Məhkəmə qərarları › İş №2(021)-370/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-370/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-370/2024 06.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Unibank KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4993.7 manat əsas borc, 285.85 manat faiz borcu, 9.69 manat cərimə olmaqla, cəmi 5289.24 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 72.9 manat vəsaitin tutularaq Unibank KB ASC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı Unibank KB ASC tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, iddiaçı və cavabdeh arasında müvafiq razılıq əldə edilmiş, cavabdeh borcunu tam olaraq ödəmişdir. Buna görə də iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259, 260, 263- 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı Unibank KB ASC tərəfindən ödənilmiş dövlət rüsumu 72.90 manat geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar