Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-363/2023 31.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat pulun və iddia tələbinə baxılması üçün ödədiyi 30 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və onun mərhum atasını qonşu kəndçi kimi uzun müddətdir ki, tanıdığına aralarında yaxşı münasibət olmuşdur. 2018-ci ilin əvvələrində Bərdə şəhərində olduğu zaman Cavabdeh onun mobil telefonuna zəng vuraraq bildirib ki, idarə etdiyi maşınla bir az bundan əvvəl qəza törətmişdir yəni maşını başqa bir maşınla toqquşmuşdur, günah ondadır, odur ki, hər iki maşını Bərdə RPŞ nin X12 gətiriblər, zərəçəkmiş maşın sürücüsü bildirir ki, maşınına vurduğu zərbəyə görə ona 700 manat pul verərəsə heç bir şikayəti olmayacaq və maşınını götürüb aparacaqdır. Özü təmir elətdirəcəkdir, ona 700 manat pul versin, zərərçəkmişi yola salsın, sonra 1 ay ərzində bu pulu ona qaytaracaqdır. Odur ki, Bərdə RPŞ-nin X6rşısına gəlib və orada X8 700 manat pul verib. Pulu verərkən yanlarında Bərdə RİH Başçısının Göyüşlü kəndi i.ə.v üzrə nümayəndəsi X4 və həmin kəndin bələdiyyə sədri X3 vardı. Onlar da görüblər və billiblər ki, o, Cavabdeh 700 manat pulu borc olaraq vermişdir və o, da vəd etmişdir ki, 1 ay ərzində borcu qaytaracaqdır. Pulu verdikdən 1 ay keçəndən sonra Cavabdeh borcu qaytarmadığına görə özü ondan pulunu qaytarmasını tələb etdikdə bildirmişdir ki, yaxın vaxtlarda verəcəkdir. Lakin yenədə verməmişdir. Bundan sonra da dəfələrlə zəng etməklə, yaxud şəxsən özü ilə görüşməklə Cavabdeh tələb edib ki, 700 manatı qaytarsın. O, isə hərdəfə müxtəlif bəhanələr gətirib, məsələn xəstəsi olduğunu, ziyana düşdüyünü, başqasından pul alıb ona verəcəyini, gahda ayda 40-50 manat verməklə və.s bildirmiş, dəfələrlə ondan vaxt istəmişdir. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında ondan borcu qaytarmasını yenə də tələb etdikdə bildirib ki, pulu yoxdur, olan kimi verəcəkdir, borcunu danmır. Məhkəmənin diqqətinə çatdırır ki cavabdehin ona olan 700 manat borcunu ödəyə bilməsi üçün hər cür maddi imkanı vardır. Ona görə də hesab edir ki, o, ona olan borcunu qəsdən ödəmir. Cavabdeh Elman oğlunun ondan 700 manat borc adı ilə alıb qaytarmaqdan imtina etdiyinə görə onun barəsində 2022-ci ilin sentyabr ayında Bərdə RPŞ-nə yazılı ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırmanın nəticəsinə dair ona Bərdə RPŞ-dən verilmiş 30 sentyabr 2022-ci il tarixli 138-33941B-3222 nömrəli cavabda bildirilir ki, məsələ mülki xarakterli olduğuna görə mülki iddia qaydasında məhkəməyə müraciət etməlidir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir və bu müraciətini əsaslı olmaqdan başqa həmdə qanuni hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1963-cü ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuş, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 210 saylı, 14 avqust 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 27 may 2022- ci il tarixli, 17775 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1989-cu ildə doğulmuşdur, Bərdə rayonu, Kolayır kədində qeydiyyatda olmaqla yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsində İddiaçı ərizəsi əsasən toplanmış materiallara əlavə edilmiş izahatında göstgərmişdir ki, Cavabdeh 700 manat borc pul verdiyini, X7 pulu qatrmadığını göstərmişdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsində İddiaçı ərizəsi əsasən toplanmış materiallara əlavə edilmiş X3 tərəfindən verilmiş izahatda göstərmişdir ki, İddiaçı onun kəndçisidir, 2018-ci ilin aprel ayında kəndliləri Cavabdeh öz maşını ilə qəza törətmişdir. Əli qəza nəticəsində dəymiş ziyanı ödəmək üçün Kamandardan 700 manat pul almışdır. Kamandar pulu onun yanında Əlinin atasına vermişdir, lakin onlar Kamandarın pulunu bu günə qədər geri qaytarmamışdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsində İddiaçı ərizəsi əsasən toplanmış materiallara əlavə edilmiş X5 tərəfindən verilmiş izahatda göstərmişdir ki, İddiaçı onun kəndçisidir, 2018-ci ilin aprel ayında kəndçiləri Cavabdeh öz maşını ilə qəza törətmişdir, Əli qəza nəticəsində dəymiş ziyanı ödəmək üçün Kamandardan 700 manat pul almışdır, Kamandar pulu onun yanında Əlinin atasına vermişdir, lakin onlar Kamandarın pulunu bu günə qədər geri qaytarmamışdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsində İddiaçı ərizəsi əsasən toplanmış materiallara əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş izahatda göstərmişdir ki, o, Kamandar deyilən adamdan pul almamışdır, Kamandar gah deyir ona 700 manat, gah deyir 900 manat, başqa birinə deyir 800 manat borcu var, evinə gəlir, hər dəfə qapısına bir adam gətirir, Kamandar borcu onun boynuna qoymaq istəyir. Mülki işə əlavə olunmuş, 15 avqust 2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, İddiaçı Nəsərddin oğlunun Cavabdeh qarşı “pul” tələbi ilə bağlı iddia tələbinin dəlillərini əsaslandıra bilməmiş və müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Nəsərddin oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-363/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-363/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver