Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3685/2024 11.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayraməli qızına qarşı “3000 manat və 50 manat dövlət rüsumu hesabına ödənilmiş pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayraməli qızına qarşı “3000 manat və 50 manat dövlət rüsumu hesabına ödənilmiş pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 3000 manat və 50 manat dövlət rüsumu hesabına ödənilmiş pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayraməli qızından alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Haşımov X1 rayonu Əhən kəndində qeydiyyatdadır. Digər Cavabdeh2 Bayraməli qızının isə iddia ərizəsinə əsasən şəxsiyyəti müəyyən olunmur. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətandaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 qeydiyyat ünvanı İsmayıllı rayonu Əhən kəndi olduğundan, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq İsmayıllı Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayraməli qızına qarşı “3000 manat və 50 manat dövlət rüsumu hesabına ödənilmiş pul” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən ərizəçi iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayraməli qızına qarşı “3000 manat və 50 manat dövlət rüsumu hesabına ödənilmiş pul” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayraməli qızına qarşı “3000 manat və 50 manat dövlət rüsumu hesabına ödənilmiş pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ona geri qaytarılsın.
3. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim: Ziya Abdullayev