Məhkəmə qərarları › İş №2(021)-3686/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3686/2024

11.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3686/2024 11.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı X2 Cavabdeh qarşı “Uşağın himayədə saxlanılması və aliment” tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 avqust 2009-cu ildə anadan olmuş X5 onun himayəsində saxlanmasına və onun saxlanması üçün 235 manat alimentin tutulmasına, 16 sentyabr 2012-ci ildə anadan olmuş qızı X1 üçün təyin edilmiş 150 manat aliment məbləğini artırılaraq hər ay 235 manat olmaqla, iki uşağın saxlanılması üçün cəmi 470 manat aliment kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı X4 MPM-nin 152.1.5-ci maddəsinin tələblərinə əməl etməyərək, iddia tələbi üzrə müəyyən olunmuş rüsum digər şəxs, X6 tərəfindən ödənilərək həmin maddənin tələbini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı X2 Cavabdeh qarşı “Uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı X2 Cavabdeh qarşı “Uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. X6 tərəfindən ödənilmiş 50,60 (əlli manat 60 qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar