Məhkəmə qərarları › İş №2(021)-348/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-348/2022

09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-348/2022 09.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərər” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh oğlundan xəstə heyvanı saxlamağı ilə əlaqədar ona dəymiş maddi ziyanın əvəzi olaraq 900 manat və məhkəmə xərclərinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, damazlıq məqsədi ilə İmişli mal bazarından Bərdə rayon sakini Zümürxaç kənd sakini X4 oğlundan 1 baş balalı inək heyvanını 1300 (min üç yüz) manata almışdır. Malı ona satan onu inandırmışdır ki, bu heyvan xəstə deyil onunla davranan zaman heç bir dəlilik etmir. Adamı vurmur. Malın pulunu nəğd ödəyəndən sonra satan adam bazardan çıxaraq Bərdəyə getmişdir. Malı alandan 10 dəqiqə sonra İmişli rayon Sarəxamlı kənd sakini Rəcəbi həmin inək bazarda vuraraq ona və apardıqları sürücüyə ciddi bədən xəsarəti yetirmişdir. Onları həkimə çatdırmış, təxminən 100 manat xərci çıxmışdır. Bundan başqa Şahverdili kənd sakini Xudiyev Yusif Hüseyn oğluna həmin inək xəsarət yetirmişdir. Hal-hazırda həmin inək onun tövləsində bağlı şəraitdə saxlanılır. Sonra tanışları baytar inəyi müayinə edərək müəyyən etmişdir ki, malı ona satan adam əvvəlcədən həmin xəstə və gözünün biri (sağ) kor inəyi müvəqqəti olaraq sakitləşdirmək üçün ona müvafiq qeyri-qanuni olan dərman pereparatı qəbul etdirmişdir ki, alıcı onun dəli heyvan olduğunu bilməsin. Beləliklə də həmin gün malı satan məlum şəxsə zəng edərək ona etirazını bildirmişdir ki, həmin inəyin pulunu qaytarsın, habelə inəyini geri aparsın. Cavabdeh onun etirazlarını rədd etmiş və telefonu bağlamışdır. Məcbur olub, onun yaşadığı evə getmişdir. Evdə heç kimi tapa bilməmişdir. Ona görə də yaxın qonşularına gəldiyinin cavabdehə çatdırmasını xahiş etmişdir. Atası ilə telefon əlaqəsi yaratmış, lakin atası bildirmişdir ki, oğlu onun kimi çoxlarını aldadıb, onlarada ziyan vurub. Ona şəhid ailəsi olduğunu bildirmişdir. O, da bildirmişdir ki, ən yaxşı yolu odur ki, gedin müvafiq qaydada polisə və ya məhkəməyə mürciət edin. Bərdə Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2(021)-1810/2021 saylı 08.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh oğlundan 1300 manat pulun alınaraq ona verilməsi qət olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh heyvanı aparmır və o da həmin heyvana yem vermək və suvarmaq məcburiyyətindədir. 05 aprel 2021-ci ildən bu günə qədər həmin heyvanı saxlamaq üşümn otla və digər yemlə yedizdirir ki, bu da əlavə xərclər etməklə başa gəlir. Bu fakt heyvana baxış aktında da təsdiq olunur. Bu günə qədər həmin heyvanlara bir ot presini 4 manata alaraq həmin heyvanlara yedizdirir. Heyvanlar dəli olduğundan onlardan heç bir məqsədlə istifadə etmək mümkün deylidir. Odur ki, ona dəymiş ziyanın məbləği 900 manatdır. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 24.01.2022-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbini müdafiə etmişdir. Həmçinin ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə qanunla nəzərdə tutulmuş qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materilallarını araşdırıb hesab edir ki, İddiaçı hazırkı iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 25 iyun 2013cü il tarixli 2(021)-1810/2021 saylı 08.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh oğlundan ona dəymiş 1300 manat faktiki ziyanın ödənilməsi və 05 aprel 2021-ci il tarixindən məhkəmə qətnaməsi qəbul edilən günə qədər inəyin və balasının saxlanılmasına görə ona dəymiş ziyanın hesablanaraq ödənilməsini əlavə olaraq ona verilməsinə köməklik edilməsini, həmçinin bu barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiaçının iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1300 (min üç yüz) manat alınaraq İddiaçı verilməsi qət olunmuş, iddia tələbi dəymiş ziyan hissəsində təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3381\2021 saylı 24.09.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2(021)-1810/2021 saylı 08.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı daha əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh oğlundan ona dəymiş 1300 manat faktiki ziyanın ödənilməsi və 05 aprel 2021-ci il tarixindən məhkəmə qətnaməsi qəbul edilən günə qədər inəyin və balasının saxlanılmasına görə ona dəymiş ziyanın hesablanaraq ödənilməsini əlavə olaraq ona verilməsinə köməklik edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2(021)-1810/2021 saylı 08.06.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1300 (min üç yüz) manat alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Həmçinin məhkəmə iddia tələbinin dəymiş ziyanla bağlı hissəsinə hüquqi qiymət verərək təmin etməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)3381\2021 saylı 24.09.2021-ci il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli 2(021)-1810/2021 saylı 08.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırkı iddia tələbində xəstə heyvanı saxlamağı ilə əlaqədar ona dəymiş maddi ziyanın əvəzi olaraq 900 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı qeyd olunan eyni iddia predmeti, eyni tərəf və əsaslar üzrə əvvəllər məhkəməyə müraciət etmiş və iddia tələbinin həmin hissədə təmin olunmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə” dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar