Məhkəmə qərarları › İş №2(021)-373/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-373/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-373/2021 02.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə dostları olan Cavabdeh2 Rusiya Federasiyasında işləyən oğlu Cavabdeh1 pul lazım olduğunu bildirərək ondan borc pul istəmişdir. O, Cavabdeh2 12.08.2014-cü ildə 3000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh ona tez bir zamanda borcunu geri qaytaracağını bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borcu geri qaytarmamışlar. O, təkid etdikdən sonra Cavabdeh1 ona bank vasitəsilə 999 ABŞ dolları göndərmişdir. Qalan 2000 ABŞ dolları borcu bu günə qədər qaytarmamışdırlar. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərk, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştrakə olmadan baxılaraq idida tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 İddiaçı 3000 ABŞ dolları borc aldığını həmin puldan kurs 0,78 olan vaxt 1700 manat geri qaytardığını, qalan borcu da qaytaracağını bildirdi. Həmçinin bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tərəflərini işdə iştirak edən şəxsin dinləyib, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Ermənistan, Masisdə anadan olmuşdur. Bakı şəhər Nizami rayon Nəsimi küçəsi ev 30 mənzil 7 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, Abbasov X2 Federasiyasından İddiaçı adına 999 USD pul göndərmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 ərizəsindən görünür ki, Cavabdeh2 İddiaçı 3000 ABŞ dolları aldığını etiraf etmiş, həmin borcdan 1700 manat qaytardığını bildirmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı cavabdehə 3000 ABŞ dolları pul vermiş, həmin borcdan 1700 manat kurs 0,78 olan vaxt qaytarmışdır. İddiaçı isə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılması barədə ərizə göndərmişdir. Həmçinin digər Cavabdeh1 pulun verilməsi müəyyən olunmadı. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 oğlu öz etirafında iddiaçıdan 3000 ABŞ dolları aldığını, həmin borcdan 1700 manatını kurs 0,78 olan vaxt qaytardığını və iddiaçının məhkəmə iclasında onun iştirakı olmadan baxılması barədə ərizəsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi qismən təmin olunmalı, 834 ABŞ dolları tutularaq qətnamənin icra olunduğu vaxt Azərbaycan manatı məzənnəsinə uyğun iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin digər Cavabdeh1 pulun verilməsi müəyyən olunmadığından ondan pulu tutulmaması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2 -ci maddəsinə əsasən iddia tələb qisməni təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manatdan 8 manat 40 pəpik Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh2 834 ABŞ dolları qətnamə icra olunan vaxt Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatı məzənnəsinə uyğun olaraq alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş 30 manat dövlət rüsumundan 8 manat 40 qəpik cavabdeh Cavabdeh2 oğlundan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar