Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-350/2022 19.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində borcun və 80 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəlki illərdən tanıyır, onun yaşadığı Bərdə rayonu Hacallı kəndi onun yaşadığı Yevlax rayonu Hacımahmudlu kəndi ilə həmsərhəddir. O, xx.xx.2018-ci il tarixdə axşam saat 0800-da onunla bir kənddə yaşayan yaxın dostu Adəm adlı şəxslə onun yaşadığı ünvana gəlmişdir. Onlarla xeyli mehriban söhbətdən sonra Cavabdeh ondan acizanə dərəcədə xahiş etmişdir ki, oğluna kiçik toy məclisi etmək üçün ona 6000 manat pul köməkliyi etsin, toy qurataranda axşam yığılan puldan aldığı borcu qaytaracaq. Hətda Cavabdeh xahişini həmkəndlisi, onun yaxın dostu Adəm də etmişdir. Ona təklif etmişdir ki, ona inamı üçün borcun qanuni alınıb verilməsi üçün notariusa gedə bilərlər. Cavabdeh bildirmişdir ki, öz dəsti-xətti ilə borc müqaviləsi yazsa kifayətdir. Cavabdeh geniş məzmunlu formada öz dəsti xətti ilə borc müqavilə yazaraq öz müqaviləsində qeyd etmişdir ki, əvvəlki illərdən İddiaçı borclu olmasına baxmayaraq ona övladının kiçik toy məclisi üçün təkrarən 6000 manat faizsiz olaraq borc pul verdiyi üçün pulun ödənişin heç vaxt məhkəmə həddinə çatdırmayacaq. O, pulun ödəniş tarixini xx.xx.2019-cu il tarix yazsa da bu günə kimi ödəniş etməmişdir. Çox maraqlıdır ki, bu günə kimi telefon zəngi ilə borcu istədikcə mehriban cavab verərək ödəyəcəyini demişdir. Lakin borcu bu günə qədər ödəməmişdir. Odur ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. Bərdə Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(021)-350/2022 saylı mülki iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/780 saylı 20 iyun 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 4-5-ci vərəqələrində Cavabdeh adından olan xx.xx.2018-ci il tarixli borc müqaviləsindəki əlyazmalar və həmin borc müqaviləsində “xx.xx.2018” tarix göstəricisinin qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddiasının təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi . Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi . Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 449 saylı arayışından görünür ki, İddiaçı Yevlax rayonu Hacımahmudlu kəndində yaşayır. Mülki işə əlavə edilmiş 20 noyabr 2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 20 noyabr 2018-ci il tarixdə 2000 manat borc aldığını qeyd etmiş və borcunu 25 may 2019-cu il tarixdə qaytaracağına söz vermişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/780 saylı 20 iyun 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 4-5-ci vərəqələrində Cavabdeh adından olan xx.xx.2018-ci il tarixli borc müqaviləsindəki əlyazmalar və həmin borc müqaviləsində “xx.xx.2018” tarix göstəricisinin qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Mülki işə əlavə edilmiş 19 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh 6000 manat məbləğində borc pul vermiş, lakin cavabdeh aldığı pulu 25 may 2019-cu il tarixdə qaytaracağına söz versə də bu günə kimi geri qaytarmamışdır. Cavabdeh İddiaçı 6000 manat borc almasına dair qəbz yazmışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdeh tərəfindən yazılmış qəbz nəzərə alınmaqla Cavabdeh 6000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 20 iyun 2022-ci il tarixli 9/780 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-350/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-350/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver