Məhkəmə qərarları › İş №2(021)-3623/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3623/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3623/2021 12.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev Kreditor "xxxx" MMC-nin vermiş olduğu ərizə və ərizəyə əlavə olunmuş sənədlərə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC rayon məhkəməsinə ünvanladığı ərizəsində 31 avqust 2020-ci il tarixli ********* saylı müddətli (n\isyə) alqı-satqı müqaviləsi üzrə 17.09.2021-ci il tarixinə yaranmış 223 manat əsas, 60,20 manat cərimə, cəmi 283,20 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Kreditor "xxxx" MMC qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənədi əlavə etməmişdir. Yəni kreditor qeyd olunan tələblə bağlı 100 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 25 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat müəyyən edilmiş, Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. İş materiallarından müəyyən olunur ki, ərizə 24 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş, dövlət rüsumu isə 30 sentyabr 2021-ci il tarixdə keçirilmişdir. Lakin ərizə 07 oktyabr 2021-ci il tarixdə poçt vasitəsilə məhkəmə göndərilmiş və ərizə 10 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən kreditor "xxxx" MMC-nin borc tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : Kreditor "xxxx" MMC-nin borc tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar