Məhkəmə qərarları › İş №2(021)-365/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-365/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-365/2023 13.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, Cavabdeh, iddiaçının vəkili X2 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dаir ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyətdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarışılıqlı iddia üzrə cavbdehin ona qarşı "pul tələbinə dair” verdiyi iddia ərizəsinin əsasız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməsi və cavadehin onun adına olan Bərdə rayonu Güloğlular kəndində "xxxx"MMC-nin ərazisində öz vəsaiti hesabına tiktirdiyi iki hissədən ibarət olan ümumi sahəsi 48 kv.metr olan mağazadan çıxarılaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşıdır. xx.xx.2016-cı il tarixdə Cavabdeh özünə məxsus olan Bərdə rayonu, “Təzə Bazar” Ticarət Mərkəzində yerləşən 12 m x 4 m və 6 m x 4 m ölçüdə 2 ədəd mağaza binasını 5000 (beş min) manat məbləğində ona satmışdır. Bu barədə cavabdeh özünün xətti və şahidlərin imzası ilə qəbz yazaraq imzalamışdır. Cavabdeh qardaşı olduğu üçün bu qəbzdən başqa aralarında heç bir rəsmi sənədləşdirmə aparmamışlar. Qardaşı olduğu üçün alqı-satqının rəsmiləşdirilməsinə zərurət görməmişdir. Bu günlərdə sözügedən mağazanı öz adına sənədləşdirmək üçün Cavabdeh müraciət etdikdə o, sözügedən mağazaları onun adına sənədləşdirməkdən imtina etdi. Bu səbəbdən də məhkəmədə iddia qaldırmalı olmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun doğma qardaşıdır. Bərdə rayonu “Təzə bazar” deyilən, yəni "xxxx" MMC-nin ərazisində öz vəsaiti hesabına tikdirdiyi 48 kv.m olan mağaza müqavilə əsasında onun adınadır. Qarşılıqlı iddia üzrə cavabdeh olan qardaşı Surxay ona bildirdi ki, onun adına olan yəni "xxxx" MMC-nin ərazisində öz vəsaiti hesabına tikdirdiyi iki hissədən ibarət olan, ümumi sahəsi 48 kv.m olan mağazanı istifadə üçün müvəqqəti olaraq ona versin. O da Surxay qardaşı olduğu üçün aralarında rəsmi müqavilə bağlamadan "xxxx" MMC-nin ərazisində öz vəsaiti hesabına tikdirdiyi iki hissədən ibarət olan ümumi sahəsi 48 kv.m olan mağazanı ona verdi ki, müvəqqəti olaraq istifadə etsin, həmin vaxt hətta Surxay ona bildirdi ki, işləri yaxşı olsa ona icarə pulu verəcək. Bir müddət sonra o bildi ki, qardaşı Surxay onun xəbəri olmadan onun adına olan, yəni "xxxx" MMC-nin ərazisində öz vəsaiti hesabına tikdirdiyi iki hissədən ibarət olan ümumi sahəsi 48 kv.m olan mağazanı tanımadığı şəxsə öz aralarında razılaşaraq satıbdır. O qardaşı Surxaya iradını bildirdi ki, onun mağazasını özünə qaytarsın. Lakin Surxay ona bildirdi ki, əgər o mağazanı geri qaytarsa, onu şərləyib ondan pul alacağını deyəcək ki, guya həmin mağazanı alıb. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Surxayın ona qarşı məhkəməyə verdiyi pul tələbinə dair iddiası əsassızdır və onun məqsədi onu şərləyib yalandan pul almaqdır. Odur ki, Surxayın bu cür qanunsuz şər-böhdan xarakterli hərəkətlərini nəzərə alıb Surxaya qarşı “mülkiyyətdən çıxarılma” tələbinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi vermək qərarına gəldi. Məhkəmənin 05 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı və onun vəkili X2 ilkin iddianı müdafiə edərək, məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh ilkin iddianı rədd etmiş və Cavabdeh məhkəməyə vəsatət verərək bildirmişdir ki, X4 tərəfindən verilmiş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx.xx.2016-cı il tarixdə yazılmış qəbz əlavə etmişdir. Məhkəmə iclasları zamanı həmin qəbzin o tərəfindən imza edilmədiyini aşkarlamaq üçün ekspertiza təyin edilmiş, ekspert qarşısında imzaları yoxlanılmışdır və həmin qəbzdə adın qarşısında olan imzanın ona məxsus olması qeyd edilmişdir. Lakin hazırda ekspertiza tərəfindən verilmiş ekspert rəyi qanunsuz olaraq verilmişdir. O həmin ekspert rəyindən narazıdır. Çünki həmin imza ona məxsus deyildir. Bunun üçün də xx.xx.2023-cü il tarixli 4/284 saylı ekspertiza rəyindən narazı olduğu üçün təkrar komisyon ekspertiza təyin edilməsinə ehtiyac vardır. Odur ki, xx.xx.2023-cü il tarixli 4/284 saylı ekspertiza rəyindən narazı olduğu üçün xx.xx.2016-cı il tarixdə yazılmış qəbzin o tərəfindən imza edilməməsini aydınlaşdırmaq üçün təkrar komisyon ekspertiza təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləməklə yerində müşavirə edərək təkrar ekspertiza keçirilməsinə ehtiyac olmadığını və ilkin verilmiş ekspert rəyində qaranlıq və şübhəli məqam olmadığını bildirərək şifahi vəsatəti təmin etməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh vəkili Vəkil öz ifadəsində ilkin iddia üzrə Cavabdeh ifadəsi ilə eyni məzmunlu ifadə verərək vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin və onların vəkillərinin izahatlarını dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir ilkin iddiası təmin edilməli,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülkiyyətdən çıxarılma tələbinə dair qarşlıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, Bakı küçəsi, ev 26-da yaşayır. AA 411938 seriya nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayon məcburi köçkünüdür. Hal-hazırda müvəqqəti olaraq Bərdə rayonunda məskunlaşmışdır. AZE seriyalı, 15213149 nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1967-ci ildə Ağdam rayonu, Cəvahirli kəndində anadan olmuşdur. Bərdə şəhəri, Bakı küçəsi 26-da yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5962 nömrəli arayışdan görünür ki, Cavabdeh hal-hazırda Bərdə şəhəri, Bakı küçəsi, ev 26-da yaşayır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli X5 və X3 iştirakı ilə imzalanmış qəbzdən görünür ki, Cavabdeh Təzə Bazarda yerləşən mağazasından 12 metr uzunluğunda 4 metr enində, 6 metr uzunluğunda 4 metr enində olan 2 dənə obyekti bu şəxslərin imzasıyla qardaşı İddiaçı 5000 manata satmışdır. Bərdə şəhər "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 164 nömrəli arayışdan görünür ki, Bərdə "xxxx" MMC ərazisində tikilmiş 48 kv.m. sahəsi olan mağaza müqavilə əsasında Cavabdeh adınadır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 71-72 nömrəli icarə müqaviləsindən görünür ki, Bərdə şəhər Ticarət Mərkəzinin ərazisində 48 kv.m olan olan öz vəsaiti hesabına inşa edilmiş mağazanı Cavabdeh icarəyə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 29 mart 2023-cü il tarixli, 4/284 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(011)-365/2023 nömrəli mülki işin 41-ci vərəqində Cavabdeh adından olan 11 dekabr 2016-cı il tarixli qəbzin arxa tərəfində "Əлиjев рамозон" yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını, daha sonra ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdehin ona qarşı "pul tələbinə dair” verdiyi iddia ərizəsinin əsasız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməsi və cavdehin onun adına olan Bərdə rayonu Güloğlular kəndində "xxxx"MMC-nin ərazisində öz vəsaiti hesabına tiktirdiyi iki hissədən ibarət olan ümumi sahəsi 48 kv.metr olan mağazadan çıxarılaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməklə Cavabdeh 5000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi təmin edilməklə cavadeh İddiaçı onun adına olan Bərdə rayonu Güloğlular kəndində yerləşən "xxxx"MMC-nin ərazisində öz vəsaiti hesabına tiktirdiyi iki hissədən ibarət olan ümumi sahəsi 48 kv.metr olan mağazadan çıxarılmalıdır. Belə ki, hər iki tərəf iddia irəli sürməkdə haqlı olmaqla məhkəmədə öz iddialarını sübut edə bilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, 5000 manat pulun mağazanın satılması müqabilində Cavabdeh tərəfindən İddiaçı alınması barədə qəbz Cavabdeh tərəfindən yazılmaqla imzalanmışdır. Bundan başqa Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən Bərdə rayonu "xxxx" MMC-nin ərazisində öz vəsaiti hesabına inşa etdiyi 48 kv.m sahəyə malik mağazanı icarəyə götürdüyü məlum olur. Belə olan halda həmin mağazadan istifadə hüququna malik olan Cavabdeh pozulmuş hüquqları bərpa edilməklə İddiaçı həmin mağazadan çıxarılmalı və mağaza Cavabdeh istifadəsinə qaytarılmalıdır. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən pulun iddiaçıya tam olaraq qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdeh borcunu qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları digər tərəfdən tələb edilmədiyindən onların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir ilkin iddiası təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 5000 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülkiyyətdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. Cavabdeh Bərdə rayonu Güloğlular kəndində "xxxx"MMC-nin ərazisində öz vəsaiti hesabına tiktirdiyi iki hissədən ibarət olan ümumi sahəsi 48 kv.metr olan mağazadan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı çıxarılsın və mağaza Cavabdeh qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar