Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-374/2021 07.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qızının və vəkili X1, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun vəkili X3 iştirakları ilə, İddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızının , İddiaçı2 və İddiaçı3 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair ilk, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızına , İddiaçı2 və İddiaçı3 qarşı “pul” tələbinə dair qarşılıqılı iddiası üzə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı, İddiaçı2 və İddiaçı3 Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 34.350 manat və ödənilmiş 30 manat dövlət rüsumunun ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. İddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh oğlu ilə normal münasibətləri olmuşdur. 2020-ci ilin əvvəllərində Cavabdeh onlara bildirmişdir ki, Bərdə rayon Polis Şöbəsinin əməliyyat Bölməsinə rəis vəzifəsinə keçir və ona külli miqdarda pul lazımdır. Bu səbəbdən də İddiaçı1 qızından 03.04.2020-ci ildə 30 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat , İddiaçı2 6800 manat, İddiaçı3 2200 manat borc pul almışdır. Bu barədə özü iltizam da yazmışdır. Həmin pulları cavabeh Cavabdeh oğluna verərəkən Bəhruz Muradov şahid kimi onların yanında olmuşdur. Həmçinin qeyd etmişdirlər ki, Cavabdeh Bərdə rayon Polis Şöbəsində əvvəllər əməliyyatçı işləmişdir. O, götürdüyü pulların müqabilində özünə məxsus maaş kartını girov qoymuşdur ki, hər ay 10000 manat maaş alır, onun maaş kartından pul götürərək borcundan çıxılsın və yaxın vaxtlarda əməliyyat bölməsinin rəisi vəzifəsinə keçəcək, bundan sonra maaşı artaraq 1500 manat olacaq və pulunu daha tez qaytaracaq. Əmək haqqı kartını verdikdən sonra onlara məlum olmuşdur ki, onun maaşı 1000 manat deyil, 930 manatdır. Həmi kartdan 5 ay müddətində aylıq 930 manat pul çıxardıqdan sonra 2020-ci lin sentyabr ayında kart bağlanmışdır. Bu barədə maraqlandıqda onlara məlum olmuşdur ki, cavabdeh işdən çıxarılmışdır. Ümumilikdə Hafizə 39000 manat vermişlər və kartından 4650 manat pul almışlar. Beləliklə Cavabdeh onlara cəmi 34350 manat məbləğində pullarını mənimsəyərək ödəməmişdir. Bu barədə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızı, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərərk, Cavabdeh oğlundan 30000 manat İddiaçı1 qızının xeyrinə, 2150 manat İddiaçı2 xeyrinə və 2200 manat İddiaçı3 xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlu İddiaçı1 qızına, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinni rəd olunmasına, cavabdehlərdən 16150 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlu qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 qızı, qardaşı İddiaçı3 və tanımadığın İddiaçı2 qeyri-qanuni bank fəaliyyəti ilə məşğuldurlar. Belə ki, sələm verirlər. O, 2016-cı ilin 6-cı ayından Asəfdən 8000 manat sələmə pul götürmüşdür, sonra 2018-ci ilin dekabr ayından Asifdən kartı alıb bacısı Almaza vermişdir. Almazdan hissə-hissə 16500 manat pul götürmüşdür. 2020-ci ilin sentyabr ayına kimi kartı Almaz da olmuşdur. Asifdə kart olan vaxtı 680 manat olub, sonra artaraq 732 manat, daha sonra 938 manat olmuşdur. Həmin illərin məzuniyyətini və digər əlavə əmək haqqısına əlavə əlavə edilən pulların hamısını cavabdehlər Almaz və Asif kartdan çıxarıblar. Cəmi 51 ay əmək haqqısını almışdırlar. Cavabdehlərin ona verdikləri məbləğ 24500 manat pul olmuş, onlara isə əmək haqqında 45000 manat pul ödəmişdir. 2 dəfə isə 25000 bir, 3000 manat da bir Asifə ödəmişdir. Ümumilikdə cəmi 50.500 manat pul vermişdir. Hazırda onlardan 16150 manat pulunu tələb edir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qızı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qızının vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun vəkili X5 qarşılıqlı iddia tələbini müdafiə edərək , qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1971-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayon Böyük Göyüşlü kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aslanov Asif Nəbi oğlu xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Mənzil Təmir İstismamr Sahəsi tərəfindən verilmiş 05.11.2020-ci il tarixli 245 saylı Arayışdan görünür ki, Aslanov X10 şəhər Ü.Hacıbəyov küçəsi 43/6 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 05.11.2020-ci il tarixli 243 saylı Arayışdan görünür ki, İddiaçı1 ünvan 3 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Mənzil Təmir İstismamr Sahəsi tərəfindən verilmiş 05.11.2020-ci il tarixli 245 saylı Arayışdan görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş 03.04.2020-ci il tarixli Qəbzdən görünür ki, Ağayev X2 Almaz Nəbi qızından 30000 manat pul aldığını həmin pulu 30 ay müddətində qaytaracağına söz vermişdir. Həmçinin əmək haqqı kartını da İddiaçı1 vermişdir. Mülki işə əlavə olunmuş İddiaçı1 qızının, İddiaçı2 və İddiaçı3 müraciəti əsasında toplanmış materialdan müəyyən olunur ki, İddiaçı1 qızı, İddiaçı2 və İddiaçı3 Cavabdeh oğlunun onlara 39000 manat borcunun olması ilə bağlı müraciət etmişlər, lakin mülki xarakterli olduğundan cinayət işinin başlanması haqqında qərar qəbul olunmuş və şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmələrri məsləhət görülmüşdür. Mülki iş materiallarına əlavə edilmiş və Bərdə rayon Polis şöbəsində alınmış cinayət işinin rədd olunması barədə qərardan görünür ki, iddiaçılardan İddiaçı1 Cavabdeh maaş kartından istifadə edərək 4650 manat pul götürdüyünü bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qızından 30000 manat məbləğində borc pul almış, əvəzində əmək haqqı kartını verərək 30 ay müddətində həmin pulu qaytaracağını öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş, borcundan cəmi 4650 manat ödəmişdir. Digər iddiaçıların isə pul verməyi müəyyən olunmadı. Həmçinin H.Ağaevində pul verməyi müəyyən olunmadı. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MM-nin 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qarşılıqılı iddia tələbinə münasibətdə isə hesab edir ki, təmin oluna bilməz. Belə ki, iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızının, İddiaçı2 və İddiaçı3 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğluna 16150 manat borcu olması sübut olunmur. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızının , İddiaçı2 və İddiaçı3 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair ilk iddia qismən təmin olunsun. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlundan cəmi 25350 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qızına verilsin. İlk iddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 qızına , İddiaçı2 və İddiaçı3 qarşı “pul” tələbinə dair qarşılıqılı iddia təmin olunmasın . Ödənilmiş dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğluna aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-374/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-374/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver