailə münasibətlərindən irəli gələn tələblər sırasına daxil olduğuna görə və hazırki işdən də göründüyü kimi iddiaçının nikah bağlandığı vaxtdan gəlin kimi cavabdehin evinə köçməsi ilə əlaqədar yarandığı səbəbdən tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunur. Lakin, iddia tələbində bu haqda hər hansı sənəd olmadığına görə məhkəmə hesab edir ki, hazırki iddia tələbi baxılmamış saxlanılmalıdır. Çünki, hazırki tələb mediasiya prosesinin aparılmalı olan tələblər sırasına daxildir. İşə iddiaçı tərəfindən mediasiya prosesinin aparılmasına dair sənəd əlavə edildikdən sonra hazırki iddia ərizəsinə məhkəmə tərəfindən baxıla bilər. MPM-nin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 170, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3451/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3451/2023
18.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver