Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3670/2021 16.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh qızının iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “evdən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Alaçadırlı kəndində istifadəsində olan yaşayış evində Cavabdeh oğl ilə yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə rayon Alaçadırlı kəndində evi vardır. O, arvadı ilə 2019-cu il tarixdə rəsmi olaraq ayrılmışdır. Oğlu cavabdeh Cavabdeh onunla birgə yaşayır. Hazırda yaşadıqları evin sənədləri yoxdur. Oğlu Sənan və gəlini onunla yola getmir, bir valideyn kimi ona hörmət etmirlət. Yaşadıqları evdə istifadə qaydasının müəyyən edilərək, bir otağın oğluna, bir otağın isə özünə ayrılaraq həmin yaşayış sahəsinə ayrı-ayrılıqda qapı qoyulmasını istəyir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, yaşdıqları fərdi yaşayış evi rəsmi reystrdə qeydə alınmamışdır. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1689 saylı 21.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Alaçadırlı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. X4, X11 qızı, X9 və Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-cı il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-125A, KOD-61008078 saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən İddiaçı, X5, X1, Cavabdeh və X8 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 2(021)2057/2020 saylı 31.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X11 qızı və X9 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onların Bərdə rayon Alaçadırlı kəndində yerləşən 3 otaq 1 zal və mətbəxdən ibarət fərdi yaşayış evinə evinə köçürülmələrinə və cavabdehin qeyriqanuni hərəkətlərinə qədağan qoyulmasına dair dair qətnamə qəbul olunmasını xahiş etmişlər və iddiaçılar X11 qızının və X6 Bərdə rayon Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə köçürüməsi qət olunmuşdur. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 2(021)2057/2020 saylı 31.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı oğlunun cavabdehlər X11 qızına və X8 qarşı “birgə nikah dövründə əldə edilmiş 63000 manat hesabına əldə olunmuş evin torpağın, avtomobilin bölünməsi, cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi və cavabdehlərin əşyalarının evdən çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan 11.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən İddiaçı, X5, X1, Cavabdeh və X8 0.10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evi özbaşına tikili olduğundan və fərdi yaşayış evinə tərəflərin payları müəyyən olunmadığından istifadə qaydaları müəyyən oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cu maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh qarşı “evdən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddiası təmin olunmamalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsum iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh Cavabdeh qarşı “evdən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3670/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3670/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver