Məhkəmə qərarları › İş №2(021)-3816/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3816/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3816/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayad oğlunun katibliyi ilə, İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin caavabdeh Cavabdeh qarşı müvəqqəti təminat tədbiri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC məhkəməyə ünvanladığı iddia ərizəsində Cavabdeh mülkiyyətində olan əmlaklara, bank hesablarına həbs qoyulması, Cavabdeh ölkədən çıxışına məhdudiyyət qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yəni həmin məsələyə baxılması ümumi məhkəmələrin səlahiyyətinə daxil deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-cü maddəsinin tələbinə görə işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin caavabdeh Cavabdeh qarşı müvəqqəti təminat tədbiri tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar