Məhkəmə qərarları › İş №2(021)-3837/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3837/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3837/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərsu ASC-nin 5 saylı regional sukanal idarəsinin Bərdə sukanal sahəsinə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vurmuş olduğu 1156 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Cavabdeh ASC ünvan 2 ünvanda yerləşir. Buna görə də iddia tələbi Cavabdeh ASC-nin yerləşdiyi yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, Azərsu ASC-nin 5 saylı regional sukanal idarəsinin Bərdə sukanal sahəsi müstəqil cavabdeh ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərsu ASC-nin 5 saylı regional sukanal idarəsinin Bərdə sukanal sahəsinə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmalı, iddiaçıya hazırkı tələblə hüquqi şəxsin ünvanının olduğu yerə görə məhkəməyə müraciət etməsi izah olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərsu ASC-nin 5 saylı regional sukanal idarəsinin Bərdə sukanal sahəsinə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etməsi hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar