Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-354/2022 27.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Yaqub oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu zərərə görə cəmi 4.082 manat, iddia qaldırılması üçün ödənilmiş 61 manat dövlət rüsumunun alınıb ona verilməsi, Şahid adına ödənilmiş 96 və 140 manat pullara görə qəbzlərin göndərilməsi üçün Bakı şəhər X3nə sorğu verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin aprel ayında əvvəldən tanıdığı Bərdə rayonundan olan Cavabdeh Mercedes-Benz markalı minik maşınını etibarnamə ilə alıb. Maşını 12.000 manata almağa razılaşıblar. Onun 10000 manatını nağd qaydada ödəyib, 2000 manatını isə hər ay 500 manat olmaqla 4 ay ərzində ödəyib. Maşını satanda Cavabdeh ona deyib ki, maşın bankda girovdadır, 3 aylıq ödəməsi qalıbdır. O, narahat olmasın, onun pulunu nağd versin, bankın pulunu o, hər ay özü ödəyəcək. Onlar razılaşıblar. O, həmin maşını 30 avqust 2021-ci ildə Bakı şəhərindən olan Şahid adlı şəxsə satmalı olub. Həmin maşını 10.000 manatla razı olmaqla ona satıb. Şahid maşını öz adına sənədləşdirəndə məlum olub ki, Cavabdeh maşına görə banka 1446 manat borcu vardır. O, Elnura zəng edib ki, bəs ona deyirdi ki, sən ödə mən sənə verərəm. O, da maşını alan Şahid deyib ki, ona verəcəyi puldan 1446 manat ödəsin. O, da öz adından həmin pulu banka ödəyib. Bundan başqa, Bakı şəhər X3ndə olarkən aydın oldu ki, Cavabdeh 96 manat cəriməsi vardır. Əlavə olaraq maşın lizinqdən çıxarılması üçün 140 manat ödənilməlidir. Yenə Cavabdeh bu barədə bildirib. Cavabdeh ona bildirib ki, o, ödəsin, sonra verəcəkdir, o, da mışını alan Şahid deyib. O, da onun pulundan həmin 96 manat və 100 manat pulu polisə ödədi. Lakin qəbzləri itirilmişdir. İddia ərizəsi hazırlanarkən yol polisində şəxsən qəbulda olub, həmin pulların qəbzlərinin surətini istəyib. Ona bildiriblər ki, məhkəmə sorğu versin göndərələr. Onlar barədə məlumat Portalda vardır. Həmçinin maşını Şahid adına sənədləşdirəndə məlum oldu ki, Elnurun digər banka borcu olduğu üçün maşının üzərinə həbs qoyulub. Maşını həbsdən çıxarmaq üçün Şahid əlavə 400 manat veribdir. O, maşını Şahid satarkən ümumilikdə 2082 manat əlavə xərci çıxmışdır. Həmin pulları alıcı Şahid öz adından ödəmiş və ona maşının pulunu verərkən həmin məbləği çıxmışdır. Yuxarda göstərdikləri Həsənov Əzizov ifadəsi ilə şəxsən təsdiq edə bilər. Bundan başqa Cavabdeh onun ona inanmağından istifadə edərək ona xarab, nasaz maşın satmışdır. O, maşının təmirinə 2000 manat xərcləyib. Həmin pul da ondan alınmalıdır. Beləliklə də qeyd olunanlarda təsdiq olunur ki, Cavabdeh onun başına hansı oyunları açmış, ona inamından istifadə edərək, sadəliyindən istifadə edərək, ona ümumilikdə 4082 manat ziyan vurmuşdur. İddiaçı məhkəməyə teleqram göndərərək, işə iştirakı olmadan baxılmaqla, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1966-cı ildə İmişli şəhərində doğulmuş, Naxçıvan MR Naxçıvan şəhəri Ə.Əliyev 25 FHN DYTİ-in Yataqxanasında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPMQİ-nin MAPS şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1978-ci ildə doğulmuşdur, Bərdə rayonu, Ərəblər kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli, 016-4914-1222 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh Fazil oğlu barəsində qəbul edilən BNA 807504, BNA 995305 və BNA ******* nömrəli qərarlar üzrə ümumilikdə 54 manat cərimənin ödənilməsinə dair DİN BDYPİ-nin mərkəzi informasiya sisteminə məlumat daxil olmuşdur. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh 1446 manat manat kredit ödənişi etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə iddiaçının iddia tələbi təsdiq olunmur və iddia tələblərinin dəlillərini təsdiq edə biləcək heç bir sübut iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Yaqub oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-354/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-354/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver