Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-377/2022 22.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 6876,69 manat əsas, 641,87 manat faiz, 9,13 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7527,69 manat borcun və 95,28 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2 ğlunun və digər şəxslərin Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi уaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2019-cu il 04 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 24%lə 48 ay müddətinə 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi 2019-cu il 04 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2019-cu il 04 sentyabr tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2019-cu il 04 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanır və borcludan tələb edir. 2021-ci il noyabrın 05-dək Cavabdeh1 2019-cu il 04 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 6876,69 manat əsas, 641,87 manat faiz, 18,26 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7536,82 manat borcu vardır. Cavabdeh1 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 18,26 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 9,13 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-377/2022 nömrəli mülki iş üzrə 17 iyul 2019-cu il qeydiyyat tarxli çıxarışla Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Rəsul Rza küçəsi 37-də yerləşən, ümumi sahəsi 108,40 kv.m olan fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinin likvid qiymətinin müəyyənləşdirilməsi üçün mütəxəssis rəyi alınması, mütəxəssis rəyi alınanadək icraatın dayandırılması qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 144 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə şəhəri, R.Rza küçəsi 37-də yerləşən 0,05 ha torpaq sahəsinin bazar satış qiyməti 10000 (on min) manat, likvid qiyməti 6000 (altı min) manat, 1 mərtəbəli, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin bazar satış qiyməti 45000 (qırx beş min) manat, likvid qiyməti 40000 (qırx min) manat dəyərləndirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən bankın nümayəndəsinin məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyindən, işə nümayəndənin iştirakı olmadan baxıb, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında İddiaçı ASC-dən 48 ay müddətinə, illik 24%-lə 10 000 manat məbləğində kredit götürmüşdür. Müqavilənin təminatı olaraq Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun bir hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu ödəyə bilməmişdir. Kredit borcunu birdəfəyə ödəməyə imkanının olmadığını qeyd edərək iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 sentyabr 2019-cu il tarixli 12-Z1G1-1-0-833-19 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 24% dərəcəsi ilə, istehlak məqsədləri üçün, 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04 sentyabr 2019-cu il tarixli 12-Z1G1-1-0-833-19 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, bu Müqavilənin predmeti 04 sentyabr 2019cu il tarixli 12-Z1G1-1-0-833-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan 12-Z1G1-1-0-833-19 saylı 04 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsi surətindən müəyyən olunur ki, ipoteka saxlayanla Borclu arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 12-Z1G1-1-0-833-19 saylı əsas kredit müqaviləsinə əsasən 10 000 (on min) manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. -İpotekaya verilən əmlakın təsviri: -Bərdə şəhəri, Rəsul Rza küçəsi 37 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 108.40 kv.m olan Cavabdeh3 məxsus fərdi yaşayış evinin ipotekası. -Texniki 0.05 ha torpaq sahəsində yerləşən 108.4 kv.m ümumi, 43.2 kv m yaşayış sahəsindən, 3 otaqlı fərdi yaşayış evindən və 0.05 ha torpaq sahəsindən tam mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən "17" iyul 2019-cu il Çıxarışla təsdiq edilir. -Kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 45.000 (qırx beş min) AZN dəyərində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. -İpoteka qoyan bəyan edir ki, bu müqavilənin 2.1-ci bəndində göstərilən ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud deyil. -İpoteka saxlayanın ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına da şamil edilir. -İpoteka saxlayanın ipoteka hüququ yarananadək həmin torpaq sahəsinin üzərində tikinti olmadıqda ipoteka qoyan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 17 iyul 2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Rəsul Rza küçəsi 37-də, 0,05 ha torpaq sahəsində yerləşən 108,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 06 sentyabr 2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 məxsus, Bərdə şəhəri, Rəsul Rza küçəsi 37 bdə, 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 0,05 ha torpaq sahəsi ilə birlikdə 04 sentyabr 2019-cu il tarixli 12-Z1G1-1-0-833-19 nömrəli kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 60 ayadək ipotekaya vermişdir. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 12-Z1G1-1-0-833-19 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 05 noyabr 2021-ci il tarixə 6876,69 manat əsas, 641,87 manat faiz, 18,26 manat cərimə, cəmi 7536,82 manat borcu vardır. İş materiallarında olan 25 oktyabr 2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh3 məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən müəyyən olunur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, borclu məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 95,28 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 10000 manat məbləğində kredit götürmüş, kredit borcunun bir hissəsini ödəsə də 6876,69 manat əsas, 641,87 manat faiz və 9,13 manat cərimə borcu olmaqla cəmi 7527,69 manat kredit borcu qalmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında cərimə borcu 18,26 manat qeyd edilsə də iddiaçı iddia ərizəsində 9,13 manat məbləğində cərimə borcu tələb etdiyindən cərimə borcu iddia ərizəsinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 04 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6876,69 manat əsas, 641,87 manat faiz və 9,13 manat cərimə borcu olmaqla cəmi 7527,69 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 04 sentyabr 2019-cu il tarixə 12-Z1G1-1-0-833-19 saylı nömrəli kredit müqaviləsi üzrə 6876,69 manat məbləğində əsas, 641,87 manat məbləğində faiz borcu, 9,13 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 7527,69 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor İddiaçı ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 10 000 manat məbləğində kredit alması və həmin kredit üzrə 6876,69 manat məbləğində əsas, 641,87 manat məbləğində faiz borcu, 9,13 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 7527,69 manat məbləğində kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borcu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. “İpoteka haqqında” Qanunun ipoteka predmeti olan yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi adlanan 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki; 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici “İpoteka Haqqında” Qanunun 59.3 və 59.3.1-ci maddələrinə istinadən hesab etmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 04 sentyabr 2019-cu il tarixli 12-Z1G1-1-0-833-19 nömrəli kredit müqaviləsi üzrə 6876,69 manat məbləğində əsas, 641,87 manat məbləğində faiz borcu, 9,13 manat cərimə borcu olmaqla ümumilikdə 7527,69 manat borcunun tutulması, bu borcun ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan, ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılmalı, əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh3 ipoteka qoyulmuş ev ipotekaya yönəldikdən və satıldıqdan sonra evi tərk etməyi öhdəsinə götürdüyündən tutma ipoteka qoyulmuş Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilərək satıldıqdan sonra bir ay müddətinə yaşadığı həmin evdən çıxarılmalıdır. İddiaçının Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi уaşayış evinin boşaldılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ünvan 3 ünvanda yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsi ipoteka müqaviləsinin predmeti olmadığından, həmçinin Cavabdeh2 üzərinə belə bir öhdəlik götürmədiyindən, iddiaçı tərəf Cavabdeh2 üzərinə belə bir öhdəlik götürməsi barədə məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, həmçinin iddia ərizəsində qeyd edilən digər şəxslərin kimlərdən ibarət olması və üzərlərinə öhdəlik götürmələri barədə sübular məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.2-ci maddəsində də qeyd edilmişdir ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə iddia tələbinin əmlakın satışından əldə olunmuş vəsait banka olan borcunun qaytarılmasına kifayət etmədikdə qalıq məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulmasına dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Çünki qeyd olunan tələb məhkəmə qərarlarının icrası qaydasında həll edilən məsələdir. Əgər yaşayış evilərnin satışından əldə edilən məbləğ hazırkı tələb üzrə borcun ödənilməsinə kifayət etmədiyi halda borclunun konkret olaraq hansı əmlaklarının mövcud olması müəyyən edilməli, sonra isə icra şöbəsinin təqdimatı əsasında bu əmlak üzərinə həbs qoyulmaqla hərracda satılması yolu ilə qalan borcun ödənilməsi təmin edilməlidir. 12-Z1G1-1-0-833-19 saylı 04 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsində Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin dəyəri 45000 manat qeyd edilsə də "xxxx" MMC-nin 28 iyul 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bərdə şəhəri, Rəsul Rza küçəsində, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixdə likvid qiyməti 40 000 (qırx min) manat olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin dəyəri mütəxəssis rəyinə uyğun qaydada, yəni 40 000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 95,28 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6876,69 (altı min səkkiz yüz yetmiş altı manat altmış doqquz qəpik) manat məbləğində əsas, 641,87 (altı yüz qırx bir manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu, 9,13 (doqquz manat on üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 7527,69 (yeddi min beş yüz iyirmi yeddi manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 95,28 (doxsan beş manat iyirmi səkkiz qəpik) dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borcun ödənilməsi ipoteka qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılsın. ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borc ödənilsin. ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra Cavabdeh3 həmin yaşayış evi üzərində istifadə hüququ itirilməklə evdən çıxarılsın. ünvan 2 ünvanda, 0,05 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 108.40 kv.m ümumi, 43.2 kv.m yaşayış sahədən ibarət fərdi yaşayış evinin ilik dəyəri 40000 (qırx min) manat müəyyən edilsin. Mütəxəssis tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Kapital Bank ASC Mingəçevir şəhər filialı, Filialın kodu: 200297, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Benefisiarın hesabı: AZ51AİİB400800C**********129, VÖEN: ********** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-377/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-377/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver