Məhkəmə qərarları › İş №2(021)-3456/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3456/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3456/2021 14.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun, İddiaçı “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əhmədov Rafiq Adil oğluna və Əhmədova Kifayət Allahverdi qızına qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 450 manat sığorta ödənişinin məbləği və ödənilmiş 20 manat dövlət rüsumuu olmaqla, cəmi 470 manat pulun cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qızından birgə qaydada tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, “Mersedes Benz E 220 CDİ” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil 25 iyul 2020-ci il tarixli PSS200843277 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən sığortalanmışdır. Cavabdeh Əhmədov Rafiq Adil oğlu 04 aprel 2021-ci il tarixdə saat 16:15 radələrində həmin avtomobili Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.İsmayılov küçəsində etibarnaməsiz idarə edərək “Hundai Sonata” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Bakı şəhəri, DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan”, Bakı şəhəri DYPİ YPX baş inspektor, polis baş leytenantı Səmədov Məmməd Nazim oğlunun 04 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokolundan və 04 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, 2021-ci ilin 04 aprel tarixində saat 16:15-də Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.İsmayılov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü toqquşmadır, cavabdeh avtomobili etibarnaməsiz idarə etdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsnin 332.1-ci və 346-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Hyundai Sonata” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “ İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında “qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Cəmiyyətə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 450 manat məbləğində müəyyən edilmişdir. “Hyundai Sonata” markalı , ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 450 manat məbləğində sığorta ödənişi olmuş, bu ödəniş 21 may 2021-ci il tarixli L-663/21 saylı səğorta ödənişi aktında və onun əsasında verilmiş **********2 saylı ödəniş tapşırığında öz əksini tapmışdır. Üçüncü şəxsə ödənilmiş 450 manat məbləğ cavabdehlər tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehlərə bu barədə pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. İddiaçı “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Səbuhi Paşayev məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iştirakı olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunmuş sübutlara əsaslanaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Əhmədov Rafiq Adil oğlu və Cavabdeh2 Allahverdi qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 oğlunun və Əhmədova Kifayət Allahverdi qızının məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 21 may 2021-ci il tarixli, İ-663 nömrəli sığorta aktının surətindən müəyyən olunur ki, 450 manat sığorta ödənişini olunmuşdur. İş materiallarında olan ödəniş tapşırığından müəyyən olunur ki, X3 450 manat sığorta ödənişi almışdır. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən olunur ki, Cavabdeh1 Adil oğlu ilə sığorta müqaviləsi bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş yekun aktının suurətindən müəyyən olunur ki, “Hyundai Sonara” markalı, ** XJ *** dövlət qeydiyyat nuşanlı avtomobilə dəymiş zərər-təmir prosesində işçi personalı dəmirçi armaturçu üçün 150 manat, rəngsaz üçün 300 manat, cəmi 450 manat müəyyən edilmişdir. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli, 21/434 nömrəli pretenziyanın surətindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 Allahverdi qızı mübahisənin məhkəmədən kənar yolla həll oluunması üçün məktubu alan gündən 7 iş günü müddətində 450 manat pulu Cəmiyyətə ödənilməsi xahiş edilmiş, əks təqdirdə xərclərin tutulması üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hasidsəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi Bakı şəhərində 04 aprel 2021-ci il tarixdə 16:15 dəqiqədə baş vermişdir, yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. İş materiallarında olan sürücü barədə başlanmış icraat haqqında məlumatın surətindən müəyyən olunur ki, İbişov Polad Ələmdar oğlu barəsində inzibati iş başlanılmışdır. İş materiallarında olan İXP-3884801 saylı inzibati xəta haqqında protokolun surətindən müəyyən oluunur ki, 04 aprel 2021-ci il tarixdə saat 16:15 dəqiqədə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.İsmayılov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir, hadisəni Cavabdeh1 oğlu törətmişdir. İş materiallarında olan TP4297341 saylı inzibati xəta haqqında qərarın surətindən müəyyən oluunur ki, 04 aprel 2021-ci il tarixdə saat 16:15 dəqiqədə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, R.İsmayılov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir, hadisəni Cavabdeh1 törətmişdir, avtomobili etibarnaməsiz idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 346-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 17 iyun 1959-cu ildə doğulmuşdur, Bərdə rayonu, Kafarlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AD № 816651 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz E 220 CDİ” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 Allahverdi qızının mülkiyyətindədir. İş materiallarında olan İbişov Polad Ələmdar oğlu tərəfindən Bakı şəhəri, BPİ-in DYPİ-nə verilmiş izahatının surətindən müəyyən olunur ki, 04 aprel 2021-ci il tarixdə, saat 16:15 radələrində Rəşad İsmayılov küçəsində hərəkət etdiyi zaman ondan sola hərəkət edən nömrəsini xatırlamadığı avtomobil onu sıxmış, ona dəyməməsi üçün sağa manevr etmiş, yerdəyişmə zamanı ondan sağda dayanmış Mersedes 90- SJ 841 dövlət nişanlı avtomaşının açıq qalmış qapısına dəymişdir. İş materiallarında olan Cavabdeh1 oğlu 04 aprel 2021-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, Rəşad İsmayılov küçəsində yolun sağ kənarında saxlayıb qapını açaraq düşərkən hərəkət edən Hyundai markalı avtomobilin sağ qabaq hissəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmədə müəyyən edildi ki, iiddiaçı “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 450 manat sığorta ödənişinin məbləği və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 470 manat məbləğin cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, hadisə Əhmədov Rafiq Adil oğlu tərəfindən törədilmiş və həmin şəxsin barəsində ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddia tələbində qeyd etdiyi dəlillər iş materiallarında olan sübutlarla təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əhmədov Rafiq Adil oğluna və Əhmədova Kifayət Allahverdi qızına qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Əhmədov Rafiq Adil oğlundan və Əhmədova Kifayət Allahverdi qızından 450 manat və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar