Məhkəmə qərarları › İş №2(021)-3736/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3736/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3736/2023 21.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavbdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 aprel 2022-ci il tarixli borc müqaviləsi əsasında alıb qaytarmadığı 26500 manat məbləğində əsas borcun, həmin məbləğə bu illər ərzində hesablanmış bank faiz dərəcələri əlavə edilməklə və ödənilmiş 170 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 2022- ci il aprel ayında problemlərinin həll edilməsi adı ilə onun etibarından sui-istifadə edərək ondan ümumilikdə-26500 (iyirmi altı min beş yüz) manat borc almışdır. Bu münasibətləri 12 aprel 2022-ci il tarixli kredit müqaviləsi ilə notariat kontorunda təsdiqlənmişdir. Borcun qaytarılması müddəti 2024-cü ilin aprel ayına kimi müəyyən olunmasına baxmayaraq, bu günə kimi bir manat olsun belə borcundan qaytarmamışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq, o, müxtəlif bəhanələr gətirərək buna əhəmiyyət verməmiş və ödəniş etməkdən yayınmışdır. Belə qənaətə gəlir ki, o, pulunu qaytarmaq niyətində deyildir. Hesab edir ki, pul vəsaitinin qaytarılması risk altındadır. Ona görə də müqavilə müddətinin bitməsini gözləmədən pulunun qaytarılmasını məhkəmə qaydasına tələb etmək məcburiyyətindədir. Cavabdeh X5 ona məxsus pul vəsaitini qaytarmamaqla ona külli miqdarda ziyan vurmuşdur. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Miilki Məcəlləsinin 448-ci maddəsinə əsasən onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütiin hallar üçün məhsuliyyət daşıyır. Həmin Məcəlləsinin 449-cn maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla omın ödənilməsini digər şərtlərlə gecikdirməklə və ya başqa şəxsin vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan xırdalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Fazilərin miqdarı pul öhdəliyini və onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbinin qərarının çıxarıldığı gün bank faizinin uçot dərəcəsini əsas 2022-ci il tarixli borc müqaviləsi əsasında alıb qaytarmadığı 26500 (iyirmi altı min beş yüz) manat pul vəsaitinin üzərinə əlavə olaraq bank faiz dərəcələri və ödənilmiş dövlət rüsumu da əlavə edilməklə, alınıb ona qayatrılmalıdır. Daha sonra iddiaçı iddia tələbinə dair dəqiqləmə verərək 12 aprel 2022-ci il tarixli borc müqaviləsi əsasında alıb qaytarmadığı 26500 manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsini xahiş etmşdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçıdan cəmi 26500 manat borc pul almışdır. Həmin borc pulu qaytarmağa etiraz etmir. İddiaçının atası ona borc pulu oğlu vasitəsilə verib, o da ev alıb. Atası onu işdən çıxardan kimi o, da evi satıb, pulu xərcləyib. Həmin pulu iddiaçınıpn atasına nə vaxtsa qaytaracaq. O, iddiaçının atasının sürücüsü olub. İddiaçının pulu olmayıb, atasının pulunu atasının tapşırığı ilə ona borc verib. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1995-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından surətindən görünür ki, Cavabdeh xx xxxxxxx 1960-cı ilə doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş 12 aprel 2022-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, həmin kredit müqaviləsi İddiaçı və X5 arasında bağlanmış, X1 Fərhad Fariz oğlundan 12 aprel 2024-cü il tarixədək qaytarmaq şərti ilə 26500 manat borc pul almışdır. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 170 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı cavbdeh Cavabdeh qarşı “pul” tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında yazılı borc müqaviləsi bağlanılmış, hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Cavbdeh Cavabdeh məhkəmə iclasında İddiaçı 26500 manat borclu olduğunu etiraf etmiş, lakin borcu iddiaçının atasına verəcəyini bildirmişdir. Məhkəmə xüsusi olaraq vurğulamaq istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, cavabdeh X3 İddiaçı xeyrinə 26500 manat məbləğində pul tutulmalıdır. Belə ki, cavabdeh 26500 manat pulu iddiaçıdan borc almasını və qaytarmamasını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi təmin edildiyindən 170 manat məbləğində dövlət rüsumu cavabdehdən tutlaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 26500 manat (iyirmi altı min beş yüz) və ödənilmiş 170 (yüz yetmiş) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar