Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3649/2023 11.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavadeh İddiaçı, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı “əldən çıxmış fayda və "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktının alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.040 manat pul vəsaitinin və 100,40 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh məhkəmədə iddia qaldıraraq, ona və ailə üzvülərinə "Torpağa mülkiyyət hüququna dair" JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)- 841/2023 saylı qətnaməsi ilə (hakimlər L.Süleymanov sədrlik edən, məruzəçi, İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 2719/2023 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan qətnamələrdən də göründüyü kimi hazırki iş üzrə cavabdeh onun sözügedən torpaqdan çıxarılmağına nail olmuşdur. O, ötən illər ərzində sözügedən torpaq sahəsini əkinə yararlı vəziyyətə salmaq üçün 7 il müddətində 70 kamaz peyin, 49 kisə gübrə, torpaq sahəsinə gəlmək üçün körpü, torpaq sahəsinin suvarılması üçün su kanalı və torpaq sahəsinin düzləşdirilməsi üçün “X7" MMC-nin verdiyi "xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ümumilikdə 8.040 manat xərc çəkmişdir. Həmin xərcləri tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulumu geri vermir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlıqlı iddia verərərk, ilk iddiada İddiaçı iddia tələbinin təmin edilməməsinə, qarşılıqlı iddia tələbim təmin edilərək cavabdeh İddiaçı vurduğu maddi zərərin əvəzi olaraq 4440 (dörd min dörd yüz qırx) manat pulun, qanunsuz olaraq özündə saxladığı ona və ailə üzvlərimə aid olan "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktının və onun adına olan subsidya öpdənişini almaq üçün olan bank kartının alınıb ona verilməsinə və hazırkı iddia tələbimə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 65,0 manatın ondan alınaraq ona qaytarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddiada iddiaçı, qarşılıqlı iddiada cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəyə müraciət etməyini əsaslı və qanuni hesab edir. Belə ki, Bərdə rayonu Alpoud kəndində daimi yaşayır. Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə ona ailə üzvləri-həyat yoldaşı X3 və qızı X2 Alpoud kəndində kənd təsərrüfatı təyinatlı cəmi 1.28 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona və sözügedən ailə üzvlərinə məxsus olması barədə onlara "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktı da verilmişdir. 2014-cü ilədək bu torpaqdan özləri istifadə etmişlər. 2014-cü ilin yanvar ayında ürəyindən açıq cǝrahiyyə əməliyyatı olunmağı üçün pul lazım olduğuna görə həmin torpağı həmkəndlisi və yaxın münasibətdə olduğu cavabdeh İddiaçı 8 il müddətinə istifadəyə vermişlər, əvəzində ondan elə həmin 2400 manat pul almışdır. Torpağı İddiaçıa istifadəyə verərkən aralarında rəsmi müqavilə o, cümlədən də icarə müqaviləsi bağlanmamışdır, lakin şifahi razılaşmışlar ki, torpağı ona 01 yanvar 2022-ci il tarixədək, həm də 1 hektarına görə illik 300 manat hesabı ilə istifadəsinə verir, torpaq vergisini də İddiaçı ödəyəcəkdir. İddiaçı isə vəd etmişdir ki, torpaqdan yaxşı məhsul əldə edərsə, qalan 0,28 ha torpağa görə də ona əlavə pul verəcəkdir. Lakin əlavə pulun məbləğini və nə vaxt verilməli olmasını razılaşdırmamışdırlar. Odur ki, ötən 8 ildə o, İddiaçı vəd etdiyi əlavə pulu heç vaxt istəməmişdir. 2014-cü ilin yanvar ayında torpağı İddiaçı istifadəsinə verərkən onun Dövlət Aktını da İddiaçı vermişdir ki, dövlət tərəfindən fermerlərə dəstək kimi verilən pul subsidyasını, kübrə, toxum və sairəni özü ala bilsin. Beləliklə, İddiaçı 2014-cü ilin yanvar ayından başlayaraq hal-hazıradək torpaqlarından istifadə etmişdir. 2022-ci ilin yanvar ayının əvvələrindən başlayaraq ondan xahiş etmişdir ki, torpaqlarından istifadəni dayandırsın və onu özlərinə qaytarsın. Lakin cavabdeh 2022-ci ilin yanvar ayından etibarən torpağımdan çıxmır, hətta Bərdə rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixliş 2(021)-3123/2022 saylı qətnaməsinə baxmayaraq yenə də torpağını özünə qaytarmayaraq onu istidadə etməkdə davam edir, qanunlara və məhkəmə qətnaməsinə məhəl qoymur. Bərdə rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə də müəyyən olunmuşdur ki, o, 1.28 ha torpaq sahəsini cavabdeh İddiaçı 2014-cü ilin yanvar ayının əvvəllərindən 2022-ci ilin yanvar ayınadək olan müddətə, həmdə cəmi 2400 manat pulun əvəzində istifadəsinə vermişdir, cavabdeh 2022ci ilin yanvar ayının əvvəlində həmin torpağı özünə qaytarmalı olduğu halda onu qaytarmayaraq istifadə etməkdə davam etmişdir. Odur ki, məhkəmə 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə onun 1.28 ha torpaq sahəsindən çıxarılmalı olduğunu qət etmişdir. Bərdə rayon məhkəməsinin sözügedən qətnaməsi ondan apellyasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəyə minmişdir. Sözügedən 1,28 ha torpaq sahəsini 1998-ci ildən 2014cü ilin yanvar ayınadək özü istifadə etməklə orada hər il buğda, qarğıdalı, yonca və ya pambıq əkmiş, hər mövsümdə 5000 manatdan artıq gəlir əldə etmişdir. Vəkil soğrusuna cavab olaraq Bərdə rayon İcra Hakimiyyətinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3/79 saylı Arayışda göstərilənlərə əsasən "Bərdə rayonu Alpoud kəndində yerləşən 1,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən aqrotexniki qaydalara düzgün əməl olunarsa 2022-ci ildə bir mövsümdə 1 hektardan 90-100 sentner qarğıdalı, 35-40 sentner buğda və 30-40 sentner pambıq məhsulu götrülə bilər. 2022-ci ildə 1(bir) kiloqram qarğıdalının sərbəst satış qiyməti 35-40 qəpik, yem va arzaqlıq buğdanın 1 kiloqramı 30-50 qəpik arasında, 1 kiloqram xam pambığın 2022-ci ildə alış qiyməti 0,80 qəpik olmuşdur. 2022-ci ildə dövlət tərəfindən fermerlərə pambığın hər kiloqramı üçün 0,17 qəpik, buğda əkininə görə 210 manat (hər hektara) və qarğıdalı əkininə görə isə 230 manat (hər hektara) subsidya ödənilmişdir" Beləliklə də həmin Arayışı əsas tutaraq hesablama aparıldıqda belə məlum olur ki; - 2022-ci ildə sözügedən 1,28 ha torpaq sahəsi öz istifadəsində olmuş olsaydı və onun hamısında qarğıdalı əkmiş olsaydın 5416 manat qazanc əldə etmiş olardı (1,28 ha x 100 sentner =12800 kq x 40 qəpik = 5120 manat + 296 manat subsiyda = 5416 manat) -2022-ci ildə sözügedən 1,28 ha torpaq sahəsi öz istifadəsində olmuş olsaydı və onun hamısında buğda əkmiş olsaydım 2830 manat qazanc əldə etmiş olardı (1,28 x 40 sentner =5120 kqx50 qəpik-2560+270 manat subsidya-2830 manat.) -2022-ci ildə sözügedən 1,28 ha torpaq sahəsi öz istifadəsində olmuş olsaydı və onun hamısında pambıq əkmiş olsaydım 4966 manat qazanc əldə etmiş olardım (1,28 ha x 40 sentner 5120 kq x 80 qəpik- 4096 manat + cəmi 870 manat subsidya= 4966 manat) Beləliklə də 2022-ci il mövsümündə 1,28 ha torpaq sahəsində orta hesabla 4440 manat qazanc əldə edə bilərdi (5416+2830+4966-13212:3). Odur ki, qarşılıqlı iddiada cavabdeh İddiaçı 1,28 ha torpaq sahəmi 2022-ci ilin yanvar ayından hal-hazıradək (1 ildən artıq) qanunsuz olaraq istifadəsində saxlamaqla ona vurduğu maddi zərərin miqdarı 4440 manatadır. Cavabdehdǝn həmin məbləğin məhkəmə tərəfindən alınıb ona verilməsi qət edilməklə vurulmuş zərərin ödənilməsi təmin edilməlidir. Cavabdeh İddiaçı ona və ailə üzvlərində aid olan "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktını və subsidya ödənişinə dair onun adına olan bank kartını da qanunsuz olaraq özündə saxlayır və heç bir əsas olmadan onu qaytarmaqdan imtina edir. Odur ki, sözügedən Dövlət Aktının və bank kartının da ondan alınıb ona qaytarılması məhkəmə tərəfindən qət edilməlidir. Qarşılıqlı iddiada cavabdeh İddiaçı iddiası isə rədd edilməlidir. Belə ki: O, sözügedən torpaq sahəsini ona satmamış, bu barədə iddiaçı kimi onun heç bir sübutu yoxdur. O, həmin torpağı aralarındakı şifahi razılaşmaya əsasən 8 il müddətinə - 2014-cü ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək olan müddətə hər ili 300 manat hesabı ilə cəmi 2400 manat müqabilində onun istifadəsinə vermişdir. İddiaçı tam 8 il həmin torpaqdan istifadə etmiş və verdiyi 2400 manat pulun əvəzində dəfələrlə çox qazanc əldə etmişdir. İddiaçı 8040 manat şəxsi vəsaitini xərcləyərək sözügedən 1,28 ha torpaq sahəsi münbitləşdirilməsi barədə iddia tələbi də tamamilə əsassız və yalandır. Çünki, bu tələbini xərcini təsdiq edən hər hansı bir sübut-dəlili yoxdur. Bundan başqa onun həmin tələbini əsaslandırmaq üçün istinad etdiyi "X8" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi səlahiyyəti olmayan bir özəl Cəmiyyət tərəfindən verilmiş əsassız rəydir, heç bir sübuta əsaslanmır. Bundan başqa sözügedən 1,28 ha torpaq sahəm İddiaçı tərəfindən aqrotexniki qaydalara əməl edilmədən istismar edilməklə onun münbitləşdirilməsi üçün tədbirlər görülmədiyi üçün yararsız hala düşmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək bildirdi ki, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia tələbinin əsasız olduğundan rədd olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmaını xahiş etdi. Həmçinin məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verərərk, İddiaçı **********62500 nömrəli fermer kartını məhkəmə iclasında özünə verdiyindən iddia tələbində kartın cavabdehdən alınıb ona verilməsi hissəsində imtina etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia tələbi isə qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.11964-cü il tarixdə Bərdə rayon Alpout kəndində anadan olmuşdur. Bərdə rayon Alpout kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 536 saylı xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Alpout kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AZE №0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1972-ci il tarixdə Bərdə rayon Alpoud kəndində anadan olmuşdur. Bərdə rayon Alpoud kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)2719/2023 saylı Qərarından görünür ki, iddiaçı Cavabdeh məhkəmədə iddia qaldıraraq, İddiaçı ona və ailə üzvülərinə "Torpağa mülkiyyət hüququna dair" JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)- 841/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş “X5” MMC-nin xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi 1.28 ha torpaq sahəsinin əkinə yararlı olması, su kanalının və körpünün salınması üçün çəkilən xərc 8040 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2021-xx-xx.2022 –ci il tarix üzrə 3781.78 manat subsidiya ödənişi olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(021)- 717/23 saylı qərardadından görünür ki, İddiaçı icra sənədinin dayandırılmasına dair ərizəsi təmin olunmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən icra məmuru X9 bildirdi ki, torpaqdan çıxarılma tələbinə dair iddia üzrə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2023-cü ildə icraata başlama haqqında qərar qəbul olunmuş, bu barədə tərəflərə məlumat verilmiş, könüllü icra bərədə məlumatlanmışlar. Lakin tərəflərin heç biri icra şöbəsinə gəlməmiş, işlə maraqlanmamışlar. Tərəflər iştirak etmədiyi təqdirdə torpaq sahəsinin naturada təqdim edilməsi qeyri -mümkün olur. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarına əsasən, Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X6 və X1 mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh məhkəmədə iddia qaldıraraq, İddiaçı ona və ailə üzvülərinə "Torpağa mülkiyyət hüququna dair" JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)- 841/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)2719/2023 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh və ailə üzvlərinə məxsus olan torpaq sahəsini 2014-cü ildən istifadə etmişdir. Məhkəmə ilk iddia ilə bağlı qeyd edir ki, İddiaçı həmin mübahisəli torpaq sahəsinin əkinə yararlı vəziyyətə salmaq üçün 7 il müddətində 70 kamaz peyin, 49 kisə gübrə, torpaq sahəsinə gəlmək üçün körpü, torpaq sahəsinin suvarılması üçün su kanalı və torpaq sahəsinin düzləşdirilməsi üçün çəkilmiş xərc tələbidir. Məhkəmə qeyd edir ki, iddiaçı 70 kamaz peyinin əraziyə tökməsinə dair sübut təqdim edə bilməmişdir. Həmçinin 49 kisə gübrə kübrə verilməsinə dair sübutu isə ödəniş kartı üzrə xx.xx.2021-xx-xx.2022 –ci il tarix üzrə 3781.78 manat subsidiya ödənişi ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, həmin subsidiya ödənişi üzrə köçürülən məbləğ kübrə alınmasına sərf olunmasını da iddiaçı sübut edə bilmir. Bunun əksinə olaraq cavabdeh torpaq sahəsinin videogörüntüsünü məhkəməyə təqdim edir ki, torpağın münbit torpaq olmaması aydın şəkildə müəyyən olunur. Torpaq bozumtul şoran olduğu görsənir. Bundan başqa torpaq sahəsinə gəlmək üçün körpü salınmasına münasibətdə məhkəmə müəyyən etdi ki, hər iki tərəfin torpaq sahələri bitişik qonşu torpaq sahəsidir. İddiaçı öz torpaq sahəsindən cavabdehə məxsus torpaq sahəsini istifadə etdiyi müddətdə öz torpaq sahəsindən həmin torpaq sahəsinə keçmək üçün su arxının üzərindən kiçik həcimli körpü kimi qurğu quraşdırmışdır. Cavabdeh isə bildirir ki, həmin körpünün ona heç bir aidyyəti yoxdur, istəyirsə götürüb aparsın.Çünki iddiaçının torpağına həmin körpüdən keçməklə istifadə etmək fikiri yoxdur. Öz torpağına sərbəs giriş-çıxış yolu var. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin körpü İddiaçı mənafeyinə xidmət etmişdir. Hazırkı halda torpaqdan çıxarılma qətnaməsi olduğundan həmin körpüdən istifadə etmək əhəmiyyətini itirmişdir. Cavabdeh də həmin körpüdən istifadə etmir. Həmçinin həmin körpüyə çəkilən xərcin də nə qədər olması dəqiq müəyyən deyil. Ona görə də iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Məhkəmə həmçinin iddia tələbinin torpaq sahəsinin suvarılması üçün su kanalına çəkilmiş xərclə bağlı müəyyən etdi ki, həmin kanal əvvəllər mövcud olmuş kanaldır.Bunun hər iki tərəfdə təsdiq edir. Lakin İddiaçı həmin kanalın içinin təmizlənməsi və ətrafının təmizlənməsinə çəkdiyi xərcləri tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ilk olara kanalın hansı məbləğdə xərclərin çəkilməsi müəyyən olunmur, həmçinin həmin xərclərin nəyə çəkilməsi (kanalın içinin və ətrafının təmizlənməsi ) sübut olunmur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı vaxta qədər iddiaçının həmin torpaq sahəsindən istifadə nəticəsində qeyd olunan məbləğdən müqayisə olunmaz dərəcədə gəlir götürməsi istisna olunmur. Məhkəmə həmçinin ilk iddia tələbi ilə bağlı qeyd edir ki, “pul” tələbinin təmin olunması iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yol verilməzdir. Odur ki ilk iddia tələbi təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı idia tələbi maddi ziyan tələbi və "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktının alınıb verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, maddi ziyan tələbi heç bir aqronom rəyi olmadan qeyrimüəyyən formada iddiaçının öz mülahizəsinə əsasən irəli sürülmüşdür. Həmçinin cavabeh iddiasını onunla əsaslandırır ki, torpaqdan çıxarma qətnaməsi olsa da iddiaçı həmin torpaqdan çıxmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı həmin qətnaməni mübahisələndirmiş, həmin qətnamə üzrə xx.xx.2023-cü ildə icraata başlama haqqında qərar qəbul olunmuş, bu barədə tərəflərə məlumat verilmiş, könüllü icra bərədə məlumatlanmışlar. Lakin tərəflərin heç biri icra şöbəsinə gəlməmiş, işlə maraqlanmamışlar. Bundan sonra Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(021)-717/23 saylı qərardadından görünür ki, İddiaçı icra sənədinin dayandırılmasına dair ərizəsi təmin olunmamışdır. Göründüyü ki, İddiaçı hüquqi müdafiə vasitələrindən istifadə edərək həmin torpaq sahəsindən çıxmamışdır. Buna görə də iddia tələbi bu hissədə təmin oluna bilməz. Qarşılıqlı iddia tələbi "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktının iddiaçıdan alınıb verilməsi hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı özü məhkəmə iclas zalında etiraf etmişdir ki, həmin dövlət aktı hazırda ondadır. Lakin məhkəmə baxışında bildirmişdir ki, həmin torpaq aktını məhkəməyə təqdim etmişdir. Məhkəmə isə həmin aktın məhkəməyə təqdi olunmamasını bildirmiş, bu halı İddiaçı iddiadan yayınması kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-nin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia tələbi "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktının iddiaçıdan alınıb verilməsi hissəsində təmin olunmalı, qalan hissədə rədd olunmaldı. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ilk iddia tələbi rədd olunduğundan ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 100 manat İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” dair ilk iddia tələbi təmin olunmasın. Cavabdeh oğlunun İddiaçı qarşı “əldən çıxmış fayda və "Torpağa mülkiyyət hüququna dair" JN-0031 KOD 61001018 nömrəli Dövlət Aktının alınıb verilməsi” tələbinə dair qarşılıqlı iddia qismən təmin olunsun. İddiaçı Cavabdeh və ailə üzvlərinə məxsus "Torpağa mülkiyyət hüququna dair" JN- 0031 KOD 61001018 nömrəli Dövlət Aktı alınıb Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3649/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3649/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver