Məhkəmə qərarları › İş №2(021)-347/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-347/2022

05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-347/2022 05.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə bağlanmış kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 1749.6 manat məbləğində kredit borcu, 16.31 manat məbləğində faiz borcu və 610.63 manat məbləğində cərimə borcu olmaqla, 025R********** saylı kredit razılaşması üzrə 1723.93 manat məbləğində kredit borcu, 14.55 manat məbləğində faiz borcu və 625.79 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4740 (dörd min yeddi yüz qırx) manat 81 (səksən bir) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 67.41 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.09.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1749.6 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.11.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 1749.6 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.10.2021-ci il tarixə 349 gün üçün hesablanmış faiz borcu 16.31 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 20.10.2021-ci il tarixə 349 gün üçün hesablanmış cərimə 610.63 manat təşkil edir. Kredit razılaşmasının 4.1.1-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit razılaşmasından irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit razılaşması üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.09.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1724.64 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.11.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 0.71 manat ödəmiş, onun 1723.93 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.10.2021-ci il tarixə 349 gün üçün hesablanmış faiz borcu 14.55 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 20.10.2021-ci il tarixə 349 gün üçün hesablanmış cərimə 625.79 manat təşkil edir. Kredit razılaşmasının 4.1.1-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit razılaşmasından irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit razılaşması üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram göndərərək məhkəmə iclasda üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alıb, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər X2 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər X1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli 025R********** nömrəli kredit razılaşmasından müəyyən olunur ki, Bank məbləği 1749.60 (bir min yeddi yüz qırx doqquz manat altmış qəpik) manat olan krediti (bundan sonra «Kredit») illik faiz dərəcəsi 1 (bir) % olmaqla 60(altmış) ay müddətinə (1 (bir) il güzəşt müddəti ilə) Kredit Alana verir. -Kredit Alan krediti və ona hesablanmış faizləri bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılmış Ödəniş Planına («Ödəniş Planı») uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. -Kreditin məqsədi: Kredit Alanın Müqavilə üzrə bağlanmış 02/06/2015 tarixli, 25R********** saylı Kredit Razılaşması («Restrukturizasiya olunmuş borc») üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli 025R********** nömrəli kredit razılaşmasından müəyyən olunur ki, Bank məbləği 1724,64 manat olan krediti (bundan sonra «Kredit») illik faiz dərəcəsi 1 (bir) % olmaqla 60(altmış) ay müddətinə (1 (bir) il güzəşt müddəti ilə) Kredit Alana verir. -Kredit Alan krediti və ona hesablanmış faizləri bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılmış Ödəniş Planına («Ödəniş Planı») uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. -Kreditin məqsədi: Kredit Alanın Müqavilə üzrə bağlanmış 14/07/2015-ci il tarixli Kredit Razılaşması («Restrukturizasiya olunmuş borc») üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli 025G**********01 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli 025G**********01 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 12.11.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 025R********** saylı 30.09.2019-cu il tarixli kredit razılaşması üzrə iddiaçıya 20.10.2021-ci il tarixə 1723,93 manat məbləğində əsas kredit borcu, 14,55 manat məbləğində faiz borcu, 625,79 manat məbləğində cərimə borcu, cəmi 2364,27 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 12.11.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 025R********** saylı 30.09.2019-cu il tarixli kredit razılaşması üzrə iddiaçıya 20.10.2021-ci il tarixə 1749,6 manat məbləğində əsas kredit borcu, 16,31 manat məbləğində faiz borcu, 610,63 manat məbləğində cərimə borcu, cəmi 2376,54 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli xəbərdarlığın surətindən müəyyən olunur ki, Cavabdeh1 02.05.2021-ci il tarixinədək hesablanmış məbləği banka qaytarmasa banka borclu olduğu məbləğin, həmçinin hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda təkcə banaka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı xərcləri ödəyəcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 12.11.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 67,41 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 025R********** saylı kredit razılaşması üzrə 1749,6 manat məbləğində kredit borcu, 16,31 manat məbləğində faiz borcu və 610,63 manat məbləğində cərimə borcu, 025R********** saylı kredit razılaşması üzrə 1723,93 manat məbləğində kredit borcu, 14,55 manat məbləğində faiz borcu və 625,79 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4740,81 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, Cavabdeh1 025R********** saylı kredit razılaşması üzrə 1749,6 manat məbləğində kredit borcu, 16,31 manat məbləğində faiz borcu və 610,63 manat məbləğində cərimə borcu, 025R********** saylı kredit razılaşması üzrə 1723,93 manat məbləğində kredit borcu, 14,55 manat məbləğində faiz borcu və 625,79 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4740,81 manat məbləğində borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 025R********** saylı kredit razılaşması üzrə 1749,6 manat məbləğində kredit borcunu, 16,31 manat məbləğində faiz borcunu və 610,63 manat məbləğində cərimə borcunu, 025R********** saylı kredit razılaşması üzrə 1723,93 manat məbləğində kredit borcunu, 14,55 manat məbləğində faiz borcunu və 625,79 manat məbləğində cərimə borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor İddiaçı QSC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tələb edilən cərimə pulunun miqdarı yaranmış 025R********** nömrəli müqavilə üzrə əsas borc 1749,6 manat məbləğinə mütənasib olmadığından 610,63 manat məbləğində cərimə pulunun 10,63 manat məbləğinə, 025R********** nömrəli müqavilə üzrə əsas borc 1723,93 manat məbləğinə mütənasib olmadığından 625,79 manat məbləğində cərimə pulunun 25,79 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 025R********** saylı kredit razılaşması üzrə 1749,6 manat məbləğində kredit borcu, 16,31 manat məbləğində faiz borcu və 610,63 manat məbləğində cərimə borcu, 025R********** saylı kredit razılaşması üzrə 1723,93 manat məbləğində kredit borcu, 14,55 manat məbləğində faiz borcu və 625,79 manat məbləğində cərimə borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 025R********** saylı kredit razılaşması üzrə 1749,6 manat məbləğində kredit borcunun, 16,31 manat məbləğində faiz borcunun və 10,63 manat məbləğində cərimə borcunun, 025R********** saylı kredit razılaşması üzrə 1723,93 manat məbləğində kredit borcunun, 14,55 manat məbləğində faiz borcunun və 25,79 manat məbləğində cərimə borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 67,41 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 025R********** saylı kredit razılaşması üzrə 1749,6 manat məbləğində kredit borcu, 16,31 manat məbləğində faiz borcu və 10,63 manat məbləğində cərimə borcu, 025R********** saylı kredit razılaşması üzrə 1723,93 manat məbləğində kredit borcu, 14,55 manat məbləğində faiz borcu və 25,79 manat məbləğində cərimə borcu olmaqla hər iki müqavilə üzrə cəmi 3540,81 manat məbləğində kredit borcu və ödənilmiş 67,41 (altmış yeddi manat qırx bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar