Məhkəmə qərarları › İş №2(021)-382/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-382/2025

16.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-382/2025 16.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X5 iclas kаtibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər X13, Cavabdeh3, Cavabdeh1nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X3 qarşı “doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ata və analığın müəyyən edilməsi”nə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZ-İ №137464, xx.xx.2016-cı il tarixli doğum şəhadətnaməsinin etibarsız hesab edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında ata adının Cavabdeh2, ana qrafasında isə ana adının Cavabdeh3 kimi qeyd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il təvəllüdlüdür, Bərdə rayon Mollalı kənd sakinidir. Doğma atası Cavabdeh2, anası isə Cavabdeh3dır. Valideynləri Cavabdeh2 və Cavabdeh3 xx.xx.1992-ci ildə nikahları rəsmən qeydə alınmış, birgə nikah dövründə 3 (üç) övladları doğulmuşdur. xx.xx.1994-cü il təvəllüdlü X20 qardaşı, xx.xx.1999-cıı ii təvəllüdlü X15 isə bacısıdır. Ailənin 3-cü övladı isə özüdür. xx.xx.2001-ci ildə doğulan zaman ata nənəsi X9 xx.xx.2008-ci ildə ölmüşdür. X7 və onun həyat yoldaşı X1 övladları olmadığından doğum evinə təqdim etmiş, bu səbəbdən onun AZ-İ №137464 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnaməsində ata qrafasında səhvən ata adı X21, ana qrafasında isə ana adı X2 qeyd edilmişdir. Bir neçə il onların himayəsində qalmışdır. X30 həyat yoldaşı Məhbubə Behbudovanın övladları olmadığından münasibətləri pozulmuş, ayrılmış, yəni xx.xx.2005-ci ildə nikahları pozulmuşdur. Bu səbəbdən həmin vaxtdan da öz doğma ata və anasının himayəsinə qaytarılmışdır. Halhazırda da onların himayəsində yaşayır. Əlbəttə bu qeyd edilənlər özünü dərk edəndən sonra ona aydın olmuş, bu səbəbdən bir çox problemlərlə üz-üzə qalmış, hal- hazırda da bu problemləri yaşayır. Bununla bağlı Cavabdeh1nə müraciət etmiş, doğum haqqında şəhadətnaməsində düzəliş edilməsini tələb etsə də ərizəsi şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-490/2024 saylı məktubu ilə cavablandırılmış, imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, iddianın təmin edilməsi xahiş olunur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, AZ-İ №137464 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, atasının Cavabdeh2, anasının isə Cavabdeh3 olmasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsinə əsasən Bərdə rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(021)- 382/2025 saylı qərardadı ilə X13 və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişlər. Bərdə rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(021)-382/2025 saylı qərardadı ilə X21 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X18 iddianı müdafiə edərək, iddianın dəqiqləşdirilməsi barədə verilmiş ərizəyə uyğun iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər X10, Cavabdeh3 və Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin buna baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin buna baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 ifadə verərək göstərmişdir ki, İddiaçı qardaşı Cavabdeh2 ilə Cavabdeh3 birgə nikahlarından doğulmuş uşağıdır. Yəni Günay qardaşı Elsevərin qızıdır. Belə ki, X6 ilə nikah bağlayaraq ailə qurmuşlar. Məhbubə ilə nikahlarından uşaqları olmamışdır. Məhbubə ilə uşaqları olmadığından qardaşı Elsevər və qardaşı arvadı Məlahət öz uşaqları olan Günayı onun və Məhbubənin övladlığına vermişlər. Günay 2004-cü ilə qədər onlarla yaşamışdır. 2004-cü ildə Məhbubə ilə ayrıldığı üçün övladlıqlarına verilmiş Günayı doğma ata və anasına qaytarmışlar. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işin materiallarına əlavə edilmiş AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır və yaşayır. xx.xx.2024-cü il tarixli, 28 nömrəli Vəkil orderindən görünür ki, X4 rayon Vəkil Bürosunun vəkilidir. ** AA ***3535 nömrəli, xx.xx.2024-cü il tarixli Etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məhkəmədə hüquqlarını müdafiə etmək üçün Bərdə rayon Vəkil Bürosunun vəkili X11 etibar etmişdir. AA1624793 seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X21 xx.xx.1970-ci ildə doğulmuşdur. AZE №07347765 seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X19 xx.xx.1994-cü ildə doğulmuşdur. AZE №10912978 seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X12 xx.xx.1999-cu ildə doğulmuşdur. İddiaçı ünvanlanmış Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-490/2024 saylı məktubundan görünür ki, İddiaçı valideynləri haqqında məlumata düzəliş edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə müraciət icra edilməsi səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu və dövlət rüsumu ödəyərkən 0,40 manat xidmət haqqı ödəmişdir. AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1971-ci ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır və yaşayır. AA1753713 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1966-cı ildə doğulmuşdur. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZİ 029324 saylı Çıxarışdan görünür ki, X21 ilə X6 arasında bağlanmış nikah xx.xx.2005-ci ildə pozulmuşdur. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 137464 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2001-ci ildə doğulmuşdur, bu barədə xx.xx.2001-ci ildə 14 nömrəli kitabda qeydiyyat aparılmışdır. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 256925 saylı Çıxarışdan görünür ki, Cavabdeh2 ilə X16 xx.xx.1992-ci ildə 43 nömrəli nikah bağlamışdır. Nikah bağlandıqdan sonra qadına Behbudova soyadı verilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 345 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Mollalı kəndində yaşayır. Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZİ 285200 saylı arayışdan görünür ki, X9 xx.xx.2008-ci ildə Bərdə rayonu, Mollalı kəndində ölmüşdür. AA1624793 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 xx.xx.1970-ci ildə doğulmuşdur. AZE №04253495 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 xx.xx.1949-cu ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır və yaşayır. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı bioloji atası olduğunu etiraf etmişdir. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı bioloji anası olduğunu etiraf etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında şahid X22 ifadə verərək göstərmişdir ki, İddiaçı nəvəsdir, yəni qızı Məlahətin qızıdır. Belə ki, Günay kürəkəni Cavabdeh2 ilə qızı Cavabdeh3 birgə nikahlarından doğulmuşdur. Fariz ilə Məhbubənin nikahlarından uşaqları olmadığından Günayı onların övladlığına verilmişdir. Günay 2004cü ilə qədər Fariz və Məhbubə ilə yaşamışdır. 2004-cü ildə Fariz ilə Məhbubə ayrıldığı üçün övladlıqlarına verilmiş Günay doğma ata və anasına qaytarılmışdır.Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Cavabdeh2 ilə Cavabdeh3 birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü İddiaçı doğulmuşdur. Günay doğularkən X7 və onun həyat yoldaşı X3 verilmiş və onun AZ-İ №137464 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnaməsində ata qrafasında ata adı X21, ana qrafasında isə ana adı X2 qeyd edilmişdir. Günay 2004-cü ildək Fariz və Məhbubənin himayəsində qalmış, əmisi Fariz Behbudov ilə Məhbubə Behbudova ayrıldıqlarına görə İddiaçı öz doğma ata və anasının himayəsinə qaytarılmışdır. Həmin vaxtdan da Günay bioloji atası Cavabdeh2 və anası Cavabdeh3 himayəsində qalmışdır. Lakin onun doğum qeydində düzəliş edilməmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AZ-İ №137464 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, atasının Cavabdeh2, anasının isə Cavabdeh3 olmasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin:

43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 158.1. vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2. dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2. müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1. vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2. itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 166.1. doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. 166.2. doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarına və sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı AZ-İ №137464 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnaməsi etibarsız hesab edilməli, atasının Cavabdeh2, anasının isə Cavabdeh3 olması müəyyən edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 351, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı AZ-İ №137464 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnaməsi etibarsız hesab edilsin. xx.xx.2001-ci il təvllüdlü İddiaçı atasının Cavabdeh2, anası isə Cavabdeh3 olması müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Fərman Abudllayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar