Məhkəmə qərarları › İş №2(021)-3651/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3651/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3651/2023 14.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı ““Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh avtomobilinə dəymiş 1935 (min doqquz yüz otuz beş) manat məbləğində zərərin alınıb xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, istifadəsində olan “Ford Tranzit” yük markalı **-GP-*** qeydiyyat nişanlı avtomaşın X4 məxsusdur. Həmin avtomaşını etibarnamə əsasında idarə edir. AE 220105 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə, saat 2115 radələrində Bərdə-Tərtər yolunun 7-ci km-də “Ford Tranzit” yük markalı **-GP-*** qeydiyyat nişanlı avtomaşınla Tərtər istiqamətində hərəkətdə olarkən qəflətən yolun sağından 1 baş inək yola çıxmış, nəticədə idarə etdiyi avtomaşınla onu vurmuş və toqquşma baş vermiş, inək yolun sağına düşmüşdür. Avtomaşında tək olmuş, heç bir xəsarət almamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin Xİİİ Tağım Yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən araşdırma aparılmış, 29 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsinə səbəb Cavabdeh mal-qaranı nəzarətsiz qoyması nəticəsində onun bir baş iri buynuzlu heyvanının saat 2115 radələrində qəflətən magistral yolda onun idarə avtomobilin qarşısına çıxaraq toqquşması nəticəsində avtomobilə maddi ziyan dəyməsi olmuşdur. Bərdə Rayon Məhkəməsinin 28 avqust 2023cü il tarixli, 3(021)-1281/2023 saylı qərarı ilə Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 2115 radələrində Cavabdeh təsərrüfatında olan bir baş iri buynuzlu mal-qaranı sahibsiz qoyduğundan magistral yola çıxmış və baş vermiş hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. 28 iyul 2023-cü il tarixli zərər dəymiş avtomobil barədə ilkin qiymətləndirmə aktına əsasən **-GP-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomaşına dəymiş zərərin ümumi dəyəri 1935 manat müəyyən edilmişdir. Cavabdeh avtomobilinə dəymiş 1935 manat zərəri ona ödəməsini xahiş etmiş, lakin Cavabdeh zərəri ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, **-GP-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı avtomaşın mülkiyyət hüququ əsasənda X4 məxsus olsa da, avtomobili o idarə etmişdir. Belə ki, mülkiyyətçi X1 nəqliyyat vasitəsini idarə etmək üçün ona etibarnamə vermiş, lakin baş etibarnamə verməmişdir. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmənin 24 oktyabr 2023-cü il tarixli hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini bildirmiş və göstərmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə, axşam saatlarında idarə etdiyi avtomobillə onun təsərrüfatında olan bir baş inəyi vurmuş, inək ölmüşdür. İndi isə iddiaçı ondan avtomobilə dəymiş ziyana görə maddi ziyan tələb edir. O, onkoloji xəstədir, müalicə alır. Maddi imkanı acınacaqlı vəziyyətdədir. İddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Laçın rayonu Ərikli kəndində anadan olmuşdur, Laçın rayonu Ərikli kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx xxxxxxx 1970-ci ildə Bərdə rayonu Zümürxaç kəndində anadan olmuşdur, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatdadır. AA seriyalı 291995 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1992-ci ildə Laçın rayonundan məcburi köçkündür, Bərdə rayonunda məskunlaşmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 371 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayon Şatırlı kənd İƏD-nin Kürdborakı kəndində yaşayır. AE seriyalı 220105 nömrəli sürücülük vəsiqəsindən görünür ki, İddiaçı “BC” kateqoriya sürücülük hüquqi vardır. AC seriyalı 206764 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. 21 fevral 2023-cü il tarixli, ƏN-Vİ 441099 reyestr nömrəli Etibarnamədən görünür ki, X6 mülkiyyətində olan “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 3 il 1 ay 8 gün müddətinə idarə etmək səlahiyyətini İddiaçı vermişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(021)-1281/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. 28 iyul 2023-cü il tarixli İlkin Qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X3 mülkiyyətində olan “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və köməkçi materiallar almaq üçün 1235 manat, dəmirçi işi üçün 400 manat, rəngsaz işi və materiala görə 200 manat, çilingər və mühərrik işi üçün 100 manat olmaqla, cəmi 1935 (bir min doqquz yüz otuz beş) manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Mülki mübahisənin gerçək hallarından görünür ki, X6 mülkiyyətində olan “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün iddiaçıya etibarnamə vermiş, sonuncu 29 iyul 2023-cü ildə saat 2115 radələrində “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Zümürxan kəndi ərazisində hərəkətdə olarkən Cavabdeh nəzarətsiz qoyduğu bir baş iri buynuzlu heyvan magistral yolda hərəkətdə olan həmin avtomobilin qarşısına çıxmış, avtoqəza törənmiş və nəticədə avtomobilə maddi ziyan vurulmuşdur. Göründüyü kimi, “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında oxşar hüquqi mövqe nümayiş etdirilməklə qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. İşin mübahisəsiz halıdır ki, “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X3 mülkiyyətində olmuşdur və hazırda da onun mülkiyyətindədir. Mülkiyyətçi avtomobili idarə etmək üçün iddiaçıya etibarnamə vermiş, lakin nəqliyyat vasitəsinin idarə edilməsindən savayı ona hər hansı səlahiyyət verməmişdir. Belə olan halda, “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətində olduğundan 29 iyul 2023-cü ildə baş vermiş qəza nəticəsində avtomaşına dəymiş zərərin ödənilməsini tələb etmək hüququ mülkiyyətçi X4 məxsusdur və o, belə bir tələblə çıxış edə bilərdi. İddiaçı isə hər hansı mülkiyyətçi hüquqları olmadığına görə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı “Ford Transit” yük markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsini tələb etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar