Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-37/2025 04.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə İddiаçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qаrşı “kredit borcu ” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı "xxxx" KB ASC Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehdən "xxxx" KB ASC-nin xeyrinə 589.4 AZN əsas, 123,62 AZN faiz, 32,21 AZN cərimə 0 AZN komisyon haqqı borcu olmaqla cəmi 745,23 AZN borcun 0, 40 Azn xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabeh Cavabdeh vəfat etmişdir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş, Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli AZ-İİ 201146 nömrəli arayışdan görünür ki, Cavabdeh 29 avqust 2021-ci il tarixdə ölmüş, bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsində 15 sentyabr 2021-ci il tarixdə 1577 nömrə ilə akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Azərbaycan Respublikasının MPM-in 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının MPM-in 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən görünür ki, yalnız iş məhkəməyə verildikdən sonra mülki iş üzrə tərəf sıradan çıxdıqda və işdə olan hüquq münasibətləri hüquq varisliyinə yol verərsə prosessual hüquq varisliyinə yol verilir. Hazırkı mülki iş materiallarından görünür ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi 04 avqust 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə Cavabdeh isə iddia ərizəsi icraata qəbul edilməmişdən əvvəl, yəni 29 avqust 2021ci ildə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir və cavabdeh iddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl vəfat ediyindən cavabdeh qismində ona qarşı tələb irəli sürülə bilməzdi və hazırkı işdə prosessual hüquq varisliyinin həyata keçirilməsi mümkün deyildir. Odur ki, mülki işin icraatına xitam verilməlidir. MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qаrşı “kredit borcu ” tələbinə dаir mülki işə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-37/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-37/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver