Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-369/2023 20.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X9 iclas kаtibliyi ilə , İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul tələbinə dаir” mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək ünvan 1 ünvanında yerləşən 0,05 (500 kv.metr) torpaq sahəsinin hazırkı real likvid dəyəri olan 12000 manat pulun və iddia ərizəsinə baxılması üçün ödədiyi 126 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 Bərdə rayon X23 İcraiyyə Komitəsinin 27 fevral 1989-cu il tarixli 4 №-li qərarına əsasən ünvan 3 №-li (keçmiş 26 ünvan 2 ünvanda 500 kv.m torpaq sahəsi yaşayış evi tikdirməsi üçün ayrılaraq verilmişdir. Həmin toıpaq sahəsi Bərdə rayon XDSİ İcraiyyə Komitəsinin sədr müavini, mənzil-məişət komissiyasının sədri Vahid Məmmədov və Komissiyanın 11 nəfər üzvünün iştirakı ilə 04 mart 1989-cu ildə yerində tanıdılmaqla Cavabdeh1 təhkim olunmuş və bu barədə həmin komissiyanın üzvləri tərəfindən 04 mart 1989-cu il tarixli Təhkim Aktı tərtib edilmiş, sözügedən Aktın Bərdə Rayon XDS İcraiyyə Komitəsinin möhürü ilə təsdiq edilmiş əsli Cavabdeh1 verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsini xx.xx.2002-ci ildə qeyri-rəsmi qaydada qohumu X13 800 ABŞ dollarına satmışdır, bu zaman torpağın onun olmasını təsdiq edən 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də ona vermişdir. X22 isə həmin torpaq sahəsini qeyri-rəsmi qaydada 2003-cü ildə bacısı X12 800 ABŞ dollarına satmış, bu zaman 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də ona vermişdir. X20 isə həmin torpaq sahəsini qeyri-rəsmi qaydada 2005-ci ildə ona və rəsmi nikah münasibətində olduğu həyat yoldaşı Cavabdeh2 bacısı olan X4 800 ABŞ dollarına satmış, bu zaman 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də onlara vermişdir. Təhkim Aktının əsli indiyədək də ondadır , onu heç vaxt Cavabdeh1, Cavabdeh2 və ya başqa şəxsə verməmişdir. Bundan başqa həmin torpaq sahəsini 2005-ci ildə bacısı Südabə Rüstəmovadan alarkən onun üzərində hər hansı bir tikili olmamış, kənarları hasarlanmamış vəziyyətdə olmaqla torpaq tamamilə boş olmuşdur. 2005-ci ildə bu torpağı aldıqdan sonra əvvəlcə onun kənarlarına hasar çəkmiş, daha sonra isə bir neçə ay ərzində həmin torpaq sahəsində iki otaqdan, dəhliz və mətbəxdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evi tikdirərək 2006-cı ildən etibarən həyat yoldaşı və yeganə övladı ilə birlikdə həmin evdə daimi yaşamışlar, lakin torpağın və onun üzərində tikdirdiyi evin onun yaxud həyat yoldaşının adına rəsmiləşdirilməsinə heç vaxt tələsməmiş, fikirləşmişdir ki, torpağı bacısından almışdır və torpağın yeganə sənədi olan Təhkim Aktının əsli də onlardadır. Torpağın və onun üzərindəki evin onlara məxsus olmasını heç kim mübahisələndirmir, evdə yaşayırlar, nə vaxt olsa sənədləşdirər, yəni sənədləşdirməsinə etinasız yanaşmışlar. 2015-ci ildən isə həyat yoldaşı Gültəkin Şirinova sağalmaz xəstəliyə tutulmuş və xx.xx.2017-ci ildə vəfat etmişdir. Odur ki, onun xəstəliyi, daha sonra isə vəfatı ilə əlaqədar başlarının qarışıq olması, həmçinin maddi çətinliklər səbəbindən torpağın və evin adlarına sənədləşdirilməsini etməmişlər. 26 may 2021-ci il tarixdə həyat yoldaşı X10 xərçəng xəstəliyindən vəfat etdikdən sonra onun başının qarışıq olmasından istifadə edən qaynı Cavabdeh2 digər Cavabdeh1 həmçinin Bərdə Regional "ASAN" Xidmət Mərkəzində Notariat ofisinin böyük mütəxəssisi X14, həmin ofisin xüsusi notariusu X3, Bərdə RİH Başçısının Bərdə şəhəri üzrə nümayəndəsinin müavini Əli Başxəliyev və DƏDR-nin 7 saylı Bərdə Ərazi idarəsinin vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girərək saxta sənədlər tərtib etməklə gizlin surətdə öz adına rəsmiləşdirmişdir. O cümlədən əvvəlcə həmin torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazisi İdarəsində xx.xx.2017-ci il tarixdə **********21 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan dövlət reyesterindən çıxarışla Cavabdeh1 xüsusi mülkiyyəti olmasına dair reyestr çıxarışı əldə etmişlər. Bundan sonra Cavabdeh2 Cavabdeh1 ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,047 ha olan torpaq sahəsini onun tam hüquqlu mülkiyyətçisi Cavabdeh1 xx.xx.2017-ci il tarixli, AN-1 № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə 10000 (on min) manata almasına dair notariat təsdiqli alqı-satqı müqaviləsi bağlamışlar. Daha sonra isə Cavabdeh2 Bərdə şəhəri M.Hüseynzadə küçəsi ünvanında yerləşən 2 otaq və mətbəxdən ibarət olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququna dair öz adına olan xx.xx.2017-ci il tarixli ******* nömrə ilə qeydə alınmış Reyestrdən Çıxarışı və həmin evə dair adına olan **********21-10301 nömrə ilə qeydə alınmış texniki pasportu əldə etmişdir. Cavabdeh1 həyat yoldaşı X2 Regional “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusu Tamaşa Atakişiyevaya verdiyi xx.xx.2017-ci il tarixli ərizəsində bildirmişdir ki, “Əri Cavabdeh1 məxsus olan və Bərdə şəhəri Mehdi Hüseynzadə küçəsi, 74 canında yerləşən 0,047 ha torpaq sahəsinin özəlləşdirilməsinə, satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına və həmçinin sair qaydada üzərində sərəncam verməsinə etiraz etmir.” Bu ərizə sübut edir ki, Cavabdeh1 torpağı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmasından güya xəbərsiz olması və 1000 manat pulu almaması barədə bildirdikləri yalandır və o həyat yoldaşının notariusa getməyindən və notariusa getməsindən və notariusa həmin ərizəni verməsindən xəbərsiz ola bilməzdi. Sözügedən fərdi yaşayış evinin onun tərəfindən tikilməsi səbəbindən onun dəyəri olan 28000 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi üçün onlara qarşı Bərdə rayon məhkəməsində “pul tələbinə dair” iddia qaldırsa da Bərdə rayon məhkəməsi (hakim Qamət Əbilov) 18 mart 2021-ci il tarixli, 2(021)- 117/2021 nömrəli qətnaməsi ilə onun iddia tələbini təmin etməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayətini Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası qismən təmin edərək Bərdə rayon məhkəməsinin 2(021)-117/2021 saylı mülki iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh2 qarşı irəli sürdüyü 28000 manat məbləğində pul tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ləğv edilmiş həmin hissədə yeni qətnamə qəbul edilməsi və həmin iddianın təmin olunması, Cavabdeh2 28000 (iyirmi səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2(102)- 2562/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-2753/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də hazırda ünvan 3 ünvanında yerləşən 05 ha (500 kv.m) torpaq sahəsinin dəyəri olan 12000 məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsinə dair məhkəmə qətnaməsinə zərurət vardır. Məhkəmə iclasında İddiaçı iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı izahat verərək mübahisəli torpaq sahəsinin ona məxsus olmasına baxmayaraq cavabdehlərin qanunsuz olaraq torpaq sahəsini satdıqlarını, sübutlarını məhkəməyə təqdim etdiyini və əlavə sübutunun olmadığını bildirirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961ci ildə Tərtər rayonunda anadan olmuş, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli, 460 nömrəliarayışdan görünür ki, İddiaçı hal-hazırda qızı X15 iə birlikdə Bərdə rayonu Qazaxlar kəndində bacısı X16 himayəsində yaşayır. Bərdə Rayon XDS İcrayə Komitəsinin 30 noyabr 1988-ci il tarixli qərarı ilə yaradılmış Komissiya tərəfindən verilmiş 04 mart 1989-cu il tarixli təhkim aktının surətindən görünür ki, Cavabdeh1 Bərdə şəhəri 26 Bakı Komissarı küçəs 8-ci paralel 74 ünvanında fərdi yaşayış evi tikmək üçün 500 kv.metr torpaq sahəsi ayrılmışdır. 15 sentyabr 2017-ci il tarixli, AN-İ0642451 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüqqu əsasında ona məxsus olan ünvan 5 ünvannda yerləşən 0,047 ha torpaq shəsini Cavabdeh2 10.000 manata satmışdır. Bərdə rayon Məhkəməsinin18 mart 2021-ci il tarixli, 2(021) 117/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 və üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə və Bərdə rayon “ASAN-xidmət” Mərkəzində notariat konturuna qarşı 15 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” dair iddia tələbi təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(104) 2753 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin18 mart 2021-ci il tarixli, 2(021) 117/2021 nömrəli qətnaməsiİddiaçı Cavabdeh2 qarşı irəli sürdüyü 28000 manat məbləğində pul tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh2 28000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğ alınaraq İddiaçı Əi oğluna ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(102) 2562/2022 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh2 kasassiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(104) 2753 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi polis baş leytenantı X11 14 may 2020-ci il tarixli cinayət işinin başlanması haqqında rədd qərarından görünür ki, İddiaçı oğulunun Cavabdeh2 dələduzluq yolu ilə hazırda yaşadığı ünvan 5 ünvanında yerləşən evini ələ keçirməsi barədə şikayəti əsasında toplanmış HK-1/723 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “X19” MMC tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin bazar dəyəri 13000 manat, likvid dəyəri isə 12000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək ünvan 1 ünvanında yerləşən 0,05(500 kv. metr) torpaq sahəsinin hazırkı real likvid dəyəri olan 12000 manat pulun və iddia ərizəsinin baxılması üçün ödədiyi 126 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun cavabdehlərə vermiş olduğunun sübut edilməsidir. Göründüyü kimi, iddiаçı İddiaçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da görünür ki, iddiaçı həmin torpağı 2005-ci ildə bacısı X7 800 ABŞ dolları verməklə almışdır, sonradan əgər cavabdehlər və ya üçüncü şəxslərin saxtakarlıq edərək torpağı ələ keçirməsini bildirsə də bu haqda hüquq-mühafizə orqanlarına müraciət etməmiş və ya göstərilən halla bağlı cinayət işinin mövcud olmasına dair materiallar iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki işdə iddiaçı ilə cavabdehlər arasında hər hansı alqı-satqı münasibəti mövcud olmadığından və iddiaçı cavabdehlərə pul verməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən cavabdehlərdən pul tələb etməkdə haqlı deyil. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, yalnız iddiaçının şifahi bildirdiyi formal mülahizələr əsasında iddianın hər hansı hissədə sübut edilməsi mümkün olmadığından iddia tələbi təmin edilməməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul tələbinə dаir” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-369/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-369/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver