Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3508/2025 15.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı Bərdə Su X1 İdarəsinin Cavabdeh qarşı “ borcun ödənilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı Bərdə Su X1 İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı xidmətlərindən istifadəyə görə yaranmış 2086,74 manat borcun (abonent kodu:**********000) və 40.87 manat dövlət rüsumu tutularaq X2 Xidmətinin Publik hüquqi şəxsin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bərdə Su X1 İdarəsi qeyd olunan maddənin tələblərinə əməl etməyərək, iddia ərizəsini cavabdehin rəsmi qeydə alındığı yer üzrə verməmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi"ndən çıxarışdan görünür ki, cavabdeh Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə—yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı Bərdə Su X1 İdarəsinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, İddiaçı Bərdə Su X1 İdarəsinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından ödənilmiş 40.87 manat dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Bərdə Su X1 İdarəsinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Bərdə Su X1 İdarəsi tərəfindən ödənilmiş 40.87 manat dövlət rüsumu geri qaytarılsın (Qəbz nömrəsi: aVihz3, büdcə təsnifat kodu 142211). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3508/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3508/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver