Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3484/2022 05.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 1500 manat pulun, dəymiş ziyan hesabına 1672 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 43,70 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X9 iddia tələbini belə əsaslandırmışdır ki, Mirzalıbəyli kənd bələdiyyəsinin sədridir. Bərdə rayon Mirzəxan kənd icra nümayəndəliyinin Ərəblər kənd sakini Cavabdeh ona müraciət edərək 2022-ci ilin aprel ayında Mirzalıbəyli kənd bələdiyyəsinə dövlət tərəfindən verilmiş ipəkqurdu toxumunun 7(yeddi) qutusunun verilməsini xahiş etmiş, o da ona yeddi qutu ipəkqurdu toxumu vermişdir. İpəkqurdunun saxlanması üçün Cavabdeh avans olaraq əvvəl 1000 manat, sonra isə 700 manat pul vermişdir. Cavabdeh ipəkqurdunu yetişdirməli, barama satışından əldə edilmiş gəlirdən 1700 manat pulu, 7 qutunun norması olan 152 kq. baramanın hər kiloqramı 11 manat olmaqla (152 x 11=1672) 1672 manat əlavə pul ödəməli idi. Ancaq Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, yəni 7 qutu ipəkqurdundan 350 kq. barama təhvil verməli olduğu halda kəsirlə 198 kq. barama təhvil verib onun dəyəri olan 2152 pulu alaraq qaçmışdır. Avans olaraq verdyi 1700 manat pulu və dəymiş ziyan 1672 manat pul ödənilməmişdir. Bununla bağlı Bərdə rayon polis şöbəsinə müraciət edilmiş, araşdırmalar aparılmış,məhkəməyə müraciət etmədi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia ərizəsinə uyğun izahat verərək, məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edib iddia tələbinin 1650 manat əldən çıxmış fayda hissəsindən imtina etdiyini, Cavabdeh 1700 manat ziyanı tələb etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1956-cİ il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əyricə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 753 saylı Arayışdan görünür ki, X2 rayon Mirzalıbəyli kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayon Mirzalıbəyli kəndində yaşayan İddiaçı və X1 rayon Polis Şöbəsinə müraciət etmiş, Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılarkən İddiaçı, X3 və Cavabdeh izahatları alınmış, İddiaçı və M.Abdullayevin müraciətlərində göstərmiş olduğu xüsusatlar mülki iddia xarakterli olduğundan aidiyyəti üzrə rayon (şəhər) məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmiş və rəsmi qaydada cavab verilmişdir. Cavabdeh izahatında barama becərdiyini, baramanın baxımı üçün 600 manat pulu onun işçilərinə Mirzalıbəyli kənd Bələdiyyə sədri İddiaçı qarşıladığını, şərtlərinə əsasən baramanın satışında İddiaçı ona verdiyi pulu qaytarmalı olduğunu, həmçinin hər qutu üçün 100 manat olmaqla 700 manat pulun da Firuz tərəfindən ona verildiyini bildirmiş, lakin onun pulun vermədiyini qeyd etmişdir. Mülki işə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 43.60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, icra hakimiyyəti tərəfindən onlara barama qurdu verilir, onlar da onu vətəndaşlar arasında bölürlər. Firuza da baramaqurdu verilmişdir. Firuz da 7 qutusunu Pərvinə vermişdir ki, becərsin. Lakin Pərvin baramaları təhvil verməmişdir. Firuz tərəfindən Pərvinə hissə-hissə cəmi 1700 manat pul verilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirdi ki, bələdiyyənin üzvüdür. Pərvinə baramaya qulluq etmək üçün 1700 manat pul hissə-hissə verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında şifahi razılığa əsasən barama qurdu cavabdehə təhvil verilmişdir ki, o ipək qurdunu bəsləsin və nəticədə barama əldə etsin. Cavabdehin 1 ümumilikdə 1300 manat pul aldığını polis şöbəsinə vermiş olduğu izahatında qeyd etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qeyd edir ki, iddiaçı 1700 manat pul verdiyini idda etsə də , cavabdehin polis şöbəsində verdiyi izahatdan 1300 manat pul verilməsi müəyyən olunur. Qalan 400 manat pulun isə cavabdeh verilməsi müəyyən olunmur. Ona görə də iddia tələbi qismən - 1300 manat pula münasibətdə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən ödənilmiş 43.60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X4 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1300 manat pul alınaraq iddiaçı X6 verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 43.60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X4 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3484/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3484/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver