Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-360/2023 13.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X10 iclas kаtibliyi, Cavabdeh10 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh6, X4, Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğluna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğluna, Cavabdeh10 və Cavabdeh11 qarşı “borcun və cərimənin tutulması” tələbinə dаir mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" X8 (hazırda Yelobank) Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh5, Cavabdeh6, X4,Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğluna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğluna, Cavabdeh10 və Cavabdeh11 qarşı ərizə ilə məhkəməyə müraciət edərək borclular ilə "xxxx" İKB ASC arasında bağlanmış 03 noyabr 2008-ci il tarixli 121101 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, borclulardan müştərək qaydada 11918,53 manat əsas kredit borcu, 2987,25 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun cəmi 14905,78 manat borcun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli, 121101 N-li "Kredit müqaviləsi" üzrə, "Nikoyl” İKB ASC-nin Bərdə filialı tərəfindən, Bərdə rayonu, Mirzəxan kəndində yaradılmış, 121101 saylı Birgə Borcalanlar qrupu ilə bağlanan qrupun 20 üzvünə, 12 ay müddətinə, illik 26% olmaqla, hər birinə 600 (altı yüz) EUR, cəmi 12 000 (on iki min) EUR məbləğində kredit verilmişdir. Buna müvafiq olaraq, kredit müqaviləsi üzrə tərtib edilmiş "ödəniş cədvəli"nə əsasən, kreditin və kredit faizlərinin Birgə Borcalanlar qrupunun üzvləri tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə borclular - Birgə Borcalanlar qrupunun üzvləri olan Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, X3, Cavabdeh20, Cavabdeh19 Yəhya oğlu, Cavabdeh10, Cavabdeh11, dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, borclular tərəfindən kredit üzrə borclarının qaytarılması üçün heç bir tədbir görülməmişdir. Bərdə rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(021)-1417/2009-cu il tarixli məhkəmə əmri ilə kreditor "xxxx" İKB ASC-nin ərizəsi təmin edilmişdir. Məhkəmə əmri üzrə borclu Cavabdeh10 məhkəməyə xx.xx.2022-ci il tarixdə məhkəmə əmrinə qarşı etiraz ərizəsi təqdim edərək Bərdə rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli 2(021)-1417/2009 saylı əmrinin ləğv edilərək materialların iddia icraatı qaydasına keçirilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-3677/2022 saylı qərardadı ilə ərizə təmin edilərək mülki iş üzrə iddia icraatına keçilmişdir. Bundan sonra İddiaçı ASC məhkəməyə iddia ərizəsinin əlavəsi ilə müraciət edərək birgə borclular Cavabdeh14 Səhət oğlundan, X2, Cavabdeh16, Cavabdeh17, Cavabdeh19, Cavabdeh8, Cavabdeh13, Cavabdeh20, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh10, Cavabdeh12, Cavabdeh5, Cavabdeh15, Cavabdeh3, Cavabdeh9, Cavabdeh2, Cavabdeh11, Cavabdeh18 121101 saylı 03 noyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 8892.08 avro əsas, 2154.32 avro cərimə və kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5779.83 avro məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16826.23 avro kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh10 bankla heç bir müqavilə imzalamadığını, banka heç bir borcu olmadığını, müqavilənin imzalandığı tarixə ölkə hüdudlarından kənarda, yəni Rusiya Federasiyasında olduğunu və uzun illər orada yaşadığını, yenicə vətənə qayıtdığını bildirərək ona münasibətdə iddia tələbinin rəddini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğlu, və Cavabdeh11 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələriylə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə məhkəmə iclasında iştirak edən cavabdehi dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 18 dekabr 2009-cu il tarixli, 2(021) 1417/2009 nömrəli məhkəmə əmrinə əsasən borclulardan müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 11918,53 manat əsas kredit borcu, 2987,25 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun cəmi 14905,78 manat borcun tutulmasına dair əmr verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Borcalan Banka xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 600 manat əsas, 126 manat faiz, cəmi 726 manat pul ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 56 nömrəli arayışdan görünür ki, məcburi köçkün Cavabdeh10 1993-cü ildən erməni təcavüzü nəticəsində yaşayış yerini tərk etmiş, Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış və qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 1144 nömrəli arayışdan görünür ki, İsmayılova X6 şəhərində yaşayır və C.Əliyev küçəsi, ev 13, mənzil 46 da qeydiyyatdadır. İş materiallarında olan 2008-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, məcburi köçkün Cavabdeh17 1993-cü ildən erməni təcavüzü nəticəsində yaşayış yerini tərk etmiş, Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış və qeydiyyatdadır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh19 Ağdam rayonu Təzəkənd qəsəbəsində 70 nömrəli evdə müvəqqəti pasport qeydiyyatında durmaqla yaşayır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh20 Ağdam rayonu Təzəkənd qəsəbəsində 70 nömrəli evdə müvəqqəti pasport qeydiyyatında durmaqla yaşayır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 414 nömrəli arayışdan görünür ki, Cavabdeh6 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 410 nömrəli arayışdan görünür ki, Cavabdeh7 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 409 nömrəli arayışdan görünür ki, Cavabdeh3 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 415 nömrəli arayışdan görünür ki, Cavabdeh5 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 420 nömrəli arayışdan görünür ki, Cavabdeh12 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 411 nömrəli arayışdan görünür ki, Cavabdeh14 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 413 nömrəli arayışdan görünür ki, Cavabdeh15 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 416 nömrəli arayışdan görünür ki, Cavabdeh8 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 412 nömrəli arayışdan görünür ki, Cavabdeh18 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 408 nömrəli arayışdan görünür ki, Cəfərov X5 rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 419 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 417 nömrəli arayışdan görünür ki, Cavabdeh4 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 422 nömrəli arayışdan görünür ki, X1 rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə şəhəri, 2 saylı uşaq bağçasında xan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 418 nömrəli arayışdan görünür ki, Cavabdeh16 Ağdam rayonu Xıdırlı kənd sakini olmaqla məcburi köçkün kimi Bərdə rayonu Mirzəxan kəndində məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, BB 122101 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh5 600 EUR, Cavabdeh6 600 EUR, X4 600 EUR, Cavabdeh3 600 EUR, Cavabdeh17 600 EUR, Cavabdeh9 600 EUR, Cavabdeh12 600 EUR, Cavabdeh14 600 EUR, Cavabdeh15 600 EUR, Cavabdeh8 600 EUR, Cavabdeh18 600 EUR, Cavabdeh13 İsbəndiyar oğluna 600 EUR, Cavabdeh2 600 EUR, Cavabdeh4 600 EUR, Cavabdeh16 600 EUR, Cavabdeh1 600 EUR, Cavabdeh20 600 EUR, Cavabdeh19 Yəhya oğluna 600 EUR, Cavabdeh10 600 EUR və Cavabdeh11 600 EUR olmaqla ümumilikdə 12000 EUR nəğd qaydada ödənilmişdir. İş materiallarında olan xx.xx.2008 tarixli, 122101 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" X8 (hazırda Yelobank) Açıq Səhmdar Cəmiyyəti birgə borclulara - Cavabdeh5, Cavabdeh6, X4, Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğluna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğluna, Cavabdeh10 və Cavabdeh11 hər birinə 600 EUR olmaqla 12 ay müddətinə, illik 26 faizlə, cəmi 12000 EUR məbləğində kredit verilmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 – xx.xx.1991-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 – xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 – xx.xx.1959-cu il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 – xx.xx.1961-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh5 – xx.xx.1962-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh6 – xx.xx.1970-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh7 – xx.xx.1957-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh8 – xx.xx.1979-cu il tarixdə Baləkən rayonu, Püştətala kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh9 – xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 000***** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh10 – xx.xx.1971-ci il tarixdə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh11 – xx.xx.1977-ci il tarixdə Bərdə rayonu, Həsənli kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh12 – xx.xx.1943-cü il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh13 – xx.xx.1960-cı il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh14 – xx.xx.1965-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh15 – xx.xx.1972-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 000***** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh16 – xx.xx.1985-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh17 – xx.xx.1962-ci il tarixdə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh18 – xx.xx.1980-ci il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh19 – xx.xx.1966-cı il tarixdə Ağdam rayonu, Suma kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh20 – xx.xx.1973-cü il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuşdur. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli, KBD12063 nömrəli Maliyyə Arayışından görünür ki, birgə borcluların 8892.08 əsas borc, 2154.32 cərimə borcu, 5779.83 əldən çıxmış fayda, cəmi borc 16.826.33 avro borclarının olduğu müəyyənləşmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/285 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 219-223-cü vərəqlərində olan 03 noyabr 2008-ci il tarixli, 122101 nömrəli kredit müqaviləsinin sonuncu vərəqində 19-cu sırada "X29” adı qarşısında "İmza” qrafasındakı imza - Cavabdeh10 tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" X8 (hazırda Yelobank) Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh6, X4,Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğluna, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğluna, Cavabdeh10 və Cavabdeh11 qarşı ərizə ilə məhkəməyə müraciət edərək borclular ilə "xxxx" İKB ASC arasında bağlanmış 03 noyabr 2008-ci il tarixli 121101 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, borclulardan müştərək qaydada 11918,53 manat əsas kredit borcu, 2987,25 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun cəmi 14905,78 manat borcun tutulmasına dair məhkmə əmri çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı ASC məhkəməyə iddia ərizəsinin əlavəsi ilə müraciət edərək birgə borclular Cavabdeh14 Səhət oğlundan, X2, Cavabdeh16, Cavabdeh17, Cavabdeh19, Cavabdeh8, Cavabdeh13, Cavabdeh20, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh10, Cavabdeh12, Cavabdeh5, Cavabdeh15, Cavabdeh3, Cavabdeh9, Cavabdeh2, Cavabdeh11, Cavabdeh18 121101 saylı 03 noyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 8892.08 avro əsas, 2154.32 avro cərimə və kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5779.83 avro məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16826.23 avro kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdehlər icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia üzrə ilkin iddia tələbində, yəni məhkəmə əmrinin çıxarılmasına dair ərizədə göstərilən tələb əsaslı olduğundan təmin edilməklə cavabdehlərdən müştərək qaydada 11918,53 manat əsas kredit borcu və 2987,25 manat faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış 03 noyabr 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, həmin müqavilə 12 ay müddətinə bağlandığından onun müddəti artıq bitmişdir. Müddəti bitmiş müqavilənin ləğv edilməsi imkanı və buna olan hüquqi zərurət aradan qalxmışdır, buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə iddiaçının iddia ərizəsinə əlavədə göstərilən məbləğin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində tələbi haqlı hesab etmir. Belə ki, hazırki iş üzrə qətnaməni mübahisələndirən tərəf yalnız Cavabdeh10 olmuşdur, digər cavabdehlərə isə iddia ərizəsinə əlavənin surəti və ümumiyyətlə məhkəmə iclaslarının baxılma vaxtə və yeri barədə rəsmi bildirişlər göndərilməsinə baxmayaraq göndərilmiş məktublar onların artıq ərizədə qeyd edilən ünvanlarda yaşamamaları səbəbindən geri qayıtmışdır. Belə olan təqdirdə digər cavabdehlərin iddianın həcminin artırılmasından məlumatları yoxdur və onların bu tələblə bağlı mövqelərini bilmək və iddiaya etirazlarını öyrənmək, iddia tələbi ilə bağlı hər hansı dəlillərə və sübutlara malik olduqları halda onların məhkəmə iclasında təqdim və tədqiq edilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının məhkəmə iclasının gedişində təqdim etdiyi iddia ərizəsinə əlavədə göstərilən artırılmış məbləğin cavabdehlərdən tutulması obyektivlik və hüquqi həqiqət prinsipi baxımından doğru deyil və cavabdehlərin vəziyyətinin tənasübsüz ağırlaşmasına səbəb olar. Məhkəmə Cavabdeh10 kredit müqaviləsini imzalamaması ilə bağlı məhkəmədə qeyd etdiyi fikirləri əsaslı, haqlı və doğru hesab etmir. Çünki, məhkəmə tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilmiş müvafiq ekspert rəyində kredit müqaviləsində X12 adı qarşısındakı qrafanın Cavabdeh10 tərəfindən imzalanması qeyd edilmişdir. Cavabdehin fikilərini isə məhkəmə öhdəliyin icrasından yayınma kimi qiymətləndirir. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsi dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehlər iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehlərə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği əsas borcalanlar qrupunun üzvləri olan cavabdehlərə vermişdir. Əsas borclu olan cavabdehlər isə, kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Buna görə də cavabdehlər Cavabdeh5, Cavabdeh6, X7,Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğlu, Cavabdeh10 və Cavabdeh11 müştərək qaydada 11918,53 manat əsas kredit borcu, 2987,25 manat faiz borcu, cəmi 14905,78 manat kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 20 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci 112 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, ekspertiza kredit müqaviləsindəki imzanın Cavabdeh10 tərəfindən mübahisələndirilməsi səbəbindən keçirildiyindən aparılmış tədqiqatın dəyəri olan 112 manat Cavabdeh10 tutularaq ekspertiza aparan təşkilat olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh6, X7,Cavabdeh3, Cavabdeh17, Cavabdeh9, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh8, Cavabdeh18, Cavabdeh13 İsbəndiyar oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh16, Cavabdeh1, Cavabdeh20, Cavabdeh19 Yəhya oğlu, Cavabdeh10 və Cavabdeh11 müştərək qaydada 11918,53 manat əsas kredit borcu, 2987,25 manat faiz borcu, cəmi 14905,78 manat kredit borcu və 20 manat dövlət rüsumu tutulаrаq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh10 112 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-360/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-360/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver