Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3680/2023 02.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4900 (dörd min doqquz yüz) AZN, 1000 (min) AZN əldən çıxmış faydanın və 69 ( altınış doqquz) manat olan dövlət rüsümunun, ümumilikdə 5969 (beş min doqquz yüz altmış doqquz) AZN pulun tuttularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə illərdi tanışdırlar və aralarında həmişə isti normal münasibətlər olmuşdur. 2022-ci ilin mart ayında Cavabdeh ona müraciət edərək pul lazım olduğunu və tez bir zamanda qaytaracağını bildirmişdir. O da köhnə tanışlıqlarının xatirinə ona inanaraq Cavabdeh 3800 (üç min səkkiz yüz) ABŞ dolları, yəni 6400 (altı min dör yüz) AZN pul vermişdir. Daha sonra Cavabdeh ona bir daha müraciət edərək, yenə pul lazım olduğunu bildirmişdir. O, yenə də ona inanaraq, yoldaşlıq, tanışlıq xatirinə Cavabdeh 2022-ci ilin avqust ayında 600 (altı yüz) AZN, sentyabr ayında isə 100 (bir yüz) AZN vermişdir. Bütünlükdə cuvabdeh Bəbișov Orxan Aslan oğlunun ona 7100 (yeddi min bir yüz) AZN pul borcu yaranmışdır. Bir müddət keçdikdən sonra onun özünün öz şəxsi işlərimi aparmaq üçün pul lazım olduğundan Cavabdeh ondam aldığı borcu pulu qaytarmağı xahiş etmişdir. Dəfələrlə müraciət və zənglər etdikdən sonra Cavabdeh ondan aldığı 7100 (yeddi min bir yüz) AZN borc puldan 2000 (iki min) AZN bir dəfə, 200 (iki yüz) AZN isə bir dəfə qaytarmışdır. Qalıq borcu olan 4900 (dörd min doqquz yüz) AZN pulu isə bu günə kimi qaytarmır. Təkid və tələblərinə, zənglərinə baxmayaraq, Cavabdeh yaşadığı ünvana gedib ona olan 4900 (dörd min doqquz yüz) AZN pul borcunu tələb etməyinə baxmayaraq Cavabdeh ona olan borcunu qaytaracağını hər dəfə söz verərək onu aldadır. Hətta xx.xx.2023-cü il tarixdə ona olan 4900 (dörd min doqquz yüz) AZN borcunu 30.08.202-cü il tarixədək qaytaracağı barədə qəbz yazaraq ona vermişdir. Lakin Cavabdeh öz xətti ilə yazdığı qəbzdə qeyd etdiyi tarixdə pulu qaytaracığa söz verməsinə baxmayaraq qalıq borcu olan 4900 (dörd min doqquz yüz) AZN pulu qaytarmır və qaytarmaq istəmir. Hər dəfə yalan vədlər verərək onu yubadır və aldadır. Onun pul vəsaiti, yəni 4900 (dörd min doqquz yüz) AZN pul onun özündə olardısa bu müddət ərzində həmin 4900 (dörd min doqquz yüz) AZN puldan dövriyyə etməklə 1000 (min) AZN əldə etmiş olardı. Lakin cabadeh ona olan 4900 (dörd min doqquz yüz) AZN pulu qaytarmadığından o, 1000 (min) AZN əldən çıxmış faydadan məhrum olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh borcunu etiraf edib, ərizə təqdim edərək bildirdi ki, İddiaçı ona qarşı 4900 manat pul tələbinə dair iddia tələbini qəbul edir. Lakin əldən çıxmış fayda üzrə 1000 manatı qəbul etmədiyini bildirdi. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1005 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Terkmən kəndində yaşayır. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Bəbişov X1 Faiq Nəbi oğluna 4900 (dörd min doqquz yüz) manat borcu olduğunu, həmin pulu 30 avqust 2023-cü il tarixinədək qaytaracağına dair söz vermişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 69 (altmış doqquz) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh İddiaçı ona qarşı 4900 manat pul tələbinə dair iddia tələbini qəbul edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 4900 manat məbləğində borcu vardır. Lakin cavabdeh aldığı pulu bu günə kimi geri qaytarmamışdır. Cavabdeh Bəbişov X1 Faiq Nəbi oğluna 4900 manat borcu olmasına dair qəbz yazmışdır. Həmçinin cavabdeh etiraf ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3- cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdehin etirafı nəzərə alınmaqla iddia tələbi 4900 manat borc tələbi hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əldə çıxmış faydanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın sübut olunması üçün iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 69 manat məbləğində rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh 4900 (dörd min doqquz yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 69 (altmış doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3680/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3680/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver