Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-382/2024 13.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat İddiaçı1 və 1000 manat da İddiaçı2 alınıb verilməsi və ödənilən 40 manat dövlət rüsumunun da alınaraq onların xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, onlar gəlin və baldız cavabdehə təqaüd düzəltməsinə görə hərəsi 1000 manat pul vermişdirlər. Lakin nə təqaüdü düzəltmiş nə də pulu verməmişdir. Onların şikayəti əsasında xx.xx.2022 ci il tarixdə məhkəmə hökmü 3 il 6 ay azadlıqdan məhrum edilmişdir. İndi həbsdən çıxıb yenə də onların pulunu vermir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı2 məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1964-cü il tarixdə Ağdam rayon Əzyeməzli kəndində anadan olmuşdur. Ağdam rayon Əzyeməzli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AA №1724282 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 1(021)4\2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh 07 may 2020-ci il tarixdə saat 10 radələrində təkrarən tanışı cinayət barədə məlumatı olmayan şəxs X1 vasitəsilə İddiaçı1 etibarından sui-istifadə edib sonuncuya pensiya düzəltməyi yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında zərərçəkmiş şəxs İddiaçı1 1000 (bir min) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 08 may 2020-ci il tarixdə saat 10 radələrində təkrarən tanışı cinayət barədə məlumatı olmayan şəxs X1 vasitəsilə İddiaçı2 etibarından sui-istifadə edib sonuncuya pensiya düzəltməyi yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında zərərçəkmiş şəxs İddiaçı2 1000 (bir min) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. İddiaçı1 və İddiaçı2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs Cavabdeh İddiaçı1 və İddiaçı2 etibarından sui-istifadə edib İddiaçı1 1000 (bir min) manat pulunu və İddiaçı2 1000 (bir min) manat pulunu ələ keçirib dələduzluq etməsi sübuta yetirilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün İddiaçı1 tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün İddiaçı2 tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh 07 may 2020-ci il tarixdə saat 10 radələrində təkrarən tanışı cinayət barədə məlumatı olmayan şəxs X1 vasitəsilə İddiaçı1 etibarından sui-istifadə edib sonuncuya pensiya düzəltməyi yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında zərərçəkmiş şəxs İddiaçı1 1000 (bir min) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 08 may 2020ci il tarixdə saat 10 radələrində təkrarən tanışı cinayət barədə məlumatı olmayan şəxs X1 vasitəsilə İddiaçı2 etibarından sui-istifadə edib sonuncuya pensiya düzəltməyi yalandan vəd verib aldadaraq, ünvan 1 ünvanında zərərçəkmiş şəxs İddiaçı2 1000 (bir min) manat pulunu ələ keçirib talayaraq təkrarən dələduzluq etmişdir. İddiaçı1 və İddiaçı2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə rayon Məhkəməsinin 1(021)4\2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh İddiaçı1 və İddiaçı2 etibarından sui-istifadə edib İddiaçı1 1000 (bir min) manat pulunu və İddiaçı2 1000 (bir min) manat pulunu ələ keçirib dələduzluq etməsi sübuta yetirilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdehin İddiaçı1 1000 manat və İddiaçı2 1000 manat borcu olmasını işin mübahisəsiz halı kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Bərdə rayon Məhkəməsinin 1(021)4\2022 saylı xx.xx.2022-ci il tarixli hökmü nəzərə alınmaqla, Cavabdeh 1000 manat alınaraq İddiaçı1 və 1000 manat alınaraq İddiaçı2 ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq 20 manat İddiaçı1 və 20 manat İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (bir min) manat alınaraq İddiaçı1 ödənilsin. Cavabdeh 1000 (bir min) manat alınaraq İddiaçı2 ödənilsin. İş üzrə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq 20 manat İddiaçı1 və 20 manat İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-382/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-382/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver