Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-381/2025 10.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi X1 iclas katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6789,79 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 4780 manat "xxxx"dan 48 ay müddətinə kredit götürmüş, 2794.79 manat faiz ödəmişdir. Həmin pulu götürüb cavabdeh olan oğlunun qaynanasına vermiş, o da 5 ay 157 manatdan pul ödəmişdir, ümumilikdə ödədiyi pul 785 manat olmuşdur. Sonradan cavabdeh ödəniş etməmiş və onun pensiyasından tutulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun oğlunun qaynanasıdır. O, "xxxx" ASC-dən öz adına 4780 manat kredit götürüb cavabdehə vermişdir. Cavabdeh həmin kredit borcundan 785 manat pul ödəmiş, lakin sonra heç bir kredit ödənişi etməmişdir. Bundan sonra ödəniş həmin kredit onun adına olduğu üçün, hər ay onun təqaüdündən çıxılmışdır. Hazırda cavabdehin ona 6789.79 manat borcu var və həmin borcun ona qaytarılmasını ondan tələb edir. Həmçinin bildirdi ki, cavabdehin dedikləri yalandır, iki dəfə kredit götürüb ona vermişdir. Bir dəfə cavabdehin oğluna görə və qızıllardan ötəri ikisində də kredit götürmüşür. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X4 bildirdi ki, iddiaçı cavabdehə 1500 manat pul vermiş, 1200 manatın borc kimi, 300 manatını isə pay vermişdir. Cavabdeh aldığı 1500 pulu da cavabdehə ödəmişdir. Lakin həmin borcun qaytarılmasına dair əlində hər hansı sübut yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı öz adına kredit götürüb 2018-ci ilin oktyabr ayının axrı oğlunun işinə görə 1500 manat pul vermişdir. Həmin pulun 1200 manatın qaytarmasını, 300 manatını isə pay verdiyini bildirmişdir. Qızına aliment kəsiləndən sonra iddiaçı ona qarşı iddia qaldırmışdır. Həmçinin iddiaçının təqdim etdiyi video diskdəki səs yazısına münasibədə isə bildirdi ki, səs yazılarındakı səs onun oğlu və qızına məxsusdur, lakin onlar söhbətin mahiyyəti barədə məlumatlı olmamışdırlar, hansı borcdan danışıldığını bilmirlər. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA 012458 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçın məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 137GTKR0084509AA nömrəli Kredit Müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 27,34% dərəcəsi ilə 2550 manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli № GTKR2542799A137 nömrəli Kredit Müqaviləsinə Əlavədən (Ödəniş cədvəli) görünür ki, "xxxx" ASC İddiaçı 48 ay müddətinə illik 24,71% dərəcəsi ilə 4780 manat kredit verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarına baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin oğlu və qızına analarının borcunun olmasını və borcun nə vaxt qaytarılmasını soruşur. Lakin cavabdehin oğlu və qızı anasının konkret olaraq nə qədər borcu olmasını etiraf etmirlər, sadəcə analarına bu barədə məlumat verəcəklərini bildirirlər. İddiaçı özü də borcun nə qədər olmasını bildirmir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər səs yazısında cavabdehin iddiaçının həyat yoldaşı kimi bildirdiyi Kərim adlı şəxslə telefon danışığı zamanı həyat yoldaşının ona 4800 manat borcu olmasını bildirir. Cavabdeh pulu alarkən həyat yoldaşının bundan xəbəri olmadığını, gizli aldığını deyir. Kərim adlı şəxs cavabdehin imkanı olmadığına görə borcu verə bilmədiyini bildirsə də həmin məbləğdə borcun olmasını etiraf etmir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı 6789,79 manat borc tələb etsə də, cavabdeh yalnız həmin borcun 1500 manatını etiraf etmişdir. Həmçinin cavabdeh 1500 manat borcunu qaytardığını bildirsə də məhkəməyə bunu sübut edəcək hər hansı bir dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdehin etirafı nəzərə alınmaqla iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 1500 manat alınaraq iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə ödənilməmiş 35 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi təmin edilsin. Cavabdeh 1500 ( min beş yüz) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilməmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-381/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-381/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver