Məhkəmə qərarları › İş №2(021)-363/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-363/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-363/2021 13.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı X2 və vəkili X9, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 Üçüncü şəxslər X6 iştirakları ilə, İddiaçı X2 "xxxx" MMC- yə və Bərdə rayon İcra və Probasiya Şöbəsinə üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və X7 qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X7 məxsus yaşayış evinin satılmasına dair hərracın yerləşən fərdi yaşayış evinin satılmasına dair hərracın yekunları barədə 20.05.2015-ci il tarixli Y-445 saylı protokolun və ondan irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin 09 aprel 2014-cü il tarixli 2(021)-408/14 saylı icra vərəqəsi əsasında qətnamənin icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən 01.04.2015-ci il tarixli 650\04 saylı sifarişli məktubla ünvan 1 ünvanında yerləşən X7 məxsus yaşayış evinin hərracda satışa çıxarlması "xxxx" MMCyə həvalə edilmiş və həmin mübahisəli ev 20.07.2015-ci il tarixdə hərraca çıxarılaraq 12750 manata "xxxx" ASC-yə satılmışdır. Hərracın keçirilməsinin yeri və vaxtı barədə məlumatı olmamışdır. Həmçinin hesab edir ki, ev dəyərindən dəfələrlə aşağı qiymətə satılmışdır. Cavabdehlər əlbir olub evi satmışlar.Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı X2 nümayəndəsi və vəkili X14 məhkəməyə ərizə təqdim edərək "xxxx" ASC-nin cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X2 vəkili X14 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi izahatında bildirdi ki, mübahisəli ev X2 razılığı ilə ipotekaya qoyulmuşdur. Hərracın keçirilməsi barədə lazımı qaydada məlumatlandırılıb. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs X10 qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər "xxxx" MMC- yə, Bərdə rayon İcra və Probasiya Şöbəsinə və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə digər cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)408\2014 saylı 09.04.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, X1 23.01.2013-cü il tarixli 1187 saylı kredit müqaviləsi üzrə 13237.62 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməli, borcun tutulması Təhməzov Firdovsi Bəhmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 195.2 kv.m, yaşayış sahəsi 124.4 kv.m olan 7 otaqlı fərdi yaşayış evinə yönəldilmiş və həmin evin açıq hərracda satılaraq ilkin satış qiyməti 20000 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)709\2013 saylı 24.06.2013-cü il tarixli tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Nüşabə küçəsində 0.01325 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı 124.4 yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə Təhməzov Firdovsi Bəhmən oğlu və Təhməzova Mətanət Allahverdi qızının mülkiyyət hüququnun bərabər qaydada tanınması qət olunmuşdur. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1186\2013 saylı 17.09.2013-cü il tarixli qətnaməsindən görünür ki, Təhməzova Mətanət Allahverdi qızı tərəfindən Bərdə rayon Məhkəməsinin 2(021)709\2013 saylı 24.06.2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1014\2014 saylı 07.08.2014-cü il tarixli qətnaməsindən görünür ki, Təhməzov Firdovsi Bəhmən oğlu tərəfindən Bərdə rayon Məhkəməsinin 2(021)408\2014 saylı 09.04.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)176\2015 saylı 09.01.2015-ci il tarixli qərarından görünür ki, Təhməzov Firdovsi Bəhmən oğlu Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1014\2014 saylı 07.08.2014-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən Seriya MH № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Nüşabə küçəsində istifadəsində olan 0.01325 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı 124.4 kv.m yaşayış, 70.8 kv.m köməkçi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evi Təhməzov Firdovsi Bəhmən oğlunun tam mülkiyyət hüququ üzrə mülkiyyətindədir. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiq olunmuş 23.01.2013-cü il tarixli ərizədən görünür ki, Təhməzova Mətanət Allahverdi qızı əri Təhməzov Firdovsi Bəhmən oğluna məxsus olan Bərdə rayon Nüşabə küçəsində yerləşən 37 nömrəli fərdi yaşayış evininin ipoteka qoyulmasına razılıq verdiyini və tutma (ödəniş) ipoteka predmetninə yönəldildikdə dərhal yaşayış evini tərk etmək öhdəliyini qəbul etdiyini qeyd etmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərrkəzi” MMC- yə ünvanlanmış hərracın keçirilməsi haqqında 13.03.2015-ci il tarixli 650\04 saylı Sifarişdən görünür ki, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 195.2 kv.m, yaşayış sahəsi 127.4 kv.m olan 7 otaqlı fərdi yaşayış evininn ilkin satış qiyməti 20000 manat müəyyən olunmuşdur. Mülki işə əlavə olunmuş “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərrkəzi” MMC tərəfindən verilmiş 20.04.2015-ci il tarixli, 25.05.2015-ci il tarixli və 08 iyun 2015-ci il tarixli, Açıq hərracın keçirilməsinə dair Bildirişlərdən görünür ki, hərracın keçirilməsinin tarixi və yeri barədə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Təhməzov Firdovsi Bəhmən oğluna, Təhməzova Mətanət Allahverdi qızına və "xxxx" ASC-yə məlumat verilmişdir. Mülki işə əlavə olunmuş “’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələri haqqında yekun Y-445 saylı, 20 iyul 2015-cİ il tarixli Protokoldan görünür ki, Təhməzov Firdovsi Bəhmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 12750 (iyirmi dörd min ) manata "xxxx" ASC-yə satılmışdır. Mülki işə əlavə olunmuş hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə müqavilədən görünür ki, Təhməzov Firdovsi Bəhmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 12750 (iyirmi dörd min ) manata "xxxx" ASC-yə satılmışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.01325 ha torpaq sahəsində yerləşən ümümi sahəsi 195.3 kv.m olan daşınmaz əmlakın mülkiyyətçisi "xxxx" ASC-dir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı M.Təhməzova üçüncü şəxs F.Təhməzov ilə ailə münasibətlərinə xitam verilməmişdən əvvəl mübahisə predmeti olan evi bank ipoteka ilə yüklü etmişlər və Mətanət Təhməzova həmin əmlakın ipotekaya qoyulmasına qanunla müəyyən olunmuş qaydada razılıq vermişdir. Bundan sonra tərəflərin ailə münasibətləri pozulmuş, əmlak ipotekada ola-ola məhkəmə qətnaməsi ilə ½ hissədə paylar tanınmışdır. Borc ödənilmədiyinə görə əmlaka tutma yönəldilərək hərraca çıxarılmışdır. İddiaçının iddia tələblərinin əsaslandırdığı hallar əmlakın ondan xəbərsiz girov qoyulması , hərracın kerçirilməsindən xəbəri olmaması və aşağı qiymətə satılmasıdır ki, nəticə etibarilə hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, işdə olan sübutlarla və onların davam edən ardıcıllığından görünür ki, hərracın keçirilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçrilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 414.5 -ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.2- ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3- cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 415.4 -cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 415.5 -ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.1- ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2 -ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında da bəlli oldu ki, tərəflər boşandığı ərəfədə mübahisəli evdə yaşayıblar və hərracla bağlı bildirişlərdə həmin evə göndərilib. İşin əsas məhiyyəti ondan ibarətdir ki, mübahisəli ev bankın mülkiyyətində olsa da, kredit müqaviləsi üzrə yaranan borcu üçüncü şəxs Firdövsi Təhməzov banka qaytarmq şərtilə (aralarında razılaşmaya əsasən) bankın razılığına əsasən hal-hazırda həmin evdə yaşayır. İddiaçının isə hazırkı iddianı irəli sürməkdə məqsədi vaxti ilə birgə mülkiyyətdə olan evin hərracdan satılmasına baxmayaraq Firdövsi Təhməzov tərəfindən ödəniş edildikdən sonra ona qaytarılmasının istəməməsidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı X2 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC- yə, Bərdə rayon İcra və Probasiya Şöbəsinə üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və X7 qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia tələbi təmin oluna bilməz. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC- yə, Bərdə rayon İcra və Probasiya Şöbəsinə üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və X7 qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X4 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar