Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3644/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh2 (cavabdeh və ya Cavabdeh2) və Cavabdeh1 (cavabdeh və ya Cavabdeh1) qarşı “Alqı-satqının bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən 06 aprel 2006-cı il tarixdə aralarında bağlanmış müqavilə əsasında ona satdığı 0,40 ha pay torpaq sahəsinə alqı-satqının bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Mehdixanlı kənd ərazi nümayəndəliyinin Hacallı kənd sakinidir. Cavabdehlərdən 06 aprel 2006-cı il tarixdə kənd icra nümayəndəsinin və Bələdiyyənin iştirakı ilə 0.40 ha torpaq sahəsini almışdır. Həmin vaxt ona bildirmişlər ki, hazırda torpaq sahəsinin sənədlərini girov qoyub pul götürdükləri üçün notariat qaydada rəsmiləşdirə bilmirlər. Torpağın sənədi əldə olunduqdan sonra birlikdə notariat qaydada rəsmiləşdirəcəklər. Lakin cavabdehlər ona satdıqları 0.40 ha torpaq sahəsinin sənədlərini ona təqdim etmirlər və müxtəlif bəhanələr edərək torpağı notariusda adına rəsmiləşdirmirlər. Cavabdehlər 2006-cı ildə ona həmin torpaq sahəsini 700 ABŞ dollarına satmışlar. Cavabdehlər ona satmış olduqları torpağı adına rəsmiləşdirmək istəmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də alqı-satqının baş tutmuş hesab edilməsinə və həmin torpaq sahəsinin onun adına qeydə alınmasına dair məhkəmə qətnaməsinə ehtiyacı var. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, ərizəsinin xahiş etdi hissəsində qeyd edilən torpaq sahəsinin 0,40 ha deyil, 0,47 ha kimi başa düşülməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olaraq, iddiaçının iddianın dəyişdirilməsi haqqında ərizəsini qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, torpaq sahəsinin alqı-satqısı zamanı Cavabdeh2 Yevlax rayonunda yerləşən bankların birindən kredit götürmək məqsədi ilə torpağın sənədlərini bankda girov qoyduğunu bildirdiyindən və Cavabdeh2 ilə çox yaxın münasibətləri olduğuna görə ona etibar etdiyindən alqı-satqının rəsmiləşdirilməsi üçün notariat orqanına gedə bilməmişlər. 06 aprel 2006-cı il tarixdə aralarında müqavilə bağlandığı vaxt o, torpaq sahəsinin dəyəri olan 700 ABŞ dollarını satıcı Elbrus Nuriyevə vermiş, cavabdehlər isə torpaq sahəsini ona təhvil vermişlər. Həmin vaxtdan etibarən sözügedən torpaq sahəsini öz mülkiyyəti kimi istifadə etmişdir. Sonralar torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirmək üçün dəfələrlə cavabdehlərə müraciət etsə də, sonuncular alqı-satqının rəsmiləşdirilməsindən müxtəlif bəhanələrlə boyun qaçırmışlar. Aradan keçən uzun müddət ərzində cavabdehlər həmin torpaq sahəsindən onun öz mülkiyyəti kimi istifadə etməsinə narazılıq və ya etiraz etməmiş, ona qarşı hər hansı tələb bildirməmişlər. Lakin cavabdehlər alqı-satqının rəsmiləşdirilməsi üçün notariat orqanına getməkdən imtina etdiklərinə görə və bu səbəbdən həmin torpağı öz adına sənədləşdirə bilmədiyinə görə hazırkı iddianı qaldırmağa məcbur olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, onların gəlməməsinin üzrlü səbəblərdən olması haqqında məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 sakinləridir. 2006-cı ildə iddiaçının, onun arvadının, habelə cavabdehlərin, Bərdə Rayon Hacallı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin və onun iştirakı ilə akt tərtib edilmiş, İddiaçı cavabdehlərdən onlara məxsus 0,46 ha torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsinin alınması üçün iddiaçı cavabdehlərə 700 ABŞ dolları pul vermişdir. Cavabdehlər həmin torpağı iddiaçıya birdəfəlik, yəni ömürlük satmışlar. İddiaçı isə 700 ABŞ dolları məbləğində pulu cavabdehlərə torpağın birdəfəlik alınması məqsədi ilə vermişdir. Torpaq sahəsinin alqısatqısı haqqında Akt tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da aktı imzalamışdır. Özü həmin vaxt Bərdə rayonu Hacallı bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Akt Bələdiyyənin və Kənd İcra nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Alqı-satqı notariat qaydada təsdiqlənməmiş, həmin vaxt Torpağa mülkiyyət hüququna dair Dövlət aktının kimdə olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, 2006-cı ildə Bərdə rayon Hacallı bələdiyyəsinin üzvü, o cümlədən bələdiyyə sədrinin müavini vəzifəsində işləmişdir. Cavabdehlər islahat zamanı onlara verilmiş 0,47 ha pay torpaq sahəsini İddiaçı satmışlar. Həmin vaxt akt tərtib edilmiş, o da akta imza etmişdir. İddiaçı aktda göstərilən məbləğdə pulu cavabdehlərə onun yanında verməmişdir. Lakin bilir ki, cavabdehlər torpağı iddiaçıya birdəfəlik, yəni ömürlük satmışlar. Həmin vaxtdan etibarən iddiaçı sözügedən torpaq sahəsini özünün mülkü kimi istifadə edir. İddiaçının həmin torpaq sahəsindən istifadə etməyinə cavabdehlərin hər hansı narazılıq etmələrini indiyə kimi eşitməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, şahidləri dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə ünvan 1ində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli 746 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1ində yaşayır. Bərdə Rayon Polis Şöbəsinin 01 sentyabr 2023-cü il tarixli 35279 nömrəli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ASAN-3 tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Bərdə rayonu Hacallı Ə/D-nin Hacallı kəndi, xx.xx.1971-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə ASAN-3 tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bərdə rayon Hacallı bələdiyyəsinin üzvlərinin və kənd sakinlərinin iştirakları ilə tərtib edilərək imzalanmış və Bərdə rayon Hacallı Bələdiyyəsinin və Kənd İcra nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 06 aprel 2006-cı il tarixli Aktdan görünür ki, Cavabdeh2 1999-cu ildə islahat zamanı onun xüsusi mülkiyyətinə verilmiş 0,46 hektar pay torpaq sahəsini ailə üzvlərinin razılığı ilə İddiaçı birdəfəlik, yəni ömürlük olaraq satmışdır. Əvəzində İddiaçı Cavabdeh2 0,46 hektar torpaq sahəsi üçün 700 ABŞ dolları, yəni 600 (altı yüz) yeni Azərbaycan manat məbləğində pul vəsaiti ödəmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-345 KOD 61013078 saylı Dövlət Aktından görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən ünvan 1 sakinləri Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 05 sentyabr 2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin gerçək halları ilə müəyyən edilir ki, cavabdehlər “Torpağa mülkiyyət hüququna dair” JN-345 KOD 61013078 saylı Dövlət Aktına əsasən mülkiyyətlərində olan 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,46 ha hissəsini iddiaçıya 600 (altı yüz) manata satmış, bu barədə tərəflər arasında 06 aprel 2006-cı il tarixli Akt tərtib edilmiş, qeyd olunan Akt Bələdiyyənin və Kənd İcra nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. 06 aprel 2006-cı il tarixli Aktın məzmunundan görünür ki, cavabdehlər 0,46 ha pay torpaq sahələrini iddiaçıya birdəfəlik, yəni ömürlük satmışlar. Məhkəmə iclasında dindirilmiş şahidlər də cavabdehlərin öz torpaqlarını iddiaçıya birdəfəlik satdıqlarını, aktın onların iştirakları ilə tərtib edildiyini və həmin akta imza etdiklərini bildirdilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 17 ildən artıq müddətdir ki, sözügedən torpaq sahəsindən istifadə edir. Bu müddət ərzində cavabdehlər torpaqlarının iddiaçının sahibliyində və istifadəsində olmasına etiraz etməmiş və torpağın geri qaytarılmasını iddiaçıdan tələb etməmişlər. Cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini iddiaçının icarəsinə və ya müvəqqəti istifadəsinə vermələri barədə məhkəməyə sübut təqdim etməmiş, belə bir halın olması işdə olan sənədlər və şahidlərin ifadələri ilə tamamilə təkzib olunur. Bütün bunlar isə onu göstərir ki, cavabdehlər 06 aprel 2006-cı il tarixli Alqı-satqıya dair Aktı imza edərkən 0,46 ha pay torpaq sahəsini iddiaçıya birdəfəlik satmağa dair öz iradələrini ifadə etmişlər. İddiaçı torpaq sahəsinin alqı-satqısının notariat qaydada rəsmiləşdirilməsini cavabdehlərdən tələb etsə də, sonuncular bundan boyun qaçırmışlar. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-nin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM) 336.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 144.4-cü maddəsinə əsasən, əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının TM və ya TM): 49-cu maddəsinin 1-ci bəndinə görə, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: -müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; -hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; -məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; -vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər mülkiyyətlərində olan 0,47 ha pay torpaq sahəsinin 0,46 ha hissəsini iddiaçıya 06 aprel 2006-cı il tarixli Akt əsasında satmış, lakin alqı-satqının rəsmiləşdirilməsi üçün notariat orqanına getməkdən yayınmışlar. İddiaçı iddia ərizəsində 0,47 ha torpaq sahəsinə dair alqı-satqının bağlanmış hesab edilməsini xahiş etsə də, 06 aprel 2006-cı il tarixli Aktdan görünür ki, cavabdehlər 0,46 ha pay torpaq sahələrini iddiaçıya satmışlar. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ünvan 1ində yerləşən 0,46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Alqı-satqının bağlanmış hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında Bərdə rayonu Mehdixanlı kənd icra nümayəndəliyinin Hacallı kəndində yerləşən 0,46 hektar torpaq sahəsinə dair 06 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-3644/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3644/2023
31.10.2023 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver