Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3580/2021 06.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İdiaçı İddiaçıBOKT ASC-nin cavabdehlər Cavabdeh1 Yəhya oğluna, Hacıyev İbadət Yəhya oğluna, Cavabdeh3 Ələmdar qızına, Cavabdeh4, Cavabdeh5 Yahya oğluna, Cavabdeh6, Cavabdeh7 Yahya qızına və Cavabdeh8 qarşı borcun, bu borcu əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərinin əvəzinin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıBOKT ASC-nin Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Yəhya oğlundan "xxxx" BOKT ASC-nin xeyrinə 01 avqust 2014-cü il tarixli 440-14B nömrəli kredit müqaviləsi üzrə 13.399, 05 manat əsas, 7.005,69 manat hesablanmış faiz, 10.614,18 manat dəbbə pulu, cəmi 31.018, 92 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, 01 avqust 2014-cü 440-14B nömrəli kredit müqaviləsinin və 01 avqust 2014-cü 440- 14B-PK nömrəli kredit müqaviləsinin hüquqi qüvvəsinə xitam verilməsi, ilkin satış qiyməti 25.000 manat olmaqla Bərdə rayonu, Hacallı kəndi, 0,24 ha torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 39,9 kv.m yardımçı, 108.9kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və cəmi 131.5 kv.m tikintialtı sahədən ibarət ərazinin açıq hərracda satılması və borcun əvəzinə yönəldilməsi, Bərdə rayonu Hacallı kəndi, 0,24 ha torpaq sahəsində yerləşən 69 kv.m yaşayış, 39,9 kv.m yardımçı, 108.9kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evində yaşayanlar- Hacıyev Ədalət Yəhya oğlunun, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 oğlunun, Cavabdeh6, Cavabdeh7 və Hacıyev Yahya Cəmil oğlunun fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay ərzində tərk etmədikdə məcburi çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Yəhya oğlu keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə 15.000,00 manat, 01 avqust 2014cü il tarixli 440-14B-PK nömrəli kredit müqaviləsi əsasında 36 faizlə, 36 ay müddətinə 200 manat borc almışdır. Kredit müqaviləsinin təminatı olaraq 01 avqust 2014-cü il tarixli 440-14B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Yəhya oğlunun, Cavabdeh2 Yəhya oğlunun, Cavabdeh3 Ələmdar qızının, Cavabdeh4, Cavabdeh5 oğlunuun, Cavabdeh6, Cavabdeh7 Yahya qızının və Cavabdeh8 ümumi birgə mülkiyyətindəri AR. ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində 39 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınan 05 dekabr 2013-cü il tarixli çıxarışa əsasən Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.myardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət ərazi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmi, dövlət qeydiyyatına alınmışdır. 30 may 2017-ci ilədək Cavabdeh1 Yəhya oğlunun İddiaçı BOKT ASC-yə 01 avqust 2014-cü il tarixli 440- 14 B nömrəli kredit müqaviləsi üzrə 13.399, 05 manat əsas, 7.005,69 manat hesablanmış faiz, 10.614,18 manat dəbbə pulu, cəmi 31.018, 92 manat borcu vardır. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə girov predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibətlərini bildirməmişlər. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Yahya oğlu izahatında iddianı qismən qəbul etdiyini, iddiaçıya qalan borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh2 Yəhya oğluna, Cavabdeh3 Ələmdar qızına, Cavabdeh4 Yahya qızına, Cavabdeh5 Yahya oğluna, Cavabdeh6 Yahya oğluna, Cavabdeh7 Yahya qızına və Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə 15.000,00 manat, 01 avqust 2014-cü il tarixli 440-14B-PK nömrəli kredit müqaviləsi əsasında 36 faizlə, 36 ay müddətinə 200 manat borc almışdır. İş materiallarında olan 01 avqust 2014-cü il tarixli 440-14B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Yəhya oğlunun, Cavabdeh2 Yəhya oğlunun, Cavabdeh3 Ələmdar qızının, Cavabdeh4 Yahya qızının, Cavabdeh5 Yahya oğlunuun, Cavabdeh6 Yahya oğlunun, Cavabdeh7 Yahya qızının və Cavabdeh8 ümumi birgə mülkiyyətindəri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində 39 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınan 05 dekabr 2013-cü il tarixli çıxarışa əsasən Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.m yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət ərazi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışdan müəyyən olunur ki, cavabdeh Cavabdeh1 Yəhya oğlunun iddiaçıya 01 avqust 2014-cü il tarixli 440-14B nömrəli kredit müqaviləsi üzrə 13.399, 05 manat əsas, 7.005,69 manat hesablanmış faiz, 10.614,18 manat dəbbə pulu, cəmi 31.018, 92 manat məbləğində məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətindən müəyyən olunur Cavabdeh1 Yəhya oğluna, Cavabdeh2 Yəhya oğluna, Cavabdeh3, Cavabdeh4 Yahya qızına, Cavabdeh5 Yahya oğluna, Cavabdeh6 Yahya oğluna, Cavabdeh7 Yahya qızına və Cavabdeh8 banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən iş üzrə 01 fevral 2018-ci il tarixli, 2(021)-248/2018 saylı qərardadladla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 iyul 2018-ci il tarixli, 9288 nömrəli ekspert rəyi ilə cavabdeh Cavabdeh1 oğlunun 01 avqust 2014-cü il tarixli, 440-14B saylı kredit müqaviləsinə əsasən əsas borcu 13.397,22 manat, faiz borcu 989,16 manat, cəmi borcu 14.386,38 manat təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşənn, 151.7 kv.m yaşayış, 93.4 kv.myardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət ərazi təşkil edir. Mülki işə əlavə edilmiş Cavabdeh1 Yəhya oğlu, Cavabdeh2 Yəhya oğlu, Cavabdeh3 Ələmdar qızı, Cavabdeh4, Cavabdeh5 Yahya oğlu, Cavabdeh6 Yahya oğlu, Cavabdeh7 və Cavabdeh8 tərəfindən verilmiş, notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Bərdə rayonu, Hacallı kəndində yerləşən yaşayış evini ipoteka qoyulmasına razıdır, İpoteka qoyulmuş evə (mənzilə )mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin surətindən görünür ki, ipoteka predmeti olan Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.myardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahəsilə birlikdə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 Yəhya oğlu, Hacıyev İbadət Yəhya oğlu, Cavabdeh3 Ələmdar qızı, Cavabdeh4 Yahya qızı, Cavabdeh5 Yahya oğlu, Cavabdeh6 Yahya oğlu, Cavabdeh7 Yahya qızı və Cavabdeh8 göndərilmiş bildirilmiş 23 noyabr 2014-cü il tarixdə ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, Cavabdeh1 Yəhya oğlu keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 01 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən illik 6 faizlə 36 ay müddətinə 15.000,00 manat, 01 avqust 2014-cü il tarixli 440-14B-PK nömrəli kredit müqaviləsi əsasında 36 faizlə, 36 ay müddətinə 200 manat borc almışdır. Kredit müqaviləsinin təminatı olaraq 01 avqust 2014-cü il tarixli 440-14B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Yəhya oğlunun, Hacıyev İbadət Yəhya oğlunun, Cavabdeh3 Ələmdar qızının, Cavabdeh4 Yahya qızının, Cavabdeh5 Yahya oğlunun, Cavabdeh6 Yahya oğlunun, Cavabdeh7 və Cavabdeh8 ümumi birgə mülkiyyətindəri Azzərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsində 39 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınan 05 dekabr 2013-cü il tarixli çıxarışa əsasən Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşənn, 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət ərazi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmi, dövlət qeydiyyatına alınmışdır. 30 may 2017-ci ilədək Cavabdeh1 Yəhya oğlunun İddiaçı BOKT ASC-yə 01 avqust 2014-cü il tarixli 440-14 B nömrəli kredit müqaviləsi üzrə 13.399, 05 manat əsas, 7.005,69 manat hesablanmış faiz, 10.614,18 manat dəbbə pulu, cəmi 31.018, 92 manat borcu vardır. Məhkəmə kredit müqavilələri üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbləri qismən təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 iyul 2018-ci il tarixli, 9288 nömrəli ekspert rəyi ilə cavabdeh Cavabdeh1 oğlunun 01 avqust 2014-cü il tarixli, 440-14B saylı kredit müqaviləsinə əsasən əsas borcu 13.397,22 manat, faiz borcu 989,16 manat, cəmi borcu 14.386,38 manat müəyyən olunmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı kredit müqaviləsinə əsasən 10.614,18 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 614.18 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 440-14B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 Yəhya oğlu kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi cavabdehlər birgə mülkiyyət hüququ ilə onlara məxsus olan Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşənn, 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət ərazi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.myardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət əraziyə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşənn, 151.7 kv.m yaşayış, 93.4 kv.myardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət əraziyə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.myardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət ərazidən cavabdehlər Cavabdeh1 Yəhya oğlunun, Cavabdeh2 Yəhya oğlunun, Cavabdeh3 Ələmdar qızının, Cavabdeh4 Yahya qızının, Cavabdeh5 Yahya oğlunuun, Cavabdeh6 Yahya oğlunun, Cavabdeh7 Yahya qızının və Cavabdeh8 çıxarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “ParaBokt ASC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Yəhya oğlundan "xxxx" BOKT ASC-nin xeyrinə 01 avqust 2014-cü il tarixli 440-14B nömrəli kredit müqaviləsi üzrə 13.397, 22 AZN əsas, 989,16 AZN hesablanmış faiz, 614,18 manat dəbbə pulu, cəmi 15.000,56 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə iddia tələbinin mübahisəli mənzil satıldıqdan bir ay sonra açıq hərracda satıldıqdan sonra bir ay ərzində tərk etmədikdə məcburi çıxarılması və fərdi yaşayış evinin boşaldılması hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 Yəhya oğluna, Hacıyev İbadət Yəhya oğluna, Cavabdeh3 Ələmdar qızına, Cavabdeh4 Yahya qızına, Cavabdeh5 Yahya oğluna, Cavabdeh6, Cavabdeh7 Yahya qızına və Cavabdeh8 qarşı borcun, bu borcu əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərinin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 Yəhya oğlundan 01 avqust 2014-cü il tarixli 440-14B saylı kredit müqaviləsinə əsasən 13.397, 22 AZN əsas, 989,16 AZN hesablanmış faiz, 614,18 manat dəbbə pulu, cəmi 15.000,56 manat (on beş min manat əlli altı qəpik) və dövlət rüsumu kim ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı BOKT ASC nin xeyrinə tutulsun. Tutulan məbləğ cavabdehlər Cavabdeh1 Yəhya oğlunun, Hacıyev İbadət Yəhya oğlunun, Cavabdeh3 Ələmdar qızınına, Cavabdeh4 Yahya qızının, Cavabdeh5 Yahya oğlunun, Cavabdeh6, Cavabdeh7 Yahya qızının və Cavabdeh8 mülkiyyətində olan cavabdehlər birgə mülkiyyət hüququ ilə onlara məxsus olan Bərdə rayonu, Hacallı kəndi 0295 ha torpaq sahəsində yerləşənn, 151.7 kv.m yaşayış, 93.4 kv.myardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahədən ibarət əraziyə yönəldilsin. 0295 ha torpaq sahəsində yerləşən, 151.7 kv.m yaşayış, 93.4 kv.m. yardımçı, 245.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və cəmi 32 kv.m olmaqla tikinti altı sahənin açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına “İddiaçı BOKT ASC-nə olan borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3580/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3580/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver