Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3537/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X3, X5 və X8 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)-3537/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə cavabdeh X9 vermiş olduğu ərizənin müzakirə edilməsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)-3537/2018 nömrəli qiyabi qətnaməsi ilə iddiaçı “Aqrarkredit “ Qapalı Səhmdar Cəmiyyətin Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X3, X5 və X8 qarşı kredit borcu tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X1, X2 və X6 müştərək qaydada 07 fevral 2014-cü il tarixli, 25/14-mk saylı kredit müqaviləsinə üzrə 3711.0 manat əsas, 1410.0 manat faiz olmaqla cəmi 5121.0 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Aqrarkredit Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh Hümbətov Aqnar Nazim oğlu 18 fevral 2021-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X3, X5 və X8 qarşı kredit borcu tələbinə dair iddiasının təmin edilməsi barədə Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)- 3537/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə, işin icraatının təzələnərək mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X14 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)-3537/2018 saylı qiyabi qətnaməsi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X1, X2 və X6 müştərək qaydada 07 fevral 2014-cü il tarixli, 25/14-mk saylı kredit müqaviləsinə üzrə 3711.0 manat əsas, 1410.0 manat faiz olmaqla cəmi 5121.0 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Aqrarkredit Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi qət edilmişdir. Cavabdehlər X10 və Qarazadə Ehtiram Hafiz oğlu borclarını ödəməmiş, həmin pullar ondan tutulmağa başlanılmışdır. Qiyabi qətnamənin müddəti keçdiyindən ona köməklik olunmasını, qiyabi qətnamənin ləğv olunaraq cavabdehlər Toğrul və Ehtirama borcun yönəlilməsini qeyd edərək Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)-3537/2 saylı qiyabi qətnaməsinin ləğv edilib işin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan kredit Təşkilatına və cvababdehlər X16 oğluna, X5, X12 məhkəmə iclasınmın vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab etmişdir. Məhkəmə cavabdeh Hümbətov Anar Nazim oğlunun ərizəsini, iş materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 sentyabr 2018-ci il tarixli məktubdan müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)-3537/2018 nömrəli qiyabi qətnaməsinin surəti tərəflərin ünvanına göndərilmişdir. Cavabdeh X9 qeyd olunan qətnamənin surətini alması barədə xəbərnamə məhkəməyə qaytarılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 243-cü maddəsinə əsasən qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Bu Məcəllənin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh X14 tərəfindən Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)-3537/2018 nömrəli qiyabi qətnaməsinin surətinin vaxtında alınmasını tədiq edən heç bir sübut iş materiallarında olmadığından və X14 həmin qiyabi qətnamənin ləğvi üçün ərizə vermək hüququna malik olduğundan və qanunvericiliklə müyyən olunmuş müddət ərzində qiyabi qətnamənin ləğvi üçün ərizə verdiyindən Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)-3537/2018 nömrəli qiyabi qətnaməsi ləğv edilməli və iş təzələnərək mahiyyəti üzrə baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 243, 244 və 249-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X3, X5 və X8 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli 2(021)-3537/2018 qiyabi qətnaməsi ləğv edilsin və iş təzələnərək mahiyyəti üzrə baxılsın.
Məhkəmə qərarları › İş №2(021)-3537/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3537/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver