Məhkəmə qərarları › İş №2(021)-3769/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3769/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3769/2023 20.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1, İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı və ya “X3 Kompleksi” MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Ziyanın ödənilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı “X3 Kompleksi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 491182,83 (dörd yüz doxsan bir min bir yüz səksən iki manat 83 qəpik) manat zərərin əvəzinin, 1348,49 (bir min üç yüz qırx səkkiz manat 49 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “X3 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini və ya mülki işə baxılarkən mübahisə predmetindən irəli gələn cavabdehin əməllərində cinayət əlamətləri aşkar edilərsə bu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iş üzrə Cavabdeh Yevlax şəhəri Kür küçəsi mənzil 21-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehin rəsmi qeydiyyatda olduğu Yevlax Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. MPM-in: 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən iddiaçı “X3 Kompleksi” MMC-nin “Ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, 08 avqust 2023-cü il tarixli **********34 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 1348,49 (bir min üç yüz qırx səkkiz manat 49 qəpik) manat dövlət rüsumu iddiaçı “X3 Kompleksi” MMC-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. 08 avqust 2023-cü il tarixli **********34 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 1348,49 (bir min üç yüz qırx səkkiz manat 49 qəpik) manat dövlət rüsumu iddiaçı “X3 Kompleksi” MMC-nə qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar