Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3597/2021 25.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə verərək borclu Cavabdeh kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3759,9 manat əsas, 256,38 manat faiz, cəmi 4016,28 manat məbləğində kredit borcu və 20 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(021)-3970/2018 nömrəli əmri ilə borclu-xx xxxxxx 1991-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Darğalar kəndində yaşayan Cavabdeh kreditor "xxxx" ASC-nin xeyrinə 3759,9 manat əsas, 256,38 manat faiz borcu olmaqla, cəmi 4016,28 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu hesabına 20 manat pul tutulmasına əmr verilmişdir. Borclu Cavabdeh 23 iyun 2021-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(021)-3970/2018 saylı məhkəmə əmrinə etiraz etməsini nəzərə alaraq, həmin əmrin ləğv edilməsinə və materialların bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3970/2018 saylı 23 iyun 2021-ci il tarixli qərardadına əsasən borclu Cavabdeh Bərdə Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(021)-3970/2018 nömrəli əmrinin ləğv edilməsi barədə vermiş olduğu etirazı təmin edilməmişdir. Borclu Cavabdeh məhkəməyə şikayətlə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(021)-3970/2018 saylı qərardadının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3970/2018 saylı 14 iyul 2021-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(021)-3970/2018 nömrəli qərardadından iş üzrə borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə barılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bərdə Rayon məhkəməsinin 2(021)-3970/2018 saylı mülki iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 2(021)-3970/2018 saylı mülki iş üzrə 01 avqust 2018-ci il tarixli məhkəmə əmrinə etirazına yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərardadına əsasən etiraz təmin edilmiş, kreditor "xxxx" ASC-nin borclu Cavabdeh qarşı borcun məcburi şəkildə ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(021)-3970/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı "xxxx" ASC Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3759,90 manat əsas borc, 1860,91 manat faiz, 327,42 manat müqavilə müddətindən sonra olan faiz (5%-lə) borcu olmaqla, cəmi 5948,24 manat borcun, məhkəmə rüsumu kimi ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 yanvar 2018-ci il tarixli 18-24.01.2018-002942 saylı kredit müqaviləsi surətindən müəyyən olunur ki, bu Müqavilənin predmeti Azərbaycan manatı ilə ifadə edilən pul öhdəliyidir. -Borc verən Borcalana istehlak məqsədi (məqsədləri) üçün 4000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. -Borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. -Kredit bu müqaviləyə uyğun olaraq qaytarmaq, müəyyən müddətə və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təmənnasız olaraq bu müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə borc verilən pul vəsaitidir. İş materiallarında olan maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 342RTL********** saylı 24 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 21 oktyabr 2021-ci il tarixə "xxxx" ASC-nə 3759,90 manat əsas, 1860,91 manat faiz, müqavilə müddətindən sonra ödənilməmiş 327,42 manat faiz, cəmi 5948,23 manat borcu vardır. İş materiallarında olan 28 iyun 2018-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh kredit borcunu 3 gün ərzində ödəməsi tələb olunmuş, əks halda Bank tərəfindən yaranmış borcunun, hesablanmış dəbbənin və məhkəmə xərcinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 20.07.2018-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə 3759,90 manat əsas, 1860,91 manat faiz, müqavilə müddətindən sonra ödənilməmiş 327,42 manat faiz, cəmi 5948,23 manat məbləğində kredit borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 24.01.2018-ci il tarixli 18-24.01.2018-002942 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3759,90 manat əsas, 1860,91 manat faiz, müqavilə müddətindən sonra ödənilməmiş 327,42 manat faiz, cəmi 5948,23 manat məbləğində borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə 3759,90 manat əsas, 1860,91 manat faiz, müqavilə müddətindən sonra ödənilməmiş 327,42 manat faiz, cəmi 5948,23 manat məbləğində kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3759,90 manat əsas, 1860,91 manat faiz, müqavilə müddətindən sonra ödənilməmiş 327,42 manat faiz, cəmi 5948,23 (beş min doqquz yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3597/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3597/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver